Antiterror tədbirləri: 200 illik plan 24 saata darmadağın edildi
Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri əsrlərlə yaşı olan erməni yalanlarını və layihələrini 24 saatdan az müddətdə darmadağın edərək tarixin tozlu səhifələri arasında layiqli olduğu yerə göndərdi.
Əməliyyat nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda erməni separatizminin kökünü demək olar ki, kəsdi və özünün söz sahibi mövqeyini daha da möhkəmləndirdi.
44 günlük savaşdan qalib çıxmasına baxmayaraq, humanizm və sülhpərvər prinsipləri daim rəhbər tutan Azərbaycan II Qarabağ savaşından sonra dünya ermənilərinə özünün bu layiqli mövqeyini nümayiş etdirdi və Qalib ölkə kimi bir çox təsir mexanizmlərinə sahib olsa da, yekunda sülh əlini qarşı tərəfdə uzatdı.
Ancaq istər siyasi, istər hərbi mənada tam fiaskoya uğramış Ermənistan bundan düzgün nəticə çıxarmadı və ya çıxarmaq istəmədi. Revanşist qüvvələr Azərbaycanla təkbətək mübarizə aparmaq iqtidarında olmadıqlarını dərk etmələri fonunda separatizmi körükləyərək hər zaman olduğu kimi vaxt udmağa çalışdılar. Ancaq ermənilərin davam edən təxribatları və xüsusilə mina terrorunun nəticələri Azərbaycanı baş qaldırmağa çalışan separatçılığın başını əzməyə vadar etdi. Bu işdə separatçıların utopik təsəvvürlər dünyası, xam xəyalları da olduqca önəmli bir amil təşkil etdi. Azərbaycan dövləti antiterror tədbirləri nəticəsində bu meyllərin can çəkişməsinin belə, ermənilərin heç zaman reallaşmayacaq arzuları olduğunu nümayiş etdirdi.
Azərbaycan dövləti geosiyasi vəziyyəti düzgün qiymətləndirərək növbəti dəfə zərgər dəqiqliyi ilə düşünülmüş və nəticələri Cənubi Qafqazda sabitliyə təhlükə yaradan qüvvələr üçün sarsıdıcı olan addım atdı. Azərbaycan lideri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bir daha bütün dünyaya dövlətimizin qüdrətini və suverenliyinə qarşı təhdidlərlə barışmaz mövqeyini nümayiş etdirdi.
Üstəlik dövlət başçısı erməni lobbisinin hiylə və məkrli planları ilə Azərbaycana qarşı başlamış kampaniyalara da ağır zərbə vurdu. Ordumuz olduqca mürəkkəb relyefə malik ərazidə uzun illər ərzində qurulmuş mühəndis-istehkam qurğularını zərgər dəqiqliyi ilə məhv etdi. Ən əsası isə dövlət başçısının da birbaşa göstərişi ilə dinc sakinlərin təhlükəsizliyi maksimum təmin olundu. Ordumuz bu vəzifənin öhdəsindən erməni separatçılarının dinc əhalini canlı qalxan kimi istifadə etməsinə rəğmən yüksək peşəkarlıqla gəldi.
Azərbaycan Ordusu antiterror tədbirləri ilə tarixi missiyanı həyata keçirdi. Ermənilərin 200 ildən çox dövrü əhatə edən planları 24 saatdan az müddətdə darmadağın edildi. Uzun illər ərzində ilmə-ilmə işlənən, müxtəlif dövrlərdə Cənubi Qafqazla bağlı planları olan qüvvələrin dəstəyi ilə reallaşdırılmağa çalışılan "böyük Ermənistan" planı Azərbaycan liderinin uzaqgörən siyasəti, qətiyyəti və iradəsi sayəsində süquta uğradı, darmadağın edildi. Erməni "miatsum"u, "ikinci erməni dövləti" xəyalları birdəfəlik məhv edildi.
Azərbaycan bir daha göstərdi ki, Cənubi Qafqazda söz sahibi olan ölkədir və onun suverenliyinə təhdid ola biləcək istənilən amili zərərsizləşdirmək iqtidarındadır.
Oxu.Az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gündə minimum addım sayı təyin edildi
Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək
Makron istefa verdi
Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Məktəbdə nizam-intizam niyə vacibdir? - Qaydalar olmadan keyfiyyətli təhsil mümkündürmü?
The Guardian: "Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum etdiklərini iddia edirlər"