Hərbi xidmətdəki oğlu ilə telefonla danışan keçmiş arvadını 14 dəfə bıçaqladı - TƏFƏRRÜAT

Hərbi xidmətdəki oğlu ilə telefonla danışan keçmiş arvadını 14 dəfə bıçaqladı - TƏFƏRRÜATÖtən ilin dekabrın 7-si paytaxtın Xətai rayonunda İlqar Qəribov keçmiş arvadı Ramilə Qurbanovaya bıçaqla 14 dəfə zərbə endirib. Nəticədə Ramilə Qurbanova hadisə yerindəcə həyatını itirib.

Təqsirləndirilən şəxsin cinayət əməli araşdırıldıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Aparılan məhkəmə prosesindən sonra təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, İlqar Qəribov 16 il azadlıqdan məhrum edilib. O, həmin müddəti ağır tipli cəzaçəkmə müəssisəsində olacaq.

Lent.az cinayətin təfərrüatlarını və məhkəmədə verilən ifadələri əldə edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə bir neçə şahid dindirilib.

Şahid qismində məhkəmədə çıxış edən Samirə Məmmədova Ramilə Qurbanovanın işlədiyi salonun müştərisi olub:

"Ramilə xanımı 5 ildən çoxdur tanıyıram. Ramilə salonda işləyirdi. Mən də oranın müştərisi olmuşam. 5 il eyni salona getdiyim üçün salonun işçiləri ilə mehribanlaşmışdıq, bir-birimizin evinə get-gəlimiz olub. Amma Ramilə heç vaxt bizə qoşulmayıb. Bu kişinin, yəni ərinin qorxusundan bizimlə heç yerə getmirdi".

Samirə Məmmədovanın sözlərinə görə, əri Ramiləni onlara gəlib-getdikdən sonra yolda bıçaqlayıb:

"Ramilə bir dəfə toya gedirdi. Utana-utana gəldi məndən paltar istədi. Dedi imkanım yoxdur almağa. Mən də 2-3 ədəd öz paltarımdan, 2-3 ədəd də qızımın paltarından verdim.

Ramilə heç vaxt tək heç bir yerə getməzdi. Bizə də iş yoldaşı Əfsanə ilə gəlmişdi. Paltarlarım bir müddət onda qaldı.

Daha sonra, yenidən Əfsanə ilə bizə gəlib paltarları qaytardı. Bir az qapıda söhbət etdik. Getdilər. 2-3 dəqiqə keçmişdi ki, aşağıdan qışqırıq səsləri eşitdim.

Bir də gördüm Əfsanə qaça-qaça gəldi ki, Ramilə ölüb. Dedim necə yəni ölüb. Dedi əri öldürüb".

Məhkəmə zalında ifadə verən digər şahid Əfsanə Osmanova Ramilə Qurbanovanın bıçaqlandığı zaman yanında olub:

"Dekabrın 7-də Ramilə məndən xahiş etdi ki, Samirə xanımın paltarını aparıb qaytaraq. Mən də razılaşdım. Getdik Samirə xanımgilə çatdıq. Paltarları verib, qapıda bir neçə dəqiqə söhbət etdik.

Yolda gedəndə Ramilənin oğlu Uğur əsgərlikdən zəng elədi. Mən aralaşdım ki, oğlu ilə rahat danışsın. Hər yer qaranlıq idi.

Gördüm ara qarışdı, Ramilə qışqırır. Elə bildim yoldaşı İlqar onu döyür. Amma bıçaqladığını hələ anlamamışdım".

Hadisənin şahidi olan Əfsanə Osmanova "İlqar eləmə" desə də cinayətin qarşısını ala bilməyib:
"Qışqırdım. Bir neçə saniyə sonra gördüm ki, Ramilənin gödəkcəsindən qan axır. İş yoldaşlarımızı qışqırıb çağırdım ki, kömək etsin. Gəlib çatanda gördüm ki, Ramilə həyatda deyil".

Təqsirləndirilən şəxs İlqar Qəribov şahid Əfsanə Osmanovanın danışdığı hər şeyin doğru olduğunu təsdiqləyib.

Şahid Ə.Osmanova bildirib ki, mərhum Ramilə sirli qadın olub:

"Ramilə çox qapalı idi. Evli olub boşandığını bilirdik. Amma ailəsi ilə bağlı heç bir məlumat verməzdi. Danışmazdı bizimlə, sirli qadın idi".

Cinayətdə təqsirli bilinən İlqar Qəribov Ramilənin anası və böyük bacısı ilə problemi olduğunu məhkəmədə etiraf edib:

"Ramilənin anası və böyük bacısı bütün işlərimizə qarışıblar. Mənə şər, böhtanlar atıblar. Amma indi onlar ortalıqda yoxdurlar. Qəbul edirəm, qısqanc olmuşam. Hər şeyə qadağa qoymuşam".

Daha sonra hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. Söz prokurora verilib. Prokuror təqsirləndirilən şəxsin 18 il azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişin hüquqi varisi 18 ilin az olduğunu, İlqar Qəribova ömürlük cəza verilməsini istəyib.

Nəhayət hökmə əsasən, İlqar Qəribov 16 il azadlıqdan məhrum edilib.

Məlumata görə, İlqar Qəribov həyat yoldaşı Ramilə Qurbanovanı bıçaqladığı zaman qadın əsgərlikdə olan oğlu Uğur Qəribovla danışırmış.

Xatırladaq ki, ittihama əsasən, İlqar Qəribov keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü Raminə Qəribovaya Xətai rayonu, Məhəmməd Hadi küçəsində bıçaqla çoxsaylı xəsarətlər yetirərək, onu qətlə yetirib.

İclasda söz təqsirləndirilən şəxsə verilib. O, hadisə üzrə özünü qismən təqsirli bilib:

"Mən o hadisəni qısqanclıq səbəbilə törətmişəm".

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü Raminə Qəribovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 4864   Tarix: 06 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb

17 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

7 avqust
.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

8 sentyabr
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı

1 sentyabr
.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr