İcma "Human Rights Watch"un qərəzli hesabatını tənqid edib
"Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən "Human Rights Watch" təşkilatı "Azərbaycan: Dağlıq Qarabağda mülkilərin hüquqlarını təmin et" adlı hesabat yayıb. İnsan hüquqları ilə məşğul olduğu söylənən təşkilatların bu mövzuda hesabat yayması ilk baxışdan normal görünə bilər. Sözügedən hesabatda olan kobud səhvləri və şişirtmələri bu qəbildən olan təşkilatların insan hüquqlarına həssaslığı ilə izah etmək olardı. Lakin, "Human Rights Watch"-un açıq-aşkar qərəzli və ayrı-seçkili yanaşması onun bütün bu fəaliyyətini tamamilə sual altına alır".
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, "Human Rights Watch" bir dəfə də olsun Ermənistandan azərbaycanlıların zorla qovulmasına münasibət bildirməyib. Hüquqlarımızın Ermənistan tərəfindən pozulmasına münasibət bildirməsi və qayıdış hüququmuza dəstək verməsi xahişi ilə təşkilata bir neçə dəfə, sonuncu dəfə 12 avqust 2023-cü il tarixində göndərdiyimiz müraciət cavabsız qalıb:
"Human Rights Watch" sözügedən hesabatında bir tərəfdən Azərbaycan Respublikasından Qarabağı tərk etmək istəyən ermənilərə ölkədən çıxmaq üçün şərait yaratmağa tələb edir və digər tərəfdən dərhal onların qayıdış hüquqlarını xatırladır. Belə olan təqdirdə, "Human Rights Watch"-dan soruşmaq istərdik ki, niyə 30 ildə bir dəfə də olsun Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını yada salmayıb?
Bu bariz qərəz və ayrı-seçkilik onu sübut edir ki, "HumanRights Watch"-ın insan hüquqları ilə əlaqəsi yoxdur və bu təşkilat sadəcə müəyyən dairələrin əlində ucuz siyasi vasitədir.
Biz "Human Rights Watch" təşkilatından azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkiliyə son qoymağı, Azərbaycanın Qarabağ bölgəsində aparılan re-inteqrasiyaya mane olmamağı və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz yurd-yuvalarına geri qayıtmasına dəstək verməyi tələb edirik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb