Sülh, qarşılıqlı anlaşma və hörmət - "Kaspi"nin TƏHLİLİ

Sülh, qarşılıqlı anlaşma və hörmət - "Kaspi"nin TƏHLİLİAzərbaycan Qarabağdakı erməniəsilli vətəndaşlarına birgəyaşayış üçün qucaq açır. Onlar da bizim tanıdığımız şansları dəyərləndirməyi bacarmalıdırlar. Regiondakı Ermənistan silahlı bölmələrinin və qanunsuz dəstələrin tərk-silah olunması prosesini dəstəkləyən mövqedə durmalıdırlar.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Azərbaycan Qarabağda, daha dəqiq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni hərbi birliklərə qarşı antiterror tədbirləri həyata keçirdi. Hərbi güc tətbiqi regiona, beynəlxalq auditoriyaya Bakının diktələrini təqdim edən nəticələrlə yekunlaşdı.

Qarabağdakı açıq qalan məsələlərlə manipulyasiya edərək regional geosiyasi konfiqurasiyanı dəyişdirmək cəhdlərinin qarşısında daha böyük bir sədd çəkildi.

Bildirək ki, Azərbaycanın antiterror təqdimatı və onun icrası regionda mövcud təhlükəsizlik çağırışlarının, milli təhlükəsizlik siyasətinin prioritetlərinin dəstəklənməsinə dair baxışlara toxunur.

Azərbaycan şansı əldən buraxmadı

Lakin Azərbaycanın təhlükəsizliklə əlaqədar narahatlıqlarını gözardı etmək, regiondakı vəziyyəti Ermənistanın işğalçılıq siyasətinin xeyrinə dəyişdirmək üçün bəzi beynəlxalq reseptlər Bakının ali məqsəd və vəzifələrinə cavab vermirdi.

Buna görə də Azərbaycan antiterror tədbirləri ilə özünün regional və beynəlxalq imicini gücləndirəcək şansını əldən buraxan deyildi və lazımi addımlar Bakının diktəedici potensialına yeni elementlər qatdı.

Nəticələr Azərbaycanın strategiyasının əsas prinsiplərini gücləndirmək üçün məqamların məcmusunda yer alır.

Çünki Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə suveren hüquqlarının bütün parametrlər üzrə təmininə yönəlik addımlar ataraq regiondakı rudiment orqanları kəsib atır. Region üçün ən böyük təhdidə gəlincə, bu, separatizm, işğalçılıq, revanşizmdir ki, Azərbaycan son antiterror tədbirləri ilə onların kökünü kəsmək istiqamətində həlledici nəticəyə nail oldu.

Ermənilər üçün birgəyaşayış təklifləri

İndi isə Azərbaycanın Qarabağdakı ermənilərin ölkə həyatına reinteqrasiyası üçün təklif etdiyi ideyaların reallaşması zamanıdır. Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində bu istiqamətdəki məqsəd və vəzifələr elan edildi.

Həmin fikirlər regional geosiyasi və geostrateji dəyişikliklər fonunda Azərbaycanın yüksəlişinin tərkibində yer almaq istəyənlər üçün cəlbedici olmalıdır.

İlham Əliyev Qarabağda yaşayan ermənilər üçün birgəyaşayışla bağlı təklif verir, onları kriminal xuntanın və cinayətkar ünsürlərin girovluğundan çıxıb Azərbaycan Konstitusiyasını qəbul etməyə çağırır.

İlham Əliyevin xalqa müraciətindən bu sitata diqqət yetirəndə Azərbaycanın birgəşayış üçün reseptinin konseptual şəkli açılır. Prezidentdən iqtibas:

"Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur".

Bu, Azərbaycanın multikultural modelinin dünyaya və regiona erməni əhali ilə bağlı yenilənmiş mənalı təqdimatıdır.
İlham Əliyevin çıxışındakı erməni sakinlərə ünvanlanan mesajı Azərbaycan dövlətinin ərazisində yaşayan xalqların hər hansının üstün hüquqi səlahiyyət və imtiyazları olmadan birlikdə, firavanlıq içərisində yaşayışının sülhə, təhlükəsizliyə töhfəsi barədə xatırlatmalardan ibarət idi.

Bu mənada İlham Əliyev ermənilərə hər hansı müstəsna hüquq tanınmayacağını - statusun olmayacağını - özünməxsus ifadə ilə bir daha təkrarladı.

Eyni zamanda ermənilərin reinteqrasiyası üçün təklifləri səsləndirdi və onları qısa şəkildə belə təqdim etmək olar:

- Azərbaycan Qarabağ ermənilərinin ölkə həyatına qaynayıb-qarışması üçün onlara sosial proqramlar təklif edir,

- Ermənilərin bütün hüquqlarının - təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları - təmin olunacağı bəyan edilir.

Prezidentin müraciətinin erməni əhaliyə təkliflər hissəsi dövlətin birgəyaşayış üçün çoxtərəfli hərəkətlərinin qayəsini vurğulayır.

Regionda maraqları toqquşan oyunçuların rəqabəti

Bu təkliflər paketi regionda maraqları toqquşan oyunçuların rəqabətinin Azərbaycan tərəfindən məsuliyyətli idarə edilməsi mənalarına da malikdir. Bu nöqteyi-nəzərdən ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdiyi təqdirdə, kənar qüvvələr erməni amili ilə oyun qurmaq qabiliyyətlərini itirir və bu məsələni gündəliklərindən çıxarırlar.

Qarabağdakı ermənilər Azərbaycanın onlar üçün tanıdığı şansları dəyərləndirməyi bacarmalıdırlar, regiondakı Ermənistan silahlı bölmələrinin və qanunsuz dəstələrin tərk-silah olunması prosesini dəstəkləyən mövqedə durmalıdırlar.

Bütün bunlar hələ o anlama gəlmir ki, regionda təhdid bitib, yox, əksinə, qalmaqdadır, ona görə də İlham Əliyev "Dəmir yumruğ"u bir daha xatırladıb.

Yəni revanşizmə yer yoxdur, buna imkan verilməyəcək.

Separatçılıq süxurlarını konstruktiv hərəkətlər əvəzləyir

İlham Əliyev riskləri azaltmaq üçün dövlətin iddialı və qətiyyətli gündəliyini birgəyaşayışın təmini fonunda regionda maraqları olan bütün oyunçuların diqqətinə çatdırır.

Bunun əksinə getmək istəyən qüvvələrin fəallığı arta bilər, ancaq texniki cəhətdən onların Qarabağa girişi bloklanıb və hadisələrə birbaşa müdaxilə imkanları yoxdur.

Beləliklə, Azərbaycan regionda sülh və təhlükəsizliyin harmoniyasını davamlı şəkildə ucaltmaq prosesini Qarabağdakı antiterror tədbirlərinin nəticələri ilə etiketləyəcək.

Bakının qərarları regiondakı separatçılıq və işğalçılıqla əlaqədar təməl süxurların boşaldılıb konstruktiv hərəkətlərlə əvəzlənmək tendensiyalarını gücləndirəcək.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 695   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021