Ekspert: "Tarif Şurasının qərarı dərman bazarında rəqabəti gücləndirəcək"

Ekspert: "Tarif Şurasının qərarı dərman bazarında rəqabəti gücləndirəcək""Tarif (Qiymət) Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etməsi ölkədə dərman vasitələrinin satışı üzrə fəaliyyət göstərən təsərrüfat subyektləri arasında rəqabəti gücləndirəcək".

Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, bu da dərman bazarında ucuzlaşmaya səbəb olacaq.

"İndiyə qədər Tarif Şurası konkret qiymət müəyyən edirdi və bu dərmanlar bu qiymətə satılırdı. Yəni qiymət çox dar bir dəhlizdə idi. İndi isə dərman satışı üçün yuxarı hədd müəyyənləşdirilir. Bu da rəqabət üçün şərait yaradacaq. Amma qiymətlərin ciddi azalacağını gözləmirəm, sadəcə, bazara yeni oyunçuların daxil olmasına imkan verilib.

Əvvəllər Tarif Şurası konkret qiymət müəyyən etdiyinə görə rəqabət müəyyən qədər pozulurdu. Nəticədə daha rahat formada dərman əldə edə bilib bazarda daha çox alıcı cəlb etməyi bacaran təsərrüfat subyektləri bu fəaliyyətə başlamağa maraqsız idi. Amma bu dəyişiklik təsərrüfat subyektlərini bir qədər aktivləşdirəcək. Bir şərtlə ki, bu aktivliyin qarşısı hansısa digər subyektiv amillərlə alınmasın. Yəni əlində müəyyən qədər inzibati resurslar və ya inzibati resurslara çıxışı olan güclü təsərrüfat subyektləri onlara mane olmasın, ölkəyə dərmanın idxalına, qeydiyyat proseslərinə problem yaratmasınlar. Bunlar olmazsa, apteklər arasında qiymət fərqi olacaq", - deyə ekspert qeyd edib.
"Dərman bazarına müsbət təsir edəcək proseslərdən biri də Milli Məclisdə Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı göndərilən təkliflərlə bağlıdır. Yaxın müddətdə bu məcəllənin qəbulu gözlənilir. Sənəd qəbul edilərsə, işlək mexanizm formalaşarsa, onun işləməsinə hansısa inzibati maneələr yaradılmazsa, dərman əlçatanlığı ölkə əhalisi üçün daha yaxşı olar", - deyə o əlavə edib.

Ekspert hesab edir ki, ölkədə dərman vasitələrinə əlçatanlığın təmin olunması üçün görülən tədbirlər bu il əvvəlki illərlə müqayisədə daha nikbin təəssürat yaradır:

"Dərman zavodlarının açılması və qanunvericilik bazasında dəyişikliklərin olması müsbət haldır. Eyni zamanda, bir qərar dərmanların qiymətinin kəskin enməsini təmin edə bilməz. Dərman vasitələrinin kifayət qədər ucuzlaşması üçün problem kompleks şəkildə həll olunmalıdır. Bunlardan da biri ölkədə dərman istehsalına kifayət qədər nail olunmasıdır. Yəni daha böyükhəcmli zavodların tikintisinə ehtiyac var. Bu il yeni dərman zavodunun açılmasını bu istiqamətdə bir ilk hesab etmək olar. Məncə, bu, müsbət bir tendensiya yarada biləcək. Düzdür, ölkədə bütün dərman vasitələrinin istehsalı mümkün deyil, buna 20 ilə də nail ola bilmərik. Amma ən azından, nədənsə başlamaq lazımdır. Bu baxımdan, dərman zavodlarının açılmasını müstəsna əhəmiyyətli hadisə hesab edirəm.

Bundan başqa, əvvəl dərman vasitələrinin qeydiyyata alınması ilə bağlı istehsalçıların məcburi müraciəti olmalı idi. Yeni dəyişikliklə idxalçıların da müraciəti əsasında dərman vasitələri qeydiyyata alına bilər".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1055   Tarix: 16 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr
.

Azərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. Ema

11 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Brent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü

Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla

17 sentyabr
.

Yeni tədris ili ilə bağlı məktəbli ailələrinin orta hesabla hansı xərcləri yaranır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə məktəbli ailələrinin qarşısında ənənəvi olaraq əlavə xərclər yaranır. Məktəbli forması, çanta, dəftərxana ləvazimatları, ayaqqabı və digər zəruri ehtiyacların alınması ailə büdcəsinə ciddi yük yarada bilər. Bu il də müxtəlif məktəb ləvazimatlarının qiymətlərində əvvəlk

15 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Brent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü

İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare

3 sentyabr