İstehlak kreditlərinə artan marağın səbəbi nədir? - ARAŞDIRMA

İstehlak kreditlərinə artan marağın səbəbi nədir? - ARAŞDIRMAAzərbaycan bankları bu ilin III rübündə istehlak kreditlərinə olan tələbin 13 faiz artacağını gözləyir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğusunun nəticələrində bildirilib. Qeyd olunub ki, istehlak kreditlərinin tərkib hissəsi olan avto kreditlərə olan tələbin 6 faiz, kartlarla kreditə olan tələbin 17 faiz, əməkhaqqı ilə kreditlərə olan tələbin 10 faiz, məişət kreditlərinə tələbin isə 8 faiz artacağı proqnozlaşdırılır. Sorğunun nəticələrinə əsasən, bu ilin II rübündə Azərbaycan banklarında istehlak kreditlərinə tələb 29 faiz artıb. Həmçinin, avto kreditlərə olan tələb 4 faiz, kartlarla kreditə olan tələb 8 faiz, əməkhaqqı ilə kreditlərə tələb 8 faiz, məişət kreditlərinə tələb isə 10 faiz artıb. Ölkəmizdə istehlak kreditlərinə artan tələbin səbəbləri nələrdir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Kreditlər daha əlçatandır

AMB-dənmövzu ilə bağlı bildirilib ki, diffuziya indeksinin müsbət 13 faiz olması banklar tərəfindən istehlak kreditlərinə tələbdə artımın gözlənildiyini göstərsə də, bunu istehlak kreditlərinə tələbin 13 faiz artacağı kimi interpretasiya etmək düzgün deyil:

"Beynəlxalq təcrübədə sorğu nəticələrinin interpretasiyasında istifadə olunan diffuziya indeksi "-100, +100" aralığında dəyişir. Müsbət 100 faiz respondentlərin 100 faizinin kredit standartlarında əhəmiyyətli yumşalma, mənfi 100 faiz əhəmiyyətli sərtləşmə müşahidə etdiyini göstərir".

AMB-dən əlavə edilib ki, respondent banklar tərəfindən sorğuya bildirilən cavablara əsasən istehlak kreditlərinə tələbin artımı bir neçə səbəbdən qaynaqlanır:

"İstehlakçı əminliyinin artımı, rəqəmsallaşma fonunda kreditlərin daha əlçatan olması və faiz dərəcələrində dəyişikliklər istehlak kreditlərinə tələbin artımında əsas amillər kimi çıxış ediblər. Sorğu nəticələrinə əsasən, cari ilin ikinci rübündə bankların 58 faizi əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsə də, bankların 42 faizi əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını bildirib. Sorğu nəticələrinə əsasən 2023-cü ilin II rübü üzrə istehlak kreditlərinə tələb artımı məişət kreditləri üzrə artımla müşahidə olunub. Bundan əlavə, əməkhaqqı kreditləri və kredit kartlarına tələbdə də artım müşahidə edilib. Bankların cavablarına əsasən, avto kreditlər üzrə tələb daha az artıb. İstehlak kreditləri üzrə dinamika Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət (bankın təhlükəsizlik fəaluyyətinin təmin edilməsinə yönələn siyasət) müəyyən edilir".

Bankların əsas hədəfi hansı kredit növü olmalıdır?

Deputat Vüqar Bayramlının sözlərinə görə, son vaxtlar bankların istehlak kreditləşməsinə marağının artması müşahidə olunur:

"Bu rəqəmlər və proqnozlar sorğu əsasında müəyyənləşib və gözləntidir. İstehlak kreditlərinin digərləri ilə müqayisədə payı kifayət qədər böyükdür. Əslində əsas məqsəd odur ki, biznesə, real sektora yönəldilən kreditlərin həcmində artımlar müşahidə olunsun. Bu, yeni iş yerlərinin yaradılması, biznesin daha yaxşı maliyyələşdirilməsinin təşviq olunmasıdır".

V.Bayramov əlavə edib ki, istehlak kreditlərinə marağın artmasının bir səbəbi də avtomobil alışının çoxalmasıdır:

"Kredit yolu ilə avtomobil alanların sayında artım var. Eyni zamanda, istehlak kreditlərinin faizlərində dəyişiklik var və kampaniyalar çoxdur. Nəticədə vətəndaş buna maraq göstərir. Banklar əsas hədəf olaraq real sektoru maliyyələşdirməyi götürməlidir ki, iş adamları bu kreditlərdən faydalana bilsinlər".

Pulun dəyəri əvvəlki gücündə deyil

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, istehlak kreditlərinə tələbatın artmasının bir neçə faktoru var:

"Bu proqnozlar nominal göstəricilərə əsaslanıb. Azərbaycanda da inflyasiya baş verir və istehlakçıların aldığı məhsulların qiymətləri bahalaşıb. Digər məsələ - əhalinin nominal gəlirləri yüksəlib. Eyni zamanda, vətəndaşların pensiyası, əməkhaqqı qalxıb. Ötən il orta aylıq əməkhaqqı 14,5, bu ilin səkkiz ayında 11,3 faiz artıb. Nəticədə pulun dəyəri əvvəlki gücündə deyil və dəyər itirir. Bu da artımlarda özünü göstərir. Nominal ifadədə istehlak kreditlərinə məbləğ olaraq artımda öz əksini tapır".

O qeyd edib ki, istehlak kreditlərinin artmasının digər məqamı odur ki, bankların özünün izafi pul resursları var:

"Bankların beş milyardlıq izafi pul resursu var və onu satmağa çalışırlar. Tələbin artırılmasında da banklar istehlak kreditlərinə maraq oyatmaq üçün müxtəlif marketinq üsullarından istifadə edirlər".

"İstehlak kreditlərinin artması problem deyil"

Deputat Rüfət Quliyev isə bildirib ki, istehlak kreditlərinin artması problem deyil:

"Dünyada əksər insanlar bu kreditdən istifadə edirlər. Hətta inkişaf edən ölkələrdə də ən azı 65 faizə yaxın əhali ev almaq və digər məsələlərlə bağlı istehlak kreditlərindən istifadə edir. Artıq dünyada turizmlə bağlı da xüsusi kreditlər var. Məsələn, turist kimi istirahətə gedəndə krediti götürür və altı ayda onu hissə-hissə ödəyir".

Deputat əlavə edib ki, ölkəmizdə 50 faizə yaxın insan bu kreditdən istifadə edir:

"Bu sayın və maliyyənin artmasına imkan var. Hər dörd ailədən biri bundan istifadə edir. Bu, bazar iqtisadiyyatının məntiqinə sığan məsələdir. Təbii ki, inflyasiyanın da rolu var. Məsələn, insan nəyisə almaq istəyir və onun bu gün qiyməti 2000 dollardır. İnflyasiya nəticəsində bir il sonra qiyməti 2300 dollar civarında olacaq. Bu səbəbdən insanlar onu bank faizi kimi ödəmək planı ilə əldə edirlər. İnsanlar bu cür kreditləri götürən zaman öz gəlirlərini və gələcəkdə öz mənbələrini hesablayıb bu addımı atsalar daha yaxşı olar".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1697   Tarix: 24 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr