Əsir anası: "Soruşdum ki, oğul, nə yeyib-içirsən?"
"Oğlumun zəng edəcəyini gözləmirdim. Ümidim qırılmışdı, çarəsiz idim. Balamı sağ-salamat gördüm. Onun videozəng etdiyini görəndə sevincdən az qala ürəyim dayanmışdı".
Sonxeber.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.
"Telefon zənginə sevinsəm də, onun gəlişini gözləyirdim. Saniyələri iplə çəkdim. Artıq bədənim dərman və iynəni qəbul etmir. Ümidsiz qalmışdıq. Qızıl Xaç Komitəsinə hər gün zəng edib, niyə oğlumdan xəbər olmadığını soruşurduq. Nəhayət, istəyimizi yerinə yetirdilər. Şükürlər olsun, oğlumu gördüm, səsini eşitdim. Aqşindən soruşdum ki, oğul, necəsən, nə edirsən, nə yeyib-içirsən? O da dedi: "Ana, narahat olma, yeməyimiz var, hər şey yaxşıdır, səbirli olun, gələcəyəm".
Oğlumun səsini eşidəndə kövrəlməmək mümkün deyil. Bacıları da, mən də Aqşinin yolunu gözləyirik", - deyə əsir hərbçinin anası söyləyib. O, övladının tezliklə əsirlikdən azad olunması üçün gecə-gündüz dualar etdiyini deyib:
"Nə qədər sevinsəm də, balamın gəlişini gözləyirəm. Təəssüflənirəm ki, artıq əsirlikdə olmaları beş aya keçir. Niyə və nə səbəbə? Çox narahatıq. Axı nə qədər gözləməliyik? Tezliklə balamı vətəndə görmək istəyirəm. Ümidimiz cənab Prezidentədir. Dözə bilmirik artıq. Bizə dəstək olub, kömək edən yoxdur. Dərman belə ala bilmirik".
Qeyd edək ki, ötən gün Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Qabil oğlu Bəbirov ailəsi ilə əlaqə saxlayıb.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının (NMR) Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüb.Aqşin Bəbirov və Hüseyn Axundov "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq həbs ediliblər. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2421 Tarix: 08 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021