"Sumqayıt"dan beynəlxalq məhkəmənin qərarı ilə bağlı açıqlama: "Tələbin yalnız üçdə bir hissəsi təmin edilib"
"Təəssüf hissi ilə bildirmək istəyirik ki, son günlərdə ölkənin idman mətbuatında CAS-ın qərarının təhrif olunmuş şəkildə əks etdirilməsi ilə bağlı məqalələr geniş yayılıb. Bu səbəbdən də CAS-ın qərarı ilə bağlı bəzi məsələləri ictimaiyyətin diqqətinə çatdırmaq istərdik".
Bu fikirlər "Sumqayıt" futbol klubunun Mətbuat Xidmətinin İdman Arbitraj Məhkəməsinın (CAS) klubun keçmiş məşqçisi Elnur Çodarovla bağlı qərarı ilə əlaqədar bəyanatında yer alır.
Bildirilir ki, 11 sentyabr 2023-cü il tarixindən etibarən CAS-ın qərarı ictimaiyyət üçün açıq elan edilib.
İddiaçı Elnur Çodarov İdman Arbitraj Məhkəməsinə müraciət edərək aşağıdakı qərarların verilməsini xahiş edib:
1. AFFA-nın Apellyasiya Arbitraj Tribunalının 8 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini,
- "Sumqayıt" futbol klubunun məşqçiyə ödənilməmiş əməkhaqqı (müqavilənin qalıq dəyəri) olaraq xalis 14 000 manat və illik 5% məbləğində cərimə hesablanaraq ödənilməsini;
- "Sumqayıt" futbol klubu müqaviləyə qanunsuz xitam verdiyinə görə məşqçiyə ödənişin qüvvəyə mindiyi tarixədək 14 000 manat və illik 5% məbləğində kompensasiyanın ödənilməsini;
2. "Sumqayıt" futbol klubu tərəfindən bu şikayət üzrə sənədlərin tərcüməsi ilə bağlı məşqçinin xərclərinin 500 manat məbləğində və məşqçi tərəfindən ödənilmiş 1 000 İsveçrə frankı məbləğində CAS Məhkəmə Ofisi haqqının ödənilməsini.
"Yuxarıdakı iddiaları nəzərə alaraq görərik ki, ümumilikdə "Sumqayıt" FK-dan tələb edilən məbləğ cəmi 30 400 (otuz min dörd yüz) manat təşkil edib.
İş üzrə 9 fevral 2023-cü il tarixində CAS-ın tək hakimi Espen Auberqin rəhbərliyi altında şifahi dinlənilmə keçirilib. Bu məhkəmə prosesində klubumuzu vəkil Elcan Həsənli və Ramil Cahangirov təmsil ediblər.
CAS iş üzrə yekun qərarını 4 sentyabr tarixində elan edib. CAS-ın qərarını təqdim edirik: (https://littletonchambers.com/wp-content/uploads/2023/09/8905-Award-FINAL.pdf)
1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Apellyasiya Arbitraj Məhkəməsinin 4 may 2022-ci il tarixdə çıxardığı qərardan Elnur Çodarovun 25 may 2022-ci il tarixində verdiyi apellyasiya şikayəti qismən təmin edilsin.
2. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Apellyasiya Arbitraj Məhkəməsinin 4 may 2022-ci il tarixli qərarı ləğv edilsin.
3. "Sumqayıt" Futbol Klubu MMC müqavilənin pozulmasına görə Elnur Çodarova 10 725 manat (on min yeddi yüz iyirmi beş Azərbaycan manatı) məbləğində kompensasiya ödəsin.
4. CAS Məhkəmə İdarəsi tərəfindən müəyyən edilərək tərəflərə təqdim olunacaq arbitraj xərclərinin 30 faizi (otuz faiz) Elnur Çodarov, 70 faizi (yetmiş faiz) isə "Sumqayıt" Futbol Klubu MMC tərəfindən ödənilsin.
5. Hər bir Tərəfin bu arbitrajla əlaqədar çəkdiyi xərclər və digər xərclər öz üzərinə aid edilsin.
6. İddiaçının bütün digər və sonrakı vəsatətləri və ya yardım tələbləri rədd edilsin.
Göründüyü kimi, CAS-ın qərarından da aydın olur ki, məşqçinin tələbinin yalnız üçdə bir hissəsi təmin edilib", - deyə klubun açıqlamasında bildirilir.
Klubdan əlavə olunub ki, qərarda, eyni zamanda, məşqçi tərəfindən də "WhatsApp" mobil tətbiqinə səs ataraq klubla sağollaşması və ardınca məşqlərə gəlməməsi müqavilə pozuntusu olaraq göstərilib.
Klubun isə sadəcə olaraq, müqaviləyə xitam verməklə sərt addım atdığı qeyd edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Qızıl bazarında son vəziyyət
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
XƏBƏRDARLIQ! Bakıya LEYSAN YAĞACAQ - Proqnoz verildi
Böyük Qayıdış, quruculuq və dayanıqlı inkişaf perspektivləri
Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...