Fermerlər aqrar sığortadan niyə şikayət edirlər? - SƏBƏBLƏR

Fermerlər aqrar sığortadan niyə şikayət edirlər? - SƏBƏBLƏRBu günlərdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov verdiyi açıqlamasında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qorunması üçün tələb olunan sığorta ödənişlərinin elə də yüksək olmadığını bildirib.

1 000 manatlıq taxıl məhsulunu qorumaq üçün cəmi 10-11 manat məbləğində sığorta ödənişi tələb edildiyini söyləyən F.Sadıqovun sözlərinə görə, meyvə bağlarının sığortalanmasında bu məbləğ 1 000 manatlıq məhsul üzrə 15-20 manat arasında dəyişir.

Amma bir çox hallarda fermer və sahibkarlar bu məbləğin yüksək olduğunu və onlara sərf etmədiyini bildirirlər.

Mövzu ilə bağlı fikirlərini Bizim.media-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bəzi fermerlər sığortaya yönələn xərcləri itirilmiş məbləğ adlandırırlar:

"Bu gün onlar "heç bir hadisə baş verə bilməz" düşüncəsi ilə yaşayırlar. Digər tərəfdən isə fikirləşirlər ki, əgər taxıl və ya hansısa sahələrini sel məhv edərsə, sığortaya çəkilən xərcə rəğmən, dəyən ziyan ödənilməyəcək. Sığorta bazarı son illərdə çox həssaslaşıb. Buraya daxil olan ilk növbədə özünü təsdiq etməlidir. Belə ki, fermer həm sığorta hadisəsini, həm baş verən itkinin hesablanmasını, həm də sığorta şirkəti tərəfindən qarşılanmasını gözləri ilə görməlidir".

Sahibkarların çoxunun öz sahələri üzrə təhsil almadığını, beynəlxalq təcrübədən xəbərsiz olduqlarını söyləyən müsahibimiz fikrini belə əsaslandırıb ki, bu baxımdan da sığortanı əhəmiyyətsiz hesab edirlər:
"Ancaq təhsilli, dünyagörüşü geniş, beynəlxalq təcrübəni bilən fermerlər üçün sığorta etdirmək mühüm sayılır. Onlar ölkədə Aqrar Sığorta Fondu yaranana qədər digər şirkətlərlə əməkdaşlıq edir, torpaq sahələrini, meyvə bağlarını, yaxud da heyvanlarını mütəmadi sığortalamağa çalışırlar".

Adıçəkilən fondun açıqladığı şərtlərin yüngül olduğunu söyləyən A.Nəsirli, eyni zamanda, bununla kifayətlənməməyi tövsiyə edib:

"Digər şirkətlər də bununla bağlı fermerlər arasında maarifləndirmə tədbirləri aparmalı, reklam lövhələri və rolikləri hazırlamalı və sığortanın əhəmiyyətini başa salmalıdırlar. Elə fermer var ki, sığortadan xəbəri yoxdur və nə olduğunu bilmirlər. Ona görə də heç vaxt sığorta hadisəsi ilə üz-üzə gəlmədiyini və buna ehtiyacı olmadığını söyləyirlər. Bir sözlə qlobal və geniş düşünmürlər. Amma bilməlidirlər ki, digər həmkarlarının başına hər iş gələ və təsərrüfatları bir anda hər hansı bir hadisəyə məruz qala bilər. Bilməlidirlər ki, ödədikləri məbləğ həcmindən asılı olaraq, sabah başqa bir həmkarlarının köməyinə çata bilər.

Bunu da həm Aqrar Sığorta Fondu, həm də aqrar sığorta sahəsində fəaliyyət göstərmək istəyən istənilən şirkət həmin şəxslərə izah etməlidir. Ancaq bu şirkətlərin heç biri belə tədbirlərlə məşğul olmaq istəmir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1642   Tarix: 30 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr