"Qonaq otağında kibrit axtaranda Əfqan məni qucaqlayıb..." - Sabirabadda çobanın qızına qarşı əxlaqsızlıq

"Qonaq otağında kibrit axtaranda Əfqan məni qucaqlayıb..." - Sabirabadda çobanın qızına qarşı əxlaqsızlıqSabirabad rayonunda 1995-ci il təvəllüdlü Əfqan qohumunun yetkinlik yaşına çatmayan qızı Əfsanəyə (adlar şərti verilib - red.) təcavaz edib.

Sonxeber.az "teleqraf"a istinadla bildirir ki, hadisə 11 iyun 2021-ci ildə Sabirabad rayonunun kəndlərindən birində baş verib.

Əfqan evində qaz sobasını yandırmaq üçün alışqan istəmək adı ilə qohumu Məmmədin evinə gəlib. O, qapını döyərək Məmmədi çağırıb. Həmin vaxt qapını Məmədin qızı Əfsanənin açdığını görüb.

Əfqan Məmmədin və digər ailə üzvlərinin evdə olmadığına əmin olduqda cinsi ehtirasını təmin etmək niyyətini həyata keçirmək istəyib.

O, Əfsanəyə zor tətbiq edərək ağız və göz nahiyəsindən əlləri ilə tutub, evin qonaq otağında divana yıxıb. Zorakılıq göstərməklə Əfsanəyə qarşı seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Əfsanə onun qohumudur və qonşuluqda yaşayırlar:

"İyunun 11-də, səhər saat 08.30-da evdəki qaz sobasını yandırmaq üçün evdə alışqan və ya kibrit tapa bilmədim. Buna görə Əfsanənin yaşadığı evə getdim. Qapını Əfsanə açdı. Ondan çöldə dayanaraq alışqan istədim. Əfsanə "gözlə, baxım, əgər taparamsa verəcəm" dedi.

Təxminən 2-3 dəqiqə sonra Əfsanənin gəlmədiyini gördüm. Onu səslədim və gəlmədiyi üçün təkrarən çağırdım. Əfsanə isə "nədi, nə qışqırırsan" deyərək qapının qarşısına gəldi.

Ona dedim ki, sən nə qışqırırsan, səndən qaz peçini yandırmaq üçün alışqan istədim. O da bildirdi ki, alışqan yoxdur, vermirəm. Mən də əsəbləşdiyim üçün onun üzünə bir şillə vurdum. Əfsanə də qaçaraq xalasının evinə getdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, Əfsanəyə qarşı əxlaqsız və pozğun hərəkətlər etməyib, Əfsanənin dayısı ilə aralarında ədavət olduğuna görə onların ailəsi bundan istifadə edərlər, onu şərləyərək həbs etdiriblər.

Zərərçəkmiş Əfsanənin sözlərinə görə, iyunun 11-də səhər saat 5 radələrində atası evdən çıxaraq çobanlıq etmək üçün fermaya, anası isə saat 6 radələrində kənddəki parnik sahəsinə işləməyə gedib:

"Təxminən saat 8 radələrində evdə olarkən qapının döyüldüyünü eşitdim. Qapıya yaxınlaşanda atamın uzaq qohumu Əfqanı gördüm. O məndən alışqan istədi.

Mən də geriyə çevirilərək evin qonaq otağına getdim. Qonaq otağında atama məxsus alışqanı axtararkən Əfqan məni arxadan özünə sıxdı, bir əli ilə ağzımı, bir əli ilə gözlərimi tutdu.

Sonra həmin vəziyyətdə məni qonaq otağındakı divanın üzərinə yıxdı. Məni də soyundurdu, özü də soyundu.

Mən divandan duraraq qaçmaq istədim. Əfqan sol qolumdan tutaraq möhkəm çimdiklədi və təkrarən divana yıxdı. Üstümdə oturandan sonra hərəkətsiz qaldım".

Zərərçəkmiş qeyd edib ki, sonra üzərinə yarı uzanmış vəziyyətdə təxminən 1-2 dəqiqə ərzində seksual xarakterli hərəkətlər edib.

Bildirib ki, bir anlıq özündə güc tapıb və Əfqanı üzərindən itələyib:

"Əfqan isə divandan yerə yıxıldı. Bundan sonra qaçaraq otaqdan çıxdım, qonşuluqda yaşayan xalamın evinə getdim. Hadisə barədə qohumlarıma məlumat verdim".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqan 11 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 8076   Tarix: 11 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb

17 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

7 avqust
.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

8 sentyabr
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı

1 sentyabr
.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr