"Hakimə dedim ki, oyunu kişi kimi idarə et" - "Qəbələ"nin məşqçisi
"Qəbələ" Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib.
Sonxeber.az xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi Xaqani Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox çətin oyun oldu. Matça yaxşı hazırlaşmışdıq. "Turan Tovuz" yaxşı oyunlar keçirib, üst pillələrdədir. Bilirdik ki, necə rəqibə qarşı oynayacağıq. Komandanı görüşə yaxşı kökləmişdik. İlk hissə o qədər də yaxşı oynamadıq. İkinci hissədə özümüzdə güc tapıb hesabı 0:2-dən 2:2-yə gətirdik. Süni meydanda oynamaq çətin idi. Düşünürəm ki, komanda əlindən gələni etdi. Belə bir oyunda heç-heçə pis nəticə deyil.
- Elmar Baxşıyevdən sonra siz də qırmızı vərəqə gördünüz. Nələr baş verir?
- Futbol emosiyalar oyunudur. İnsan özündən çıxa bilər. Hakimlər bir az səbrli olmalıdır. Biz iradımızı bildiririk. Etiraz edən kimi ikinci sarı vərəqəni verirlər. İstərdim ki, bu məsələdə hakimlər bir az diqqətli olsunlar.
- Hakimi söydüyünüz iddia olunur...
- Söyüş olmayıb. Yalan danışmaram heç vaxt. Etiraz etdim. Dedim ki, oyunu kişi kimi idarə et. Omarın epizodunda təmiz cərimə var idi, vermədi. Ona bildirdim ki, cərimə zərbəsi təyin etməliydin.
- Matçın saat 16:30-da keçirilməsinin oyununuza təsiri oldu?
- Rəqib üçün də, bizim üçün də eynidir. Bunun elə bir təsiri olmadı.
"Qafqazinfo"
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1130 Tarix: 17 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mark Qiu "Çelsi"dən "Leyptsiq"ə transfer olunub
İngiltərənin "Çelsi" klubunun hücumçusu Mark Qiu Almaniyanın "Leyptsiq" komandasına transfer olunub. xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. M.Qiu 2025-ci ildən İspaniyanın U-21 millisində çıxış edir. Qeyd edək ki, 2024-cü ilin yayında "Barselona"da
1 sentyabrElvinin xəstəxanadan fotosunu paylaşıb bu sözləri yazdı
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev idman ortopediyası üzrə ixtisaslaşmış ortoped-cərrah Lasse Lempainen tərəfindən əməliyyat olunub. "Qafqazinfo" xəbə
3 sentyabrMessinin varisi o oldu
Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz futbolçu Lionel Messinin beynəlxalq karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza verməyi planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu qərarın Messi və Nikolas Otamendinin 2026-cı il Dünya Çempionatında
3 sentyabr"Fənərbağça" Çağlar Söyüncü ilə yollarını ayırdı
"Fənərbağça" müdafiəçi Çağlar Söyüncü ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb. xəbər verir ki, bu barədə İstanbul komandasının mətbuat xidməti məlumat yayıb. 2023/2024 mövsümündə "Fənərbağça"ya qoşulan Çağlar Söyüncü klubun heyətində 75 matça çıxaraq dörd qol vurub və ü
6 sentyabrAzərbaycanlı tennisçi Cahangir Aslanov beynəlxalq turnirin qalibi oldu
Azərbaycanı beynəlxalq arenada təmsil edən gənc tennisçi Cahangir Aslanov növbəti uğuruna imza atıb. BİG.AZ xəbər verir ki, 11 aprel 2016-cı il təvəllüdlü Cahangir Aslanov ilk dəfə 5 yaşında müəllimi Fərid Şirinovun rəhbərliyi ilə tennis məşqlərinə başlayıb. Müəlliminin sözlərinə görə, Cahangir ilk məşqlərdə
1 sentyabr"Fənərbağça" Koco Pepra Opponqun transferi üçün razılığa gəlib
Türkiyənin "Fənərbağça" klubu Qana millisinin futbolçusu Koco Pepra Opponqu heyətinə qatır. "HT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı müdafiəçinin transferi üçün Fransanın "Nitsa" klubu ilə anlaşıb. Afrikalı oyunçunun tezliklə Türkiyəyə yollanacağ
27 avqust