Ana oğlunun qatilinin qabağına yemək qoydu - CİNAYƏT İŞİ

Ana oğlunun qatilinin qabağına yemək qoydu - CİNAYƏT İŞİBakıda bacı-qardaşı qətlə yetirib anasını yaralamaqda təqsirli bilinən Azər Cəfərovun cinayət işi üzrə təfərrüat məlum olub.

Ölkə.az xəbər verir ki, hadisə Keşlə qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Saqil Qasımzadə və onun 26 yaşlı bacısı Fəridə qətlə yetiriliblər. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub.

İş üzrə dindirilmiş Azər Cəfərov ifadəsində bildirib ki, həyat yoldaşının xalası Lətifə Məmmədova, oğulları Samir, Saqil, Fərid və qızı Fəridə ilə birlikdə yaşayıb. Evləri yaxın məsafədə yerləşdiyindən tez-tez gediş-gəlişləri olub.

Aprelin 1-i saat 15 radələrində idarə etdiyi avtomaşınla əvvəlcə Əmircan qəsəbəsinə gedərək arvadını və uşağını anasıgilə düşürüb. Özü isə taksi kimi işləmək üçün şəhərin mərkəzinə yollanıb. Həyətinin arxa tərəfindən hasar üçün taxtaları daşımaq lazım olduğuna görə bir saatdan sonra evə qayıdıb. Köməyə qonşuluqdan Lətifə Məmmədovanın oğlu Saqili evlərindən səsləyib. Sonuncu gələndən sonra bir müddət taxta daşımaqla məşğul olublar.

Avtomobilin icarə haqqını ödəmək, övladını müalicə etdirmək, borclarını qaytarmaq, həmçinin gündəlik xərci üçün pul lazım olub. Lakin taksi fəaliyyəti ilə məşğul olmaqla bütün bu ehtiyaclarını ödəyə bilməyib. Bir neçə ay əvvəl işə qəbul olunmuş Məmmədovanın böyük oğlu ona dəfələrlə pul yığdığını dediyi üçün onların evlərində beş min manata yaxın pul olduğunu ehtimal edib. Hadisədən iki gün əvvəl həmin məbləği ələ keçirmək barədə düşünməyə başlayıb.

Saat 18 radələrində taxta parçası ilə qəflətən Saqilin başının arxasından möhkəm zərbə vurub və nəticədə o, huşunu itirərək yerə yıxılıb. Sonra oğlanın əllərini, ayağını və boğazını trosla bağlayıb. Evin qarşısında qalmaması üçün onu avtomobilinin yük yerinə yerləşdirib. Saqil həmin vaxt nəfəs almayıb.

Bundan sonra siqaret almaq üçün maşını mərkəzi yola tərəf idarə edərkən yanacağı qurtarıb. Buna görə plastmas qab götürüb, piyada yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib. Benzin alıb avtomobilinə tökdükdən sonra artıq hava qaralıb. Lətifə Məmmədovanın evinə tərəf gedərkən onun oğlu Fəridlə rastlaşıb və sonuncu Azəri evlərinə dəvət edib. Qadın onlara süfrə açıb. Lətifəyə Saqilin yalandan onun evində olduğunu deyib. Onlar təxminən 15 dəqiqə yemək yedikdən sonra Fəridin dostu gələcəyi üçün birlikdə küçəyə çıxıblar. Fərid tanışı ilə söhbət edə-edə dəmir yolunu keçib aralanmağa başlayıb. Azər də bir qədər həmin istiqamətdə gedib. Sonra isə geri qayıdaraq avtomobilini saxladığı əraziyə qayıdıb.

