Üçqat olimpiya çempionuna qalib gələn yunan atıcı: "Bu, mənim ilk qızıl medalımdır"
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatı emosiya, təəssürat və qələbələri ilə davam edir. Bu gün kişilər arasında dairəvi stend atıcılığı növündə yarışlar keçirilib. Yunanıstan təmsilçisi Eftimios Mitas bu kateqoriyada qalib olub. O, mükafatlandırma mərasimindən sonra jurnalistlərə müsahibə verib.
- Təəsüratlarınız necədir? Güclü rəqiblərinizin olduğu yarışda qızıl medal nə dərəcədə gözlənilməz oldu?
- Dünya kubokunda 2 medalım var idi. Bu çempionatın mənim üçün necə keçəcəyi ilə bağlı həyəcan keçirirdim. İlk növbədə komandama təşəkkür edirəm. Onların dəstəyi mənim üçün çox vacib idi. Rəqiblərim çox güclü idi. Bununla belə, inanırdım ki, qızıl medal qazanacağam. Budur, indi boynumda medallarım var. Buna görə çox sevincliyəm.
- Yarışın gedişində bəzən küləklə mübarizə aparırdınız. Bu sarıdan problem yaşadınız?
- Külək çox güclü olmadı. Bilirik ki, Bakı küləklər şəhəridir. Buna görə yarışa çox ciddi hazırlaşmışdıq. Daha güclü əsən külək şəraitində məşq etmişik. Ona görə bu dəfə çətinlik olmadı.
- Bu qələbəni futbol və basketbol oyunçuları kimi qeyd etdiniz. Üslubunuz belədir?
- Bizim idman növü biraz mürəkkəbdir. Ola bilər ki, siz nəyisə qeyd edərsiniz, amma növbəti dəfə hədəfi vurmaya bilərsiniz. Ona görə də hər dəfə sevinmək olmur. Sonuncu atışdan sonra fikirləşdim ki, qeyd etmək yerinə düşər.
- Siz son dünya çempionu və üçqat olimpiya çempionuna qalib gəldiniz...
- Həqiqətən çox çətin final oldu. Bütün rəqiblərimə hörmət edirəm. Amma başa düşürdüm ki, bu, mənim şansımdır. Ona görə, sadəcə, yarışa kökləndim və ancaq qələbəni düşündüm. Final üçün çox çalışdım. Nəticə hər şey yaxşı oldu.
- Yunanıstan son vaxtlar atıcılıq idman növündə yaxşı naliyyətlər əldə edir. Sizin peşəkar idmançılarınız var. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu, məni çox sevindirir.Biz dünya çempionatında gələn il keçiriləcək Olimpiya Oyunlarına da lisenziya qazandıq. Qeyd edim ki, bu mənim ilk qızıl medalımdır.
- Azərbaycan və turnirdə yaradılmış şəraitlə bağlı düşüncələriniz necədir?
- İlk dəfə 2015-ci ildə Avropa Oyunları zamanı burada olmuşam. Bakı həmin vaxtdan mənim üçün doğmadır. Şəhəri çox sevirəm. Burada çoxlu dostarım var. Özümü paytaxtınızda çox rahat hiss edirəm. Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərovla da yaxşı münasibətlərim var. Burada heç bir problemlə üzləşməmişik. Hər şey çox yaxşıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Qızıl bazarında son vəziyyət
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
XƏBƏRDARLIQ! Bakıya LEYSAN YAĞACAQ - Proqnoz verildi
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Böyük Qayıdış, quruculuq və dayanıqlı inkişaf perspektivləri