Yeniyetmə 14 yaşlı dostunu taxta ilə vurduqdan sonra bıçaqlayaraq öldürdü - TƏFƏRRÜAT
Ağstafada 17 yaşlı oğlanın 14 yaşlı tanışını qətlə yetirməsi ilə bağlı məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən Y.Ə. özünü qismən təqsirli bildiyini deyib.
Anket məlumatlarında qeyd olunur ki, Y.Ə.-nin atası vəfat edib, anası isə iki il əvvəl Gürcüstana köçüb. Təqsirləndirilən yeniyetmə Ağstafada dayısı ilə birgə yaşayıb.
O, qətlə yetirdiyi Cavanşir Bədirovun atası ilə tanış olub, mütəmadi olaraq təmir işlərində ona kömək edib. Onun oğlu C.Bədirovla münasibəti də belə yaranıb.
Hadisə baş verən gün zərərçəkmiş şəxsin atası Y. Ə.-yə pul verib ki, gedib marketdən ona siqaret alsın.
O, marketdən qayıdan vaxt yolda 14 yaşlı C.Bədirov və dostu ilə rastlaşıb. Aralarında yaranmış mübahisə zamanı Bədirov onu taxta ilə vurub, ailə üzvlərinin ünvanına söyüş söyüb.
Bu zaman Y.Ə. maşın açarından düzəltdiyi bıçağı çıxararaq Bədirovun sinəsindən vurub. 14 yaşlı yeniyetmə hadisə yerində ölüb. Təqsirləndirilən şəxs zərərçəkmişi məhz söyüşə görə öldürdüyünü deyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Ə. 7 il 6 ay azadlıqdan məhrum edilib.
O, təyin olunmuş cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1964 Tarix: 09 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto
Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb
17 avqustAta qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu
18 sentyabrXaçmazda iki ata övladını BIÇAQLADI
Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind
15 avqustProkurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i
15 sentyabrLeyla Əhmədova həbs olundu
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta
8 sentyabrİş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi
Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla
13 avqustVüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı
1 sentyabrHavvaxanım Rüstəmovaya hökm oxundu
"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd
16 sentyabr