Əhalinin NƏZƏRİNƏ! - Bu saatlarda açıq günəş şüasına məruz qalan yerlərdə olmayın

Əhalinin NƏZƏRİNƏ! - Bu saatlarda açıq günəş şüasına məruz qalan yerlərdə olmayın"İstidən qorunma tədbirləri ancaq sağlamlıq problemləri olan şəxslərə deyil, tam sağlam insanlara da aiddir. İnsanlar havanın temperaturunun yüksək olduğu bu günlərdə günəş şüaları altında çox qalmamalıdır. Tövsiyə olunur ki, vətəndaşlar saat 12:00-dan 17:00-a qədər açıq günəş şüasına məruz qalan yerlərdə olmasınlar".

Sonxeber.az xəbər verir ki, bunu report-a açıqlamasında Kliniki Tibbi Mərkəzin həkimi, terapevt Könül Bənənyarksya deyib.

Onun sözlərinə görə, günün çox hissəsini açıq havada keçirdikdə və günəş şüaları altında fiziki işlə məşğul olduqda günvurma baş verə bilər:

"Günvurmaya daha çox uşaqların, 60 yaşdan yuxarı şəxslərin və xroniki xəstəliklərdən əziyyət çəkən insanların məruz qaldığı müşahidə olunur. İstidən qorunma tədbirləri isə ancaq bu şəxslərə yox, tam sağlam insanlara da aiddir. Belə ki, insanlar günəş şüaları altında çox qalmamalıdır. Əgər şəxs buna məcburdursa, yəni günəş şüaları altında işləyirsə mütləq şəkildə qoruyucu vasitələrdən, yəni papaqdan, çətirdən istifadə etməlidir. Həmin insanların yanında mütləq şəkildə sərin su olmalıdr. Bu günlərdə qəbul edilən mayenin miqdarının normadan çox olması tövsiyə edilir".

Həkim bildirir ki, günvurma yüngül, orta və ağır olmaqla dərəcəsinə görə üç yerə ayrılır:

"Yüngül günvurma halında rast gəlinən şikayətlər ürəkbulanma, göz bəbəklərinin genişlənməsi, yüngül təngnəfəslik, ürək döyüntülərinin sayının artması və baş ağrısıdır. Orta dərəcədə isə daha kəskin baş ağrıları, qusma, qulağın batması, halsızlıq, bədən temperaturunun artması, huşun itirilməsi halları ilə müşahidə olunur. Ağır dərəcədə isə kəskin halsızlıq, bədən temperaturunun 40-41 dərəcəyə qalxması, qarabasmaların olması, hətta komaya düşmə ilə də nəticələnə bilər".

Terapevt günvurma zamanı ilkin tibbi yardımdan da söz açıb:

"İlk növbədə zərəçəkmiş insan sərin və kölgəlik yerə aparılmalıdır. Əgər şəxsin üst geyimləri qalındırsa onları mütləq şəkildə yüngülləşdirmək lazımdır. Bədən tempereaturunu salmaq üçün boyun, qoltuq altı və qasıq nahiyəsinə soyuq kompres qoyulmalıdır. Xəstəyə sərin su vermək lazımdır. Əgər xəstə artıq huşunu itiribsə ona naşatr spirti qoxladılmalıdır. Tənəffüsdə problem varsa ürəyin qapalı masajına keçmək lazımdır. Tövsiyə olunur ki, vətəndaşlar saat 12:00-dan 17:00-a qədər açıq günəş şüasına məruz qalan yerlərdə olmasınlar. Çimərliklərdə isə səhər saat 11:00-ə kimi və 16:00-dan sonra olmaq tövsiyə olunur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1133   Tarix: 08 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021