Atıcılıq üzrə olimpiya çempionu: "Burada sistem saat kimi işləyir"
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatını izləyənlər arasında Birləşmiş Ərəb Əmirlikləri Atıcılıq Federasiyasının prezidenti Şeyx Əhməd Bin Məhəmməd Bin Haşer Əl-Maktum da var.
2004-cü ildə Afina Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış keçmiş idmançı "Report"un suallarını cavablandırıb.
- Azərbaycan və Bakı ilə bağlı təəssüratlarınızı eşitmək maraqlıdır.
- Bu, ölkənizə ikinci səfərimdir. Bizim ölkədən olan insanlar Azərbaycanı çox bəyənir. Mən də onlardan biriyəm. Maraqlısı budur ki, Azərbaycan bir mövsümdə yox, ilboyu gözəldir. Həm yayı maraqlı olur, həm də qışı. Burada insan rahatlığı üçün hər şey var: təbiət, dağlar, meşələr, göllər, çaylar.
- Bakıda turnir kənardan necə görünür?
- Hər şeydən əvvəl bu cür möhtəşəm yarışın Azərbaycanda keçirilməsini alqışlayıram. Hamı buradadır, 100-dən çox ölkədən iştirakçılar və federasiyaların nümayəndələri gəlib. Təşkilat Komitəsi bütün işləri möhtəşəm şəkildə qurub. Sistem saat kimi işləyir. Bu, ilk dəqiqələrdən hiss olunur.
- Atış meydanları necədir?
- Mərkəzin özü çox mükəmməldir. Atış üçün hər cür şərait yaradılıb. Heç kim heç nəyi bəhanə edə bilməz. Buna görə də nəticələr və ballar yüksəkdir. Maraqlısı budur ki, stend, tapança və tüfəng atıcılığı eyni yerdə cəmlənib. Hər kəs bir-birini görür, görüşür, münasibət qura bilir. Bu da idmanı gözəlləşdirən amildir.
- Vaxtilə özünüz də peşəkar atıcı olmusunuz. Deyəsən, daha məşğul olmursunuz.
- Afina Olimpiadasında qızıl medal mükafatçısıyam. Bundan başqa altı dəfə dünya kubokunun sahibi olmuşam. 2005-ci ildə peşəkar karyeramı başa vurdum. Artıq istirahət edirəm və ailəmin qayğısına qalıram.
- Dünya çempionatında BƏƏ-dən olan atıcıları da görmək mümkündür. Onların medal qazanmaq ehtimalı nə dərəcədə realdır?
- Ölkəmizin ən yaxşılarını seçib gətirmişik. Lakin onlar digər ölkələrdən olan atıcılarla mübarizə aparacaq qədər yüksək səviyyədə deyillər. Hazırda qarşımızda duran əsas məqsəd gəncləri cəlb edib, onların inkişafına nail olmaqdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Qızıl bazarında son vəziyyət
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
XƏBƏRDARLIQ! Bakıya LEYSAN YAĞACAQ - Proqnoz verildi
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Böyük Qayıdış, quruculuq və dayanıqlı inkişaf perspektivləri