Tahir İmanov prezidentin kürəkənindən danışdı

Tahir İmanov prezidentin kürəkənindən danışdı"Səməd Qurbanovun atası, mərhum Aydın müəllim millətimizin çox görkəmli nümayəndələrindən idi. O, Rusiyada yaşayan biznesmen olsa da Azərbaycanı çox sevirdi. O, indiki oliqarx deyilən biznesmələrdən deyildi, vətənpərvər insan idi".

Bunu "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, aktyor Tahir İmanov deyib.

Aktor prezident İlham Əliyevin kürəkəni Səməd Qurbanovla münasibətlərindən söz açaraq, onunla bağlı maraqlı nüansları diqqətə çatdırıb. O, Səməd Qurbanovla dostluq əlaqələrində olduğunu deyib.

"Səməd müəllim atası kimi dəyərli insan, gözəl dostdur. O, əsl vətənpərvər və dövlətini sevən bir insandır. Atası həmişə azərbaycanlılara kömək olub, yüzlərlə insana çörək verib. O, indiki oliqarxlardan fərqli olaraq ölkəsini düşünən şəxsiyyət idi. İndi xaricdə yaşayan soydaşlarımızın əksəriyyəti əvvəl pulu fikirləşirlər, puldan başları açılanda milləti yada salırlar".

T.İmanov Aydın Qurbanovla ilk dəfə 1993-cü ildə tanış olduğunu vurğulayıb.

"O vaxt mən KVN komadasında çalışırdım. Həmin vaxtdan Aydın Qurbanovla tanışlığımız başladı. Səməd o zaman balaca idi. Sonradan biz Aydın müəllimlə dost olduq. İndi onun oğlu ilə də dostuq".

Tahir İmanovun fikirincə, S.Qurbanov bu gün öz atasının yolu ilə gedir: "Səməd müəllim bu gün atasından heç də fərqlənmir. Hətta bəzi məqamlarda, yaxşı mənada Səməd atasını qabaqlayır. Aydın Qurbanov sağ olsaydı, oğluna baxıb onunla fəxr edərdi".

Aktyor söhbət zamanı Səməd Qurbanovun çox sadə bir insan olduğunu söyləyib. Onun sözlərinə görə, prezidentin kürəkəni olsa da S.Qurbanov heç vaxt özünü yüksək təbəqənin nümayəndəsi kimi aparmır.

"Statusuna baxmayaraq, o, çox sadə bir insandır. Səmədi tanımayan insan bilməz ki, onun çox tanınmış qohumları var. Səmədi bizim bəzi məmurlarımızın övladları ilə müqayişə etsək görərik ki, onların arasında yerdən göyə qədər fərq var. Bəzi məmur övladları avtoxuliqanlıq edirlər, silahdan istifadə edirlər. Səməd isə belə əməllərdən uzaqdır. Çünki onun əslində tərbiyə var. Tərbiyəli insan isə elə əməllər törətməz.

Mən Səmədi həmişə başqalarına nümunə göstərmişəm. Onlara deyirəm ki, baxın Səmədə, qohumları nə qədər tanınmış insanlar olsalar da o, özünü çox sadə aparır. Səmədin hərəkətləri bəziləri üçün nümunə olmalıdır".

T. İmanov S.Qurbanovla tez-tez görüşdüklərini də söyləyib: "Səməddə məni özünə çəkən yaxşı xüsusiyyətlərdən biri də onun səmimiyyətidir. İndiki zamanda səmimi insanlar çox azdır. Təəssüflər olsun ki, bəzi insalar müəyyən məqsədlər naminə dostluq edirlər. Bu məqsədlər əsasən bizneslə bağlıdır. Bizneslər bağlananda isə dostluq da dağılır.

Səmədlə bizim isə əsas məqsədimiz aramızda olan səmimiyyəti qoruyub saxlamaqdır. Çünki bu səmimiyyəti ilk dəfə Aydın Qurbanovla biz qurub-yaratmışıq. Aydın müəllim bu günü görsəydi, çox sevinərdi. O, Səmədlə nəfəs alırdı, onunla yaşayırdı. Səməd onun həyatı idi, yaşama səbəbi idi, yeganə övladı idi. Səmədlə aramızda çox möhkəm dostluq əlaqələrimiz var".

T.İmanov Aydın Qurbanovla aralarında baş verən maraqlı bir hadisəni yada salıb.

Tahir İmanov prezidentin kürəkənindən danışdı"1990-cı illərin əvvəlləri idi. Aydın müəllimlə bir yerdə oturub nahar edirdik. Birdən telefonuna zəng gəldi. Qurumlardan birindən ona bildirdilər ki, Rusiyada bir azərbaycanlı ölüb və onun meyitini ölkəyə gətirmək üçün pul çatışmır. Aydın müəllim isə bütün xərcləri öz üzərinə götürdü. Hətta həmin şəxsin Bakıda yas mərasimini də təşkil etdi.

Xaricdə yaşayan bəzi soydaşlarımızdan fərqli olaraq o, heç vaxt öz əməllərini reklam etməzdi. Mən məsləhət görürdü ki, etdiyim yaxşılığı heç kəs bilməsin. O, deyirdi ki, yaxşılığı Allah üçün etmək lazımdır".

Aktyor Səməd Qurbanovun KVN tamaşalarını sevdiyini, onların konsertlərində iştirak etdiyini söyləyib.

Qeyd edək ki, Səməd Qurbanov prezident İlham Əliyevin qızı Arzu Əliyeva ilə ailə həyatı qurub. Cütlüyün bir oğlu var./azvision


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1967   Tarix: 04 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qadınlar öləndə niyə daha dərinə basdırılır? - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir küçə müsahibəsində 20 illik qəbirqazanının qəbirlərin dərinliyi ilə bağlı səsləndirdiyi fikirlər qısa zamanda gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Türkiyədə gənc bir şəxs tərəfindən ünvanlanan "Qadınların qəbirləri kişilərə nisbətən daha dərin qazılırmı?"

17 dekabr
.

Yeni il ağacları təhlükəli ola bilər

"Yeni il ağacları ciddi allergiyaya səbəb ola bilər". "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu rusiyalı həkim Aleksandra Filyova deyib. O qeyd edib ki, allergiyanın səbəblərindən biri satışdan əvvəl daşınarkən və saxlanılarkən canlı ağacın qabığında və gövdəsində əmələ gələ

17 dekabr
.

Duz əti sərtləşdirir?

Mətbəxdə tez-tez müzakirə olunan suallardan biri də duzun ətə təsiridir. Mütəxəssislərin fikrincə, duz düzgün vaxtda və ölçüdə istifadə edilmədikdə ətin sərtləşməsinə səbəb ola bilər. Lakin doğru texnika ilə tətbiq edildikdə duz ətin dadını və teksturasını yaxşılaşdıra da bilər. xəbər verir ki, araşdırmala

14 dekabr
.

Yeni ildə bu rəngləri geyinməyin: onlar xoşbəxtliyi, pulu və sevgini uzaqlaşdırır

Astroloqların fikrincə, Yeni il gecəsində yalnız gözəl obraz seçmək kifayət deyil, həm də müəyyən rənglərdən qaçmaq vacibdir. 2026-cı ilin simvolu olan odlu at rənglərə qarşı həssasdır və uyğun olmayan seçim il başlayar-başlamaz yorğunluq, gərginlik və ya durğunluq hissi yarada bilər. Ölkə.az xaric

15 dekabr
.

"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın

Bayramların əsas rəmzi olan şam ağacını düzgün yerdə yerləşdirmək təhlükəsizliyə görə son dərəcə vacibdir. Canlı ağac bir neçə saniyəyə alışa, süni ağac isə qızmış işıqlar və ya istilik mənbələri yaxınlığında qısa zamanda təhlükə yarada bilər. Buna görə də ağacı harada quracağınızı əvvəlcədən düşünmə

14 dekabr
.

Niyə qışda daha çox aclıq hiss edirsiniz? - Dietoloqun CAVABI

Əgər qış aylarında daha güclü aclıq hiss edir və şirniyyata meylin artdığını müşahidə edirsinizsə, bu tamamilə təbii bir prosesdir. Qışda tez-tez makaron, çörək və ya şokolad yemək istəyi yaranırsa, buna təəccüblənməyin. Bu bir kapriz deyil, bədənin verdiyi təbii siqnaldır. Soyuq havada isinmək üçü

17 dekabr
.

140 ölkəni gəzmiş turist - Hər il ora qayıdır

Dünyanın 140-dan çox ölkəsini ziyarət edən amerikalı səyahətçi Kris D. Braun etiraf edir ki, hər il qayıtmaq istədiyi yalnız bir ölkə var, o da İspaniyadır. xəbər verir ki, Braun artıq 15 ildir ki, bu ölkəni yenidən ziyarət edir və bunun səbəblərini yazdığı məqalədə açıqlayıb. Onu ən çox təsirləndirə

12 dekabr
.

İl ərzində ən çox Günəş işığı alan şəhərlər - SİYAHI

Aparılan ölçmə işlərinə əsasən, il ərzində ən çox Günəş işığı alan şəhər ABŞ-nin Arizona ştatının Yuma şəhəridir. bu barədə "Sözcü" qəzetinə istinadən xəbər verir. Bildirilir ki, Yuma ildə təqribən 4 015 saat (167 gün) gün işığı alır. Qırmızı dənizin sahilində yerləşən Marsa-Alam siyahını

15 dekabr
.

Görməzlikdən gəldiyimiz ölümcül təhlükə: Sinə ağrısı niyə təcili tibbi yardım tələb edir?

Sinə nahiyəsində qəfil yaranan ağrı və ya hətta danışıq zamanı hiss edilən yüngül nəfəs darlığı belə təhlükəli xəstəliklərin əlaməti ola bilər. xarici mediaya istinadən xəbər verir ki, sinə ağrısı insanların əksəriyyətinin çox vaxt məhəl qoymadığı geniş yayılmış bir əlamətdir. Lakin həkimlər xəbərdarlı

17 dekabr