Aksiz dərəcələri ARTIRILIR – İçki və siqaret qiymətləri BAHALAŞACAQ?
Maliyyə nazirliyinin məlumatına görə, 2024-cü ildə tütün məmulatlarının və alkoqollu içkilərin aksiz dərəcələrinin artırılması nəzərdə tutulub.
Bəs, aksiz qiymətləri hansı səviyyəyə qaldırılacaq? Bu addıma səbəb nədir?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, aksiz dərəcələrinin artırılması ən çox istehlak olunan, alqı-satqısı çox olan məhsullar üzrə həyata keçiriləcək:
"Bu, həm də büdcə gəlirlərinin artırılması məqsədi daşıyır. Gələn ildən bir sıra vergi və rüsum güzəştləri nəzərdə tutulub. Bu da o deməkdir ki, büdcənin müəyyən istiqamətlər üzrə gəlirləri azalacaq. Bunun da yerini doldurmaq üçün belə addımlar atılır".
Onun sözlərinə görə, son illərdə tütün məmulatları və alkoqollu içkilər üzrə bir neçə dəfə artırılıb:
"Növbəti ildə də belə atılması nəzərdə tutulub. Bu da çox vacib amil olsa da davamlı xarakter daşımamalıdır. Alqı-satqı baxımından dövriyyəsi sürətli olan bir sıra məhsullar üzrə aksiz və vergi dərəcələrinin artırılması gələcəkdə büdcə daxilolmalarını azalda bilər".
Digər iqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, dünyanın istənilən ölkəsində bu sahə həmişə vergilərin, rüsumların və aksizlərin ən rahat şəkildə qaldırılması üçün bir vasitə olub:
"Hökumətlər bunu sosial məsələ olmaması ilə əlaqələndirirlər. Digər məsələ isə odur ki, sağlam həyat tərzini təvşiq etmək üçün onların qiyməti bahalaşdırılır. Azərbaycan da eyni qaydada davranır. Burada olan mühüm məsələ odur ki, əgər aksiz dərəcələri həddindən çox artarsa və qiymətlərin yüksəlməsinə səbəb olarsa, bazarda saxta məhsullar, əsasən də alkoqollu içkilər özünə yer edəcək. Bu da insan sağlamlığına böyük zərər vuracaq, hətta ölüm hallarına gətirib çıxaracaq".
Onun sözlərinə görə, əgər ölkəmizdəki qiymət qonşu dövlətlərlə müqayisədə yüksək olarsa, bu, qaçaqmalçılıq hallarının artmasına da səbəb olacaq:
"Buna görə də "qızıl orta"nın tapılması çox vacibdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib
Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas
10 sentyabrÜzüm şərabı ehtiyatı artıb
Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki
14 sentyabrSahil Babayevə müşavir təyin edildi
Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim
14 sentyabrÇində 42 min nəfər təxliyə edilib
Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl
14 sentyabrBitkoinin qiyməti azalıb
Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib
11 sentyabrBrent markalı neftin qiyməti 99 dollara yüksəldi
Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib
9 sentyabrAzərbaycan nefti ucuzlaşıb
"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub
17 sentyabrÖtən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə
18 sentyabr