Ərdoğan Naxçıvan səfərindən danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə Ankarada ölkə kabinetinin toplantısı keçirilib.
İclasdan sonra mətbuata açıqlamalar verən dövlət başçısı Naxçıvana səfərindən danışıb, Qarabağın Azərbaycan torpağı olduğunu bir daha xatırladıb.
"Dünən dövlətimizin banisi olan Mustafa Kamal Atatürkün "Türk dünyasının qapısı" adlandırdığı Naxçıvanda qardaşlarımızı ziyarət etdik. Səfərimiz strateji anlaşmalarla yanaşı, həm də mühüm mesajlar verdi. Doğma topraqlarını terrorçu ünsürlərdən təmizləyən müzəffər Azərbaycan Ordusunu bir daha təbrik edirəm. Ermənistanın bundan sonrakı inkişafı yalnız qonşuları ilə dinc münasibətlərindən asılıdır", - deyə dövlət başçısı bəyan edib.
O, çıxışında Zərngəzur dəhlizinin əhəmiyyətini vurğulayaraq yeni infrastrukturun Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağlarını daha da möhkəmləndirəcəyini qeyd edib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb