Ekspert: "Laçında mehmanxana kompleksinin inşası bu əraziyə turist axını deməkdir"

Ekspert: "Laçında mehmanxana kompleksinin inşası bu əraziyə turist axını deməkdir""Laçın şəhərinə yaxın ərazidə mehmanxana kompleksinin inşası gələcəkdə həm bu əraziyə xeyli turistin cəlb edilməsi, yəni turist axını, həm də burada beynəlxalq tədbirlərin təşkil edilməsi deməkdir".

Bunu "Report"a açıqlamasında turizm sahəsi üzrə ekspert Rəhman Quliyev bildirib.

O, gələcəkdə Laçında termal sanatoriyaların da yaradılmasını məqsədəuyğun sayır:

"Bu rayonlarının ərazisi dağ massivlərindən ibarət olduğu üçün onların turizm potensialı genişdir. Bu ərazilər həm də mineral bulaqlarla zəngindir. Təkcə Laçın və Kəlbəcər deyil, işğaldan azad edilmiş digər bölgələrdə də termal sanatoriyaların tikilməsi faydalı olar. Mineral bulaqlardan əlavə bu bölgələrin iqlim şəraiti də sağlamlığa faydalıdır. Bu da gələcəkdə daha çox turistin ölkəyə gəlməsinə imkan verəcək".

R.Quliyev işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun qurulması işlərinin yüksək səviyyədə aparıldığını və bunun da turizmin inkişafına müsbət təsir edəcəyini qeyd edib:

"Bu işlər artıq tamamlanmaq üzrədir. Laçında beynəlxalq hava limanının tikilməsi bölgəyə turist axınını stimullaşdıracaq. Onun beynəlxalq statusda olması böyük önəm daşıyır. Artıq Füzuli və Zəngilan hava limanları da istifadədədir. Yaxın vaxtlarda bu hava limanlarına beynəlxalq uçuşlar da təmin ediləcək. Bu o deməkdir ki, işğaldan azad edilmiş ərazilərimizdə həyat şəraiti ən yüksək səviyyədə qurulur. Aparılan tikinti-quruculuq işləri bu bölgələrdə həm də yeni iş yerlərinin açılmasına imkan verir".

"Kəlbəcər-Laçın istiqamətində 7 tuneldən ibarət böyük yol qovşağının istismara verilməsi turistlərin bir bölgəmizdən digərinə getməsini daha da asanlaşdıracaq. Bu vaxta qədər Gəncədən Kəlbəcərə 3 saat yarıma getmək olardısa, yaxın gələcəkdə müddət 1 saata endiriləcək. Nəticədə həm turistlərin hərəkəti asanlaşacaq, həm də beynəlxalq tədbirlərin bu bölgələrdə təşkil edilməsinə münbit şərait yaradılacaq. Eyni zamanda regionda böyük inkişafa nail olacağıq ki, bu da orada yaşayan insanların sosial rifahının yüksəlməsi deməkdir", - deyə müsahibimiz əlavə edib.

Avqustun 25-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub. Kompleks 100 otaqlı hotel binasından, 10 kottecdən, kafe və restoranlardan, əyləncə və istirahət mərkəzlərindən ibarət olacaq. Hotelin binasında 500 yerlik çoxfunksiyalı tədbir və iclas zalları da qonaqların istifadəsinə veriləcək. Eyni zamanda, mehmanxanada açıq və qapalı hovuz, SPA mərkəzi, boulinq və əyləncə, uşaq əyləncə zonası, qapalı idman zalı, yoqa otağı və açıq havada çoxfunksiyalı meydançalar yaradılacaq.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 756   Tarix: 26 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun
.

"Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyasını pisləyirik" - MEDİA

Medianın İnkişafı Agentliyi (MEDİA) Fransanın tanınmış mətbuat orqanlarının Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasına başladığı ilə bağlı açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada deyilir:. "Fransanın gündəlik həyatı üçün xarakterik olan bir kriminal hadisə ilə bağl

13 iyun
.

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca

25 iyun
.

"Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin canlı salnaməsidir" - DEPUTAT

"Müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan Ordusunun rolu əvəzsizdir. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə qürur duyur. 26 İyun - Silahlı Qüvvələr Günü hər il böyük sevinc, yüksək vətənpərvərlik ruhu və fərəh hissi il

25 iyun
.

"Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur" - Pərvanə Vəliyeva

"Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin əlamətdar tarixi günlərindən olan 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, ordumuzun şərəfli inkişaf yolunu və vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın əzi

23 iyun
.

"Enerji sektoru iki ölkə arasındakı strateji münasibətlərin ən həlledici sütunudur" - AÇIQLAMA

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı bu tarixi dövlət səfəri və Bakıda keçirilən yüksək səviyyəli strateji görüşlər iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni bir pilləyə qaldırır. Xəzərin iki sahilini birləşdirən Bakı və Aşqabad ittifaq

23 iyun
.

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək. "Report" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyini

25 iyun
.

Prezident Lyayenlə təkbətək görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul