Məşhur Hollivud aktyoru keçmiş həyat yoldaşına qarşı məhkəmədə qalib gəlib - FOTO

Məşhur Hollivud aktyoru keçmiş həyat yoldaşına qarşı məhkəmədə qalib gəlib - FOTOKevin Kostner keçmiş həyat yoldaşı Kristin Baumqartnerə qarşı məhkəmədə mühüm qələbə qazanıb. 68 yaşlı aktyor Santa Barbarada baş tutmuş məhkəmə prosesinin nəticələrinə əsasən uşaqlar - 16 yaşlı Kayden, 14 yaşlı Heyz və 13 yaşlı Qreys üçün ayda 63 209 dollar alimentin ödənilməsi təyin edilib.

İyul ayında ilkin dinləmə çərçivəsində məhkəmə aylıq 129 755 dollar ödəməyi Kevin Kostnerin öhdəsinə qoyub. Daha sonra 49 yaşlı Kristin Baumqartner "uşaqların öyrəşdiyi həyat tərzinin təmin edilməsi zərurətini" əsas gətirərək bu məbləğin 175 057 dollara çatdırılması üçün sorğu ilə müraciət edib.

Kevin Kostner özü bildirib ki, keçmiş arvadı pulun əsas hissəsini uşaqlara deyil, özünə, o cümlədən bahalı alış-verişə xərcləyir.

"Mən məhkəmənin məni uşaqlarımın və Kristinanın ehtiyaclarından artıq olan aliment ödəməyə məcbur etdiyinə görə narahatam" -, deyə aktyor cümə günü məhkəmədə təqsirləndirilən şəxs qismində çıxışında bildirib.

Öz növbəsində, Kristin Kevin Kostnerin 145 milyon dollarlıq malikanəsini nəzərdə tutaraq, təkidlə "uşaqların okeana çox bağlı olduqlarını və sörf avadanlıqlarının sudan cəmi 50 addım məsafədə olmasına öyrəşdiklərini" bildirib.

Boşanmanın təşəbbüskarı 2023-cü ilin mayında məhkəməyə müvafiq ərizə ilə müraciət edən Kristin olub. Lakin o, uzun müddət münasib ev tapmaq lazım olduğunu əsas gətirərək ərinin evindən çıxmaqdan imtina edib. O, daha əvvəl malikanənin ərazisində daha kiçik bir evdə yaşayıb, sonra ayda 40 min dollara kirayə verilən evə köçüb.
Məşhur Hollivud aktyoru keçmiş həyat yoldaşına qarşı məhkəmədə qalib gəlib - FOTOMəşhur Hollivud aktyoru keçmiş həyat yoldaşına qarşı məhkəmədə qalib gəlib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1524   Tarix: 03 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şarovski II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib

9 sentyabr
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

2 iyul
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq

Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind

24 avqust
.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul
.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

15 il sonra "Harri Potter"dəki roluna qayıdır

Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub

28 avqust