Azərbaycanda uzun illər bağlı qalmış 3 qəsdən adam öldürmə cinayətinin üstü açılıb
Ötən illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən birgə fəaliyyət həyata keçirilir.
Sonxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti birgə məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış bir neçə xüsusilə ağır-qəsdən adam öldürmə cinayətlərinin üstü açılıb.
Belə ki, 1998-ci il il fevralın 7-də Qərib İbadova odlu silahdan naməlum şəxs tərəfindən atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi, həmin il iyunun 20-də isə Ramiz Nadirovun naməlum şəxs tərəfindən odlu tapança silahından atılan atəşlər nəticəsində qəsdən öldürülməsi faktları üzrə cinayət işləri başlanıb.
Toplanmış sübutlarla hər iki əməlin eyni şəxs tərəfindən törədilməsi ehtimal olunduğundan cinayət işləri bir icraatda birləşdirilərək ibtidai istintaqın davamı Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Bundan başqa, 2001-ci il dekabrın 6-da Bakı-Qazax yolunun sol tərəfində, dərənin içində, üzərində zorakılıq əlamətləri olan paltarsız naməlum kişi meyitinin aşkar edilməsi faktı üzrə başlanmış cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.
İstintaq zamanı naməlum kişi meyitinin Dadaş Hüseynova məxsus olması, Dadaş Hüseynovun isə Qərib İbadovla Ramiz Nadirova qarşı törədilmiş cinayətlərin icraçısı olmasına əsaslı şübhələr müəyyən edilib.
Belə ki, 1 saylı Taxıl Məhsulları Kombinatının direktoru vəzifəsində işləmiş Vahid Haşımovun pul müqabilində sürücü-mühafizəçisi Qulu Muxtarova Qərib İbadov və Ramiz Nadirovu öldürülməsini sifariş etməsinə, bu "sifariş"-lərin isə Dadaş Hüseynov tərəfindən pul müqabilində icra olunmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaqla, həmçinin, Qulu Muxtarovun törədilmiş cinayət əməllərindən xəbərdar olmaqla onu sonradan icra etdiyi cinayətlərə görə əlavə pul almaq üçün hədələyən Dadaş Hüseynovu 2001-ci il dekabrın 3-də Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Vahid Haşımov (sifarişmi) və Qulu Muxtarov (icraçı) cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevin vəfat etmələri nəzərə alınmaqla, qanuna müvafiq qərarlar qəbul edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir, qeyd olunan cinayət əməllərinin törədilməsində iştirakı olmuş bütün şəxslərin istintaqa cəlb olunması təmin ediləcək.
Baş Prokurorluq tərəfindən ötən illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədilə aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Tacir Şahmalıoğlu əməliyyat olundu
Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular