Qohumunu öldürən qadın: "Bıçaqla vurduqdan sonra hirsim soyumadı..."

Qohumunu öldürən qadın: "Bıçaqla vurduqdan sonra hirsim soyumadı..."Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada qohumunu öldürməkdə təqsirləndirilən Gülsevər Ağayevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Sonxeber.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, rəsmi məlumata görə, 2021-ci ilin oktyabrın 8-də rayonun Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb. İstintaqla zərərçəkmişin qohumu, 1994-cü il təvəllüdlü Gülsevər Ağayevanın şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevanın baş nahiyəsinə dəhrə ilə xəsarətlər yetirdikdən sonra üzərində olan bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Gülsevər Ağayevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqında Gülsevər Ağayeva ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilərək ifadəsində göstərib ki, Mehparə ərinin əmisi arvadı olub. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə zamanı aralarında yaranan münaqişəyə görə Mehparə onu öldürəcəyini deyib. Gülsevər 8 oktyabr 2021-ci ildə səhər saatlarında meşəyə gedib. Orada Mehparə ilə rastlaşıb. Aralarında olan narazılığa görə zərərçəkmiş onu söyüb təhqir edib, onu itələyib yerə yıxaraq bıçaqla vurmaq istəyərkən özünü müdafiə etmək məqsədilə əvvəlcə dəhrə, sonra isə bıçaqla Mehparəyə zərbələr endirib. Gözü döndüyündən onun qulaqlarını bıçaqla kəsərək sırğalarını çıxarıb götürüb. Sonra üzərində olan bıçağı və dəhrəni götürüb evinə gedib. Həmin əşyaları hadisədən sonra həyətinə gələn polis əməkdaşlarına təhvil verib. Bildirib ki, 4 azyaşlı uşaqları olmasına görə əməlindən peşmançılıq keçirir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunub ki, Gülsevər heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə ona elan olunmuş ittiham üzrə dindirilərkən özünü təqsirli bilib. Hadisə barədə ətraflı ifadələr verərək göstərib ki, 2020-ci ilin sentyabr ayından onun ailəsi ilə ərinin əmisi oğlu Famil Ağayevin ailəsi arasında münaqişə yaranıb. Nəticədə Famil Ağayev qaynı Musa Ağayevi qətlə yetirib. Musanın ölümündən sonra ailələr arasında yaranmış ədavətin səbəbkarı kimi Gülsevəri günahlandırıblar.

08 oktyabr 2021-ci ildə səhər saatlarında heyvanlarına ağac yarpaqları qırıb gətirmək üçün özü ilə evdən dəhrə götürüb yaxınlıqdakı meşəyə gedib. Həmin vaxt meşədə olan Mehparə Ağayeva uzaqdan onu görüb talış dilində "pozğun, əxlaqsız" kimi digər ifadələr işlədib. Sonra zərərçəkmiş ona tərəf gəlib. Mehparəyə onu təhqir etməməsini, ondan əl çəkməsini deyib. Zərərçəkmiş isə ona - "bütün hər şey sənə görə oldu, get heç olmasa, ifadəni geri çək", - deyərək onu itələyib yerə yıxıb. Həmin vaxt ayağa durub əlindəki dəhrə ilə Mehparənin baş nahiyəsinə təxminən 3 zərbə vurub. O deyib ki, sonra dəhrəni yerə atıb, bu zərbələrin təsirindən zərərçəkmiş yerə yıxılsa da, ölməyib. Mehparəni öldürmək üçün üzərində gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbə vurub. Mehparə aldığı xəsarətlər nəticəsində xırıldamağa başlayıb, hirsi soyumadığı üçün bıçaqla onun sağ və sol qulağını sırğalıq hissədən aşağıya doğru kəsib. Mehparə Ağayevanı öldürdüyünə hər kəsi inandırmaq üçün qadının sırğalarını, üzərində olan bıçağı və dəhrəni götürüb evinə gedərək əynindəki pencəyin qan ləkələrini yuyub təmizləyib. Sonra həyətə çıxarkən qonşusunu görüb baş vermiş hadisəni qısaca ona danışıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2110   Tarix: 05 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb

17 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

7 avqust
.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

8 sentyabr
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı

1 sentyabr
.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr