Premyer Liqa: "Turan Tovuz"la "Qəbələ" qollu heç-heçə ediblər - VİDEO
Azərbaycan Premyer Liqasında VI turun oyunları davam edir.
"Report"un məlumatına görə, günün ilk matçı Tovuzda keçirilib.
Yerli "Turan Tovuz" doğma azarkeşləri önündə "Qəbələ"ni qəbul edib. Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Əvəzində fasilədən dərhal sonra tovuzlular dörd dəqiqə ərzində rəqibi iki dəfə mərkəzə dəvət ediblər. 56-cı dəqiqədə Fərid Nəbiyev, 59-cu dəqiqədə isə Belajdi Pusi adlarını tabloya yazdırıblar.
Lakin qonaqlar təslim olmayıblar. 72-ci dəqiqədə dəqiq zərbə ilə komandasını ümidləndirən Osama Xalayla 6 dəqiqə sonra penaltidən fərqlənərək, dubla imza atıb və "status-kvo"nu bərpa edib.
Komandaların sonrakı cəhdləri bir nəticə verməyib, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bununla "Turan Tovuz" cari mövsüm öz meydanında keçirdiyi ikinci matçda da qələbə qazana bilməyib. Bu heç-heçə sayəsində "Turan Tovuz" xallarının sayını 10-a, "Qəbələ" isə 4-ə çatdırıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Neftçi"ni 1:0, "Səbail" "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək "Qarabağ" - "Sabah" (19:30) görüşü ilə yekun vurulacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 842 Tarix: 17 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək
14 oktyabrAMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. Bu barədə -a AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb. Sanksiya avqustun 31-dən qüvvəyə minib
20 oktyabrHövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç
23 oktyabrBakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı ərəfəsində Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası və Beynəlxalq Sumo Federasiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iki antidopinq maarifləndirmə vebinarı təşkil edib. AMADA-ya istinadən xəbər veri
14 oktyabrAzərbaycan Basketbol Liqasında IV tur başlayır
Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək. xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Son ölkə çempionu "Sabah" NTD-ni sınağa çəkəcək. Görüş Milli Gimnastika Arenasında, saat 19:00-da start götürəcək. Ehtiyatda daha bir oyunu olan "Sabah" 4 xall
23 oktyabrİtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24 oktyabrGüləşçimizdən DÇ-də gümüş medal
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb. "Qafqazinfo" xəbər verir ki, o, finalda qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olub. Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşç
14 oktyabr