Saçımız tökülürsə, nə edək? - ARAŞDIRMA

Saçımız tökülürsə, nə edək? - ARAŞDIRMASaç tökülməsi problemi ilə üzləşən xanımların sayı getdikcə artır. Kimi bu problemdən çıxış yolu olaraq müxtəlif şampunlar alır, kimi vitamin kompleksləri ilə həll etməyə çalışır, kimi maskaları yoxlayır və s. Uğurlu alınanı da olur, cəhdləri nəticəsiz qalanı da.

Bəzən deyirlər ki, saç daranması indi azdır, ona görə saç tökülməsi çoxdur. Niyə bu problem artıb? Həlli üçün nələr etməliyik?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Dermatoloq Vaqif Abdullayev ilk olaraq bildirdi ki, saçı darayanda, dartanda, 7-8 tel düşürsə, bu, normaldır. Əgər 15-20 tel düşürsə, bu, problemdir. Gün ərzində 60-a qədər saç tökülməsi normal sayılırsa, 100-200 tökülmə artıq ciddi problem göstəricisidir. Ciddi problemlə üzləşənlərin sayının bu gün çox olmasına gəlincə, V.Abdullayev dedi ki, saç tökülməsinə təsir edən faktorlar artıb:

"Əslində, əvvəllər də insanlarda saç tökülməsi halları olub. Təbii ki, indiki qədər deyildi. Ona görə müasir zamanda saç tökülmə problemi ilə müraciət edənlər də çoxdur".

"Daramamaq səbəb deyil"

V.Abdullayev faktorların fərqli və çox olduğunu dedi:

"Autoimmun xəstəliklər, hormonal balansın pozulması, infeksion xəstəliklər, stress, bəzi mikroelementlərin çatışmazlığı və s. ola bilər. Məsələn, sink, dəmir çatışmazlığı da saç tökülməsinə yol açır. Urbanizasiyanın təsirindən yetəri qədər mikroelement, vitamin qəbul edə bilməyən insanlar var. Bu da təsirini göstərir. COVİD-19-dan sonra saç tökülmələri çox artıb. Saç diblərinə zərər vuran formada hörük, saç yığımları olarsa, onun da təsiri ola bilər. Saç tökülməsi problemi yaşayanların çoxu heç də onları edənlər deyil. Çünki o cür yığımlar, indi dəbdə deyil".

Qadınların saç daraması hallarının azalmasının təsirinə gəlincə, V.Abdullayev bununla bağlı hər hansı elmi araşdırma olmadığını dedi:

"Saçı daramamaq saçın tökülməsinə təsir edən ciddi faktor deyil. Düzdür, daranma özü də bir masaj kimi dərinin mikrosirkulyasiyasına müsbət təsir göstərir. Masaj zamanı damarlar daha çox genişlənir, saç kökünə daha çox qan gəlir. Saç kökləri daha yaxşı qidalanır. Müsbət effekt verir. Ancaq demək olmaz ki, saçların tökülməsində az daranması, yaxud daranmaması səbəbdir".

Müalicəvi şampunlar həll yoludur?
Dermatoloqun sözlərinə görə, səbəbini bilmədən tətbiq etdiyimiz həll yolu nəticə verməyəcək:

"Adam var ki, hansısa vitamini qəbul edir, saç tökülməsi dayanır. Sonra hamıya məsləhət görür ki, mən bunu etdim, düzəldi. Rəfiqəsi də edir, amma onda nəticə uğurlu olmur. Çünki problem eyni olsa da, səbəb fərqlidir. Deməli, rəfiqəsində səbəb başqadır. Onu tapmaq lazımdır. Boşuna vitamin qəbul etməyin faydası olmayacaq. Bəzən adam çox stress keçirir, hər bir məsələyə baxır, amma səbəbin stressi ilə bağlı olduğunu düşünmür. Bu diaqnozu da özü qoymamalıdır. Ola bilər adam stressə bağlayar, amma hansısa daxili problemlə bağlı olar. Diaqnozu mütəxəssis qoymalı və ona uyğun tədbirlər görülməlidir".

Şampunların effektinə inananlar da var. V.Abdullayev deyir ki, müalicəvi şampunlar var. Onlar da bütün növ saç tökülmələrində effektli olmur:

"Müalicəvi və kosmetik şampunlar var. Kosmetik şampunlar güclü effektə malik deyil. Yuyucu vasitə kimi rahat istifadə edilə bilər. Müalicəvi şampunlara gəlincə, tibdə onların effektinə inanan da var, inanmayan da. Bu da problemə görə dəyişir. Daxili orqanlara bağlı problemdirsə, bu zaman rolu olmayacaq. Ancaq saç dərisi kimi məsələyə bağlıdırsa, o zaman effekt göstərə bilir. Müalicəvi şampunlar da yalnız Həkimlər tərəfindən təyin olunmalıdır".

