360 dərəcə fırlana bilən ev – 70 ton ağırlığında
Ərzincanda iş adamı Yavuz Peker bütün əraziyə baxan təpədə tikdirdiyi fırlanan evdə mənzərədən zövq alır. 70 ton ağırlığında olan ev 3 aya tamamlanıb.
Türkiyənin Ərzincan bölgəsində iş adamı Yavuz Peker böyük ərazini əhatə edən ev tikdirib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 70 ton ağırlığı olan ev 3 aya tamamlanıb.
Bildirilir ki, bu evin əsas üstünlüyü 360 dərəcə fırlana bilməsidir.
Məlumata görə, 1959-cu ildə Kemah mahalının Özdamar kəndindən İstanbula işləməyə gedən 78 yaşlı Yavuz Peker uzun illər işlədikdən sonra kəndinə qayıdıb və aldığı torpaqlarda əkinçiliklə məşğul olmağa başlayıb. Təxminən 15 ildir qoz istehsalçısı olan Peker bütün əkin sahələrini görə biləcəyi bir ev tikdirib.
Uzun illərdir mexanik və metal işləri ilə məşğul olan Yavuz Peker hazırladığı layihə ilə evini öz ətrafında 360 dərəcə fırlatdırıb. Ev tək topun üzərindəki elektrik mühərriki sayəsində fırlanmasını tənzimlənən sürətlə tamamlayarkən, Ərzincanlı iş adamı torpağını seyr edərək, evində qonaqlarını qəbul edərək günün yorğunluğunu çıxarır.

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1192 Tarix: 10 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dəhşətli zəlzələdə ölənlərin sayı artır - Yenilənib - Video
Kolumbiyanın Çoko departamentində baş verən 7,4 maqnitudalı güclü zəlzələ nəticəsində 13 nəfər həlak olub. "Qafqazinfo" "El Espectador" nəşrinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Yeraltı təkanların episentri San-Xose-del-Palmar bələdiyyəsind
11 avqustLatviya Belarusla sərhədin altında tunel aşkar edib
Latviya Belarusla sərhədin altında tunel aşkar etdiyini bildirib və ölkənin şərq sərhədində nəzarətin gücləndirilməsi tədbirlərini elan edib. "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava baş nazir Andris Kulberqs ilə birgə mətbuat konfransınd
11 avqustAvropada anormal istilər iqtisadi artımı məhv edir
Bu ilki qeyri-adi isti yay Aİ iqtisadiyyatına təxminən 180 milyard avroya başa gələcək ki, bu da ÜDM-in təxminən 1%-nə bərabərdir. xəbər verir ki, yeni təhlilə görə, bu məbləğ blokun 2026-cı ilə qədər əldə etməsi gözlənilən bütün iqtisadi artıma bərabərdir. Triodos Bankının araşdırmasına görə, Frans
11 avqustÇində tayfun təhlükəsi ilə 420 mindən çox insan təxliyə edilib
Çinin şərq bölgələrində güclü "Delfin" tayfununun yaxınlaşması ilə əlaqədar 420 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, Çjetszyan əyalətinin Tayçjou şəhərində 390 mindən çox sakin müvəqqəti olara
9 avqust"Aclıq daşları" yenidən göründü: Avropada şiddətli quraqlıq həyəcanı
Məhsulsuzluq riski ilə əlaqəli su səviyyəsinin kritik dərəcədə azalmasını göstərən "aclıq daşları" adlandırılan tarixi nişanlar Almaniyanın Saksoniya federal əyalətində Elba çayında uzunmüddətli quraqlıq səbəbindən üzə çıxıb. xəbər verir ki, bu barədə NTV telekanalı xəbər yayıb. Üzərində tarixlə
10 avqust