Azər Cəfərov ifadəsinin davamında bildirib ki, maşından bıçağı götürüb Lətifəgilə yollanıb. Saat 22 radələrində qapını açan qadına əlindəki kəsici alətlə öldürmək məqsədi ilə boyun və sinə nahiyəsinə bir neçə zərbə endirib. Qadın bir qədər solda yıxılıb, hərəkətsiz vəziyyətdə qalıb. Bu zaman qızı Fəridə evdən çıxıb, anasının yıxıldığını görəndə qışqırmağa başlayıb. Vaxtı itirmək istəməyən Cəfərov dərhal giriş qapısının yanında hücum edərək bıçaqla qızın boğazından ardıcıl zərbələr vurub. Fəridə yıxılıb və tərpənməyib. Onu sürüyərək həyətdəki avtomaşının qarşısında yerə qoyub. Məqsədi evdən pulu götürüb tez çıxmaq olub. Soldakı arxa otağa girib çarpayının üstündəki pulqabını açıb, içərisinə baxıb. Orada 207 dollar və 250 manata yaxın pul olduğunu görüb və vəsaiti cibinə qoyub.

Evdən çıxdıqdan sonra avtomobilinə yanacaqdoldurma məntəqəsində benzin doldurub. Sonra Əmircan qəsəbəsinə gedərək həyətdə qana bulaşmış əlini yuyub. Lətifə ilə qızı Fəridəni vurarkən bıçağın tiyəsi öz əlini də kəsib. Arvadını, uşağını və qayınanasını götürüb evə gətirib. Yoldaşına hadisə barədə danışmayıb. Sonuncu da heç nədən şübhələnməyib. Onları evdə düşürdükdən sonra maşının yük yerində olan Saqilin meyiti ilə nə edəcəyini fikirləşib. Arvadının bibisi oğluna zəng edərək ona gödəkçə lazım olduğunu bildirib. Onunla görüşüb gödəkçəni götürən zaman ona Fəridəni, Lətifəni və Saqili bıçaqla vurduğunu deyib. Qohumu ondan Saqilin harada olduğunu soruşduqda, Azər onun meyitini qəbiristanlığa atdığını deyib. Bir müddət sonra Nərimanov rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Zərərçəkmiş Lətifə Məmmədova bildirib ki, Azər çıxıb getdikdən sonra özündə güc tapıb sürünə-sürünə evin qapısına çatıb. Oğlu Samir onu yaralı vəziyyətdə aşkar edib və təcili tibbi yardım maşını çağırıb. Sonradan məlum olub ki, Azər oğlunu və qızını öldürüb.

Məhkəmə prosesində Azər Cəfərov ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş Lətifə Məmmədova məhkəmədən təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Azər Cəfərov Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 4846   Tarix: 26 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərini öldürən qadına və sevgilsinə AĞIR CƏZA

Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasovanın və Zahir Soltanovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, Leyla Abbasova 15 il, Zahi

16 aprel
.

Bu hal cinayət hesab ediləcək

Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin

21 aprel
.

Azərbaycanda qadın tiktoker insan alverinə görə HƏBS OLUNDU

Sosial şəbəkələrdə "Enoor" adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Elnar Quliyevaya qarşı Cinayə

11 aprel
.

Anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI

67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-də Sabunçu rayonu, Ramana qəsəbəsi, "Gülçülük sovxozu" ərazisində baş verib

12 may
.

Həmin sürücü 30 sutka həbs edildi

Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü barəsində məsuliyyət tədbirləri görülüb. "Qafqazinfo"nun məlumatına görə, müəyyən edilib ki, axtarışda olan, atasına məxsus "Hyundai" markalı, 99-QP-750 dövlət qeydiyya

3 iyun
.

Salyanda çətənə kolları yetişdirən keçmiş məhkum saxlanıldı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvan

28 may
.

25 yaşlı oğlan işlədiyi bağda öldü

Tərtər rayonunda gənc oğlan tənəffüs çatışmazlığından vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 7-si saat 16 radələrində Tərtər şəhərinin ərazisində yerləşən bağda baş verib. Orada işləyən Yevlax rayon sakini 2001-ci il təvəllüdlü Dünyamin Ayaz oğlu Hümbətov astma bronxit xəstəliyində

9 may
.

Ağcabədidə əmioğulları qətlə yetirildi - Foto - Yenilənib

Ağcabədi rayonunda iki nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakinləri arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib. Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdl

27 aprel
.

Oğul anasını traktorla vuraraq öldürdü

Ucarda oğul anasını traktorla vuraraq öldürüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. 1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub. Ağı

19 may