Şuşa "İslam dünyasının mədəniyyət paytaxtı" elan edildi
25-26 sentyabr tarixlərində Qətər Dövlətinin Doha şəhərində İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı işə başlayıb.
Sonxeber.az xəbər verir ki, nazirlikdən bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti tədbirdə iştirak etmək məqsədilə sentyabrın 25-də Doha şəhərinə səfər edib.
Adil Kərimli "İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru" mövzusuna həsr olunmuş 12-ci Konfransın açılış mərasimində iştirak edib.
Builki tədbirdə mədəniyyət siyasəti üzrə əsas prinsiplər və davamlı inkişaf göstəriciləri, "İslam dünyasının mədəniyyət paytaxı" proqramının inkişaf etdirilməsi mexanizmləri, mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində birgə mədəni fəaliyyətin genişləndirilməsi kimi məsələlər müzakirə ediləcək.
Konfransda həmçinin Azərbaycanın söz-sənət beşiklərindən Şuşa şəhərini 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı ölkəmizin təqdim etdiyi nominasiya sənədinə baxılması, Şuşa ilə bağlı çıxış və təqdimat nəzərdə tutulur.
***
Qətər Dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramına mədəniyyət naziri Adil Kərimli mədəniyyətimizin beşiyi sayılan Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib.
Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olub.
2022-ci il Azərbaycanda Şuşa ili elan edilib. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günəri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib.
Daha sonra tədbirdə Şuşa ilə bağlı videoçarx nümayiş olunub.
Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olundu!
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT
Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas
18 avqust 2021Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?
Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə
31 iyul 2021Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR
Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır
27 avqust 2021Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...
xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə
28 iyul 2021Alişan Bakıdadır - Konsert verəcək + FOTO
Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü
11 sentyabr 2021"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı
"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki
27 iyul 2021Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU
Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr
5 iyul 2021