Tedesko Azərbaycan millisi ilə oyuna yeni hücumçu və qapıçı çağıra bilər
Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko Bakıda Azərbaycan millisi ilə keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyununa yeni hücumçu və qapıçı çağıra bilər.
İtaliyalı mütəxəssis "Gent"in forvardı Uqo Küyperslə "Brügge"nin qolkiperi Simon Minyoleyə dəvət göndərməyə hazırlaşır.
Hazırda "qırmızı şeytanlar"ın əsas hücumçusu Türkiyə "Fənərbağça"sının formasını geyinən Mişi Batşuayidir. Lakin o, Tedeskonun oyun üslubuna uyğun gəlmir və rəqib müdafiəçilərə istənilən kimi təzyiq göstərə bilmir. Son 56 matçda 34 qol vuran Küypers isə ön xətdəki fəallığı ilə çalışdırıcının diqqətini cəlb edə bilib.
"Brügge"nin şərəfini qoruyan Minyole isə Tibo Kurtuanı əvəzləməyə əsas namizədlərdən biridir. Uzun müddətdir yığmaya dəvət alamayan qolkiper xidmətini Tedeskoya təklif edib. O, İspaniya "Real"ının məşqi zaman ağır zədə alan Kurtuanı layiqincə əvəz edə biləcəyini mütəxəssisin diqqətinə çatdırıb.
Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək Azərbaycan - Belçika oyunu saat 17:00-da başlayacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 778 Tarix: 13 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə
12 oktyabr"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq
"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu
17 oktyabrRonaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy
17 oktyabrDanimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib
Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib. xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb. B.Yuhansson 1996-200-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/
15 oktyabr"Qalatasaray" - "Fənərbağça" derbisinin baş hakimi bəlli oldu
Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisinin baş hakimi müəyyənləşib. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Qalatasaray" və "Fənərbağça" arasında baş tutacaq qarşılaşmanı FIFA referisi Atilla Karaoğla
22 oktyabr