Bir cümləyə görə ailəsinə faciə yaşadan ata: Şəmkirdə dəhşətli hadisə - FOTO/VİDEO
Şəmkirin Çinarlı qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.
1995-ci il təvəllüdlü Lalə Həsənova həyat yoldaşı tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb və hadisənin baş verdiyi evində keçinib. Onun övladı 2014-cü il təvəllüdlü Qumru Həsənova isə çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Həyat yoldaşına və azyaşlı qızına qıyan isə 1988-ci il təvəllüdlü Elməddin Həsənov olub. O, Lalə ilə 2013-cü ildə ailə qurub. Bu izdivacdan bir il sonra qızları dünyaya gəlib.
2016-cı ildə Elməddin işləmək üçün Rusiyaya getsə də, üç ay sonra geriyə dönür. Gənc ailənin ailədaxili münaqişələri də məhz bundan sonra başlayır. Elməddin Lalənin onun valideynləri ilə soyuq davranmasını əsas gətirərək həyat yoldaşının ona xəyanət etdiyini düşünür. 8 yaşlı qızının da ona - "sən mənim atam deyilsən", - deməsi şübhələrini daha da artırır.
İstintaq prosesində diqqəti çəkən əsas məqam isə Elməddinin bu cinayəti törədərkən onu idarə edən gözəgörünməz qüvvələrin olması barədə mütəmadi fikir söyləməsidir. Onun dediyinə görə, həyat yoldaşı ilə bağlı şübhələri yarandıqdan sonra onu öldürmək üçün öncədən bıçaq da hazırlayıb.
Elməddin həmin bıçağı yaşadığı mənzildə çarpayının yanında gizlədib. Gecəni həyat yoldaşı və qızı ilə birlikdə yatıb. Səhər saat 8 radələrində yuxudan ayılanda qəfil Lalə haqqında düşündüyü şübhələr gözünün önündə canlanmağa başlayıb və həyat yoldaşını öldürmək qərarına gəlib.
Elməddin bıçaqla hamilə olan həyat yoldaşına yatmış vəziyyətdə zərbələr endirməyə başlayıb. İlk zərbədən sonra Lalə yuxudan oyanıb ona müqavimət göstərsə də, sonra müvazinətini itirərək halsız vəziyyətə düşüb.
Mənzildə səs küyə oyanan 8 yaşlı Qumru anasını qan içində görüb. Atasının qarşısını almaq istəsə də, Elməddin növbəti bıçaq zərbələrini azyaşlı qızına endirməyə başlayıb. Özü isə cinayəti törətdikdən sonra qonşuya gedərək hadisəni onlara danışıb.
Ekspertiza Lalə Həsənovanın bədəninin müxtəlif nahiyələrində 21-dək müxtəlif dərəcəli xəsarətlər, 8 yaşlı Qumruda isə 12 bıçaq yarası müəyyən edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Elməddin Həsənov Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilib. Qətlə yetirilən ana ilə qızının hüquqi varisinin hökmdən Apellyasiya şikayəti verməsindən sonra Gəncə Apellyasiya Məhkəməsi bu cinayət işinə daha iki maddə əlavə edərək Elməddin Həsənovu ömürlük azadlıqdan məhrum edib.
Baku TV-nin süjetini təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 6183 Tarix: 22 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ
Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiye
25 avqustQisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş
5 sentyabrAzərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı
Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd
19 avqustŞərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs
"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs
3 sentyabrƏrindən borc istəyən qadın döyülüb
Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro
3 sentyabrQubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto
Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb
17 avqustQadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir
Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar
24 avqustAzərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs
14 sentyabr