"Qidalanma düzgün olmalıdır"

V.Abdullayev bildirdi ki, saç dərisinə qulluğu unutmamalıyıq:

"İllər öncə ilə müqayisə etsək, bu gün xanımlarımızın saça qulluq faizi çox artıb. 30-40 il əvvəl insanlar saçlarına daha az fikir verirdilər, nəinki indi. Necə ki üz dərisinə, dırnaqlara qulluq edilir, saçlara da qulluq etmək lazımdır. Düzgün şampunlardan, yuyucu vasitələrdən istifadə etmək lazımdır. Yağlı saçlardırsa, yağlı saçlar üçün olan şampunlardan istifadə edilsin. Quru saçları yağlı saçlar üçün olan şampunlarla yuduqda, saçların daha çox quruması müşahidə olunacaq. Daha çox ziyan görəcək".

Mütəxəssis bildirdi ki, sağlam saçlarımız olması üçün qidalanmaya xüsusi diqqət etməliyik: "Qidalanma düzgün, rasionumuz vitaminlərlə, mikroelementlərlə zəngin olmalıdır. Tək "fast-food"larla qidalanan adamın dərisi də, saçı da düzgün qidalanan insanın saçından, dərisindən fərqlidir. Spirtli içki, siqaret saçlara mənfi təsir göstərir. Saçların sağlam olmasını istəyirsinizsə, mütləq qidalanmaya fikir verin. Gün ərzində 2 litr su içməyi unutmayın".

"İki aydan çox davam edirsə..."

Saç boyalarının təsirinə gəlincə, dermatoloq qeyd etdi ki, bu məsələdə ümumiyyətlə, diqqətli olmalıyıq:

"Perekis tərkibli saraldan boyalar saçları çox zədələyir. Saçların diametrində incəlmələr müşahidə olunur. Saçın uzanmasına təsir göstərə bilir. Tünd rəngli saç boyalar isə tərkibində kanserogen maddələr çox olduğu üçün əksər hallarda bir çox ölkələrdə qadağan olunmaq üzrədir. Xərçəng yaratma riskləri yüksəkdir".

Həkim sonda qeyd etdi ki, əgər saç tökülməsi normadan çoxdursa, 2 aydan çox davam edirsə, mütləq həkimlə məsləhətləşmək lazımdır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2155   Tarix: 10 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Demensiyadan qorunmağın YOLLARI

"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"

6 sentyabr
.

Cərrah dişlərinizi bir ayaq üstə dayanaraq fırçalamağı məsləhət görür: Nə faydası var?

Ortoped-cərrah Coselyn Vittsteyn bildirib ki, o, dişlərini həmişə müəyyən bir pozada fırçalayır və bu vərdişin sağlam qocalmağa kömək etdiyini düşünür. Qaynarinfo -a istinadən xəbər verir ki, onun sözlərinə görə, yaxşı tarazlıq uzun və müstəqil həyat üçün mühüm amildir. Tarazlığı məşq etdirməyin yollarında

8 sentyabr
.

Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu

"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların

3 sentyabr
.

İnfarkt zamanı nə etməli? - Professor vacib məqamları açıqladı

Ürək-damar xəstəlikləri uzun illərdir dünya üzrə ölüm səbəbləri arasında 13 faizlə ilk sırada yer alır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər il 9 milyon insan işemik ürək xəstəlikləri səbəbilə həyatını itirir və bu göstərici gündən-günə artır. Qaynarinfo xəbər verir ki, ürək v

2 sentyabr
.

Qaçış və ya idman zalı deyil: Ürək və damar sağlamlığı üçün ən yaxşı praktika

Yaş artdıqca orqanizmə daha ehtiyatlı yanaşan fiziki fəaliyyət növünün seçilməsi daha aktual olur. Yaşlı insanlar üçün gəzinti və velotrenajor ənənəvi olaraq təhlükəsiz seçim hesab edilsə də, ürək-damar sistemi üçün daha çox fayda verə biləcək alternativ də var. Söhbət yoqadan gedir. Qaynarinfo xəbə

1 sentyabr
.

Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?

Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla

18 sentyabr
.

Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?

İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 3

7 sentyabr
.

Uzunömürlülük üzrə mütəxəssis ömrü uzatmaq üçün 5 əsas qaydanı açıqladı

Uzunömürlülük üzrə mütəxəssis Den Büttner insanların daha uzun və sağlam yaşaması üçün beş əsas qayda açıqlayıb. Onun tövsiyələri "mavi zonalar" kimi tanınan və insanların uzunömürlülüyü ilə seçilən bölgələrdəki həyat tərzi müşahidələrinə əsaslanır. Büttnerin sözlərinə görə, uzunömürlülük üçü

20 sentyabr
.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama

12 sentyabr