Adrian Mutu çox vaxt eyni pencək geyinməsinin səbəbini açıqlayıb
"Bizim üçün vacib olan üç xalı qazandıq".
Apasport.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu deyib.
Rumıniyalı mütəxəssis V turda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada meydançanın vəziyyətindən danışıb. A.Mutu üç xalın önəmli olduğunu bildirib:
"Çox vacib oyun idi. Meydança amili çətinliklər yaradırdı. Ona görə oyunumuz çətin alınırdı. İstənilən halda üç xal qazandığımıza görə şadam".
- Beş turdan sonra komandanızdan razısınız?
- Bəli. Doğrudur, "Kəpəz"lə matçda komandamdan daha çoxunu gözləyirdim. Amma ümumi götürsək, çətin perioddan keçmişik. Fasilədə də öz üzərimizdə yaxşı çalışacağıq ki, daha sonra yaxşı çıxış edək.
- Yeni transfer olacaq?
- Bəli, yaxın günlərdə yeni transferi görəcəksiniz. Bundan sonra transferlərimiz bitəcək. Daha yaxşı, daha güclü heyət qurmaq istəyirik. Komandaya gəldikdən bəri əlimdə olan heyətdəki futbolçuların çıxışından razıyam. Hamısını qələbə münasibəti ilə təbrik edirəm. Bu cür meydanda oynamaq elə də asan deyil. Ancaq üç xalla evə gedə bilirik. Bəzən çətinliklər olur, amma sonda qazanılan qələbə insanı sevindirir.
- "Sumqayıt"ın baş məşqçisi ilə aranızda gərginlik yaşandı...
- Heç nə baş verməyib.
- Bütün oyunlara yalnız eyni pencəkdə çıxırsınız. Bunun sizin üçün xüsusi önəmi var?
- Mənə uğur gətirən pencəkdir. Ona görə də, məni çox vaxt bu pencəkdə görə bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 898 Tarix: 03 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır
"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd
20 oktyabrCanni İnfantino Bakıda - Video
FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf tərəfindən səmimiyyətlə qarşılandığını qeyd edib. "15 yaşadə
24 oktyabr"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq
"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu
17 oktyabrİngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar
İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər
14 oktyabrAFFA 6 komandaya texniki məğlubiyyət verib
AFFA-nın U-13, U-11 və U-10 liqalarında baş tutmayan və yarımçıq dayandırılan oyunlara görə 6 komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. U-13 Liqasında oktyabrın 10-na planlaşdırılan "Gəncə" - "Offside"
16 oktyabr"Qalatasaray" - "Fənərbağça" derbisinin baş hakimi bəlli oldu
Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisinin baş hakimi müəyyənləşib. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Qalatasaray" və "Fənərbağça" arasında baş tutacaq qarşılaşmanı FIFA referisi Atilla Karaoğla
22 oktyabrAzərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18 oktyabr