Qiymət artacaq, endirim olmayacaq

Qiymət artacaq, endirim olmayacaqKənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 2-22 oktyabr tarixlərində Bakıda arıçılıq məhsullarının 23-cü sərgi-satış yarmarkası keçiriləcək. Bir arıçı yarmarkada maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər. Xatırlayırsınızsa, bir müddət əvvəl arıçılar bu il ölkədə bal qıtlığı olacağını bildirmişdilər. Buna səbəb kimi havaların qeyri-sabit və küləkli keçməsi göstərilmişdi. Hava şəraiti ilə əlaqədar arılar yetəri qədər məhsul toplaya bilməyib. Bəs bu vəziyyət yarmarkaya necə təsir edəcək? Satış üçün kifayət qədər balımız varmı?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Necə olacağını oktyabrın 2-də görəcəyik"

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vüqar Hüseynov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, balın çox və ya az yığılması yarmarkaya təsir etmir: "Azərbaycanda 23 min arıçı var. Yarmarkada isə 250 nəfər arıçı iştirak edəcək. Yarmarkada iştirak edənlər ölkə üzrə fermerlərin bir faizi qədər belə deyil. Kim istəyirsə, yarmarkada iştirak edə bilər. Qeydiyyat hələ yeni başlayıb. Biz yalnız təşkil edirik, qiymətə və digər məsələlərə qarışmırıq. Keçən il yarmarkada 15 manata da, 50 manata da bal var idi. Balın çox və ya az olmasının da yarmarkaya aidiyyəti yoxdur. Çünki yarmarkada limit var. Elə insan var limitdən az, elə adam var limit qədər gətirir. Necə olacağını oktyabrın 2-də görəcəyik. Keyfiyyətə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir ki, yarmarkada saxta bal olmasın".

Arıçılar üçün əsas müştərilərini itirməməkdir

Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvü Elvin Bayramlı dedi ki, yarmarkaya 50 kiloqram bal gətirmək də mümkündür: "Yarmarkada 400 kiloqram bal elə də çox deyil. 50 arısı olan arıçı bu qıtlıqla 500-600 kiloqram bal süzüb. Elə adam var 200 arı pətəyi var. Bəzi arıçılar yarmarkaya çox az bal gətirir. Sadəcə, daimi müştəriləri var. Həmin müştəriləri qorumaq üçün iştirak edirlər. Bəzi arıçılar başqalarından bal götürür. Məsələn, üç arıçıdan yarmarkada biri iştirak edir. Həmin iştirak edən digərlərindən bal götürür. 400 kiloqramdan az bal çıxarılması problem deyil. Bəzi adamlar çox bal gətirirdi deyə, hədd qoyuldu. Onsuz da artıq qalırdı və arıçılar geri aparmalı olurdular. Çox güman ki, bu il arıçılar yarmarkaya keçən ilə nisbətən az bal gətirəcəklər. Arıçılar üçün əsas yarmarkada iştirak etmək, müştərilərini itirməməkdir. Yarmarka daha çox arıçıların görüşü, bayramıdır. Ona görə hamı yarmarkada olmaq istəyir". Yarmarkada 5-10 manat bahalaşma olacaq E.Bayramlının sözlərinə görə, bal satışından bu il daha az gəlir əldə ediləcək: "Ümumi bal qiymətləri minimum 5 manat da olsa, bahalaşıb.

Yarmarkada da 5-10 manat bahalaşma olacaq.

Bu da məcburiyyətdəndir. Yarmarkada əvvəlki illərdəki kimi endirim olmayacaq. Arıçı hər il yarmarkada 400 kq balı 20 manatdan satırdısa, 800 manat gəlir əldə edirdi. Bu il 300 kq bal çıxarıbsa, 25 manatdan satsa, 750 manat qazanmış olur. İstənilən halda gəlir azalacaq".

Bu il yarmarkada aşağı keyfiyyətli bal çox olacaq

Müsahibimiz qeyd etdi ki, bəzən məcburiyyətdən aşağı keyfiyyətli balı da yarmarkaya qəbul edirlər: "Kimsə keçən ilin qiymətləri ilə - 10-15 manata bal satsa, deməli, onun balı aşağı keyfiyyətlidir. Hər il balların 30 faizi ən aşağı keyfiyyətli ballar olur. Bu il daha çox olacaq. Amma yarmarkada ən keyfiyyətli ballar iştirak etməlidir. Bu il balların daha diqqətlə yoxlanılması tapşırılıb. Çünki bu il şəkər verilən arılar daha çoxdur. Yemləmə daha çox edilir ki, arılar həyatda qalsın".

AQTA diastaza fermentini yoxlayır

E.Bayramlının fikrincə, bu il arılara şirə ilə daha çox yemləmə edilir deyə, keyfiyyəti aşağıdır: "AQTA diastaza fermentini yoxlayır. Diastaza keçidi altıdır. Keçid altıdırsa, heç olmasa balın keyfiyyəti 8 olmalıdır. Arıya şərbət verilsə də, balı istehsal edəndə ağzından mürəkkəb şəkərin sadə şəkərlərə parçalanması üçün diastaza fermentini qatır. Amma təbii olanda ağacdan, çiçəkdən də həmin ferment gəlir. Arı da əlavə edəndə daha keyfiyyətli olur. Amma yalnız arı qatanda, o zaman keyfiyyətsiz və aşağı göstəricili bal alınır. Belə balların bəzisi yoxlamadan keçib qəbul edilir, amma keçməyib geri qaytarılanlar da var".

Baldan daha ehtiyatla istifadə edəcəklər

Həmsöhbətimiz həmçinin bildirdi ki, insanlar bu il qıtlıqla əlaqədar daha çox bal alıb saxlaya bilərlər: "Yarmarkaya çıxarılacaq ballar ümumi Azərbaycanda istehsal olunan məhsulun təxminən yetmişdə bir hissəsidir. Bu da çox cüzi göstəricidir. Keçən il 10 kq bal istifadə edirdisə, bu il 5 kq istifadə edəcək. Yəni, bal azalsa da, ondan daha ehtiyatla istifadə edəcəklər".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1165   Tarix: 03 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr