Azərbaycan millisinin futzalçısı: "Qazaxıstanla oyunların nəticəsi qrupla bağlı suallara 80 faiz aydınlıq gətirəcək"

Azərbaycan millisinin futzalçısı: "Qazaxıstanla oyunların nəticəsi qrupla bağlı suallara 80 faiz aydınlıq gətirəcək""Qazaxıstanla keçirəcəyimiz iki oyunun nəticəsi qrupla bağlı suallara 80 faiz aydınlıq gətirəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycan futzal millisinin qapıçısı Rövşən Hüseynli DÇ-2024-ün elit-raundunda üz-üzə gələcəkləri Qazaxıstanla oyunlar barədə danışarkən deyib.

Karyerasını Qazaxıstanın "Atırau" klubunda davam etdirən qolkiper qarşıdakı matçlarda şansları yarı-yarıya görür: "Qazaxıstan millisinin baş məşqçisi Kakanı yaxşı tanıyırıq. Onun hansı oyun üslubuna, taktiki gedişlərə üstünlük verdiyini bilirik. Oyunöncəsi şanslar bərabərdir. Bizim heyətdə də oyunu dəyişə biləcək futzalçılar var. Artıq yeni baş məşqçinin rəhbərliyi altında oynayırıq. Onun oyun fəlsəfəsi, düşüncəsi, tələbləri fərqlidir. Bu fərqlilik rəqibi çaşdıra bilər".

R.Hüseynlinin fikrincə, rəqibin əsas üstünlüyü oyunçuların daha rəqabətli çempionatda çıxış etmələridir: "Düzdür, ölkə xaricində ancaq Leo oynayır – Braziliya çempionatında. Amma Qazaxıstan çempionatı da bu gün Avropada seçilən liqalardandır. Klublar bir-biriləri ilə başabaş mübarizə aparacaq gücdə olduqlarından, oyunçular daha hazırlıqlı olur. Bizdə vəziyyət bir qədər fərqlidir. Toplanış zamanı bu fərqi aradan qaldırmağa çalışacağıq".

Futzalçı əsas məqsədlərinin Bakıdakı ilk görüşdə Qazaxıstana qalib gəlmək olduğunu söyləyib: "Doğma meydan amilindən yararlanmalı, maksimum xalla ayrılmalıyıq. İkinci oyun rəqib meydanında olacaq, bu dəfə onlar bundan maksimum istifadə etməyə çalışacaqlar. Üstəlik, biz səfər edəcəyimizə görə yol yorğunluğu ola bilər. Bundan başqa, ilk matçdan sonra hər iki komanda bir-birini daha yaxşı tanımış olacaq. Onlar da qarşılaşmaya ciddi hazırlaşırlar. Təsadüfi deyil ki, toplanışa daha erkən başlayıblar".

Millinin üzvü hesab edir ki, Rumıniyaya gözlənilməz məğlubiyyətdən sonra Niderland üzərindəki böyükhesablı qələbəni seriyaya çevirə bilərlər: "Rumıniya ilə oyundan əvvəl komanda şəklində az hazırlıq keçmişdik. Martdan sonra, demək olar ki, komanda toplaşmamışdı. Ona görə də anlaşılmazlıq var idi. Futzalda standart vəziyyətlərin önəmi böyükdür. Bunu da düzgün icra etmək üçün daha çox bir yerdə məşq etməli, oyun keçirməlisən. Həm də Rumıniyadakı zalın örtüyü intensiv, sürətli oyun keçirməyə imkan vermirdi. Niderlandla qarşılaşmada anlaşma daha yaxşı idi. Yeni baş məşqçinin nə istədiyini bilirdik".

Rövşən Hüseynli Qazaxıstanda çıxış etdiyi üçün topladığı məlumatları baş məşqçiyə çatdıracağını sözlərinə əlavə edib: "Əliboş gəlməmişəm. Müəyyən qeydlərim var. Amma baş məşqçi ilə hələ görüşümüz olmayıb. Toplanış vaxtı danışacağıq".

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 6-da Qazaxıstanı Bakı İdman Sarayında qəbul edəcək. Ayın 11-də bu komandalar Astanadakı Jekpe-Jek Sarayında qarşılaşacaqlar.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 763   Tarix: 01 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır. "Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 17 yaşlı hücumameyilli yarımmüdafiəç

30 avqust
.

Mark Qiu "Çelsi"dən "Leyptsiq"ə transfer olunub

İngiltərənin "Çelsi" klubunun hücumçusu Mark Qiu Almaniyanın "Leyptsiq" komandasına transfer olunub. xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. M.Qiu 2025-ci ildən İspaniyanın U-21 millisində çıxış edir. Qeyd edək ki, 2024-cü ilin yayında "Barselona"da

1 sentyabr
.

Elvinin xəstəxanadan fotosunu paylaşıb bu sözləri yazdı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev idman ortopediyası üzrə ixtisaslaşmış ortoped-cərrah Lasse Lempainen tərəfindən əməliyyat olunub. "Qafqazinfo" xəbə

3 sentyabr
.

Messinin varisi o oldu

Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz futbolçu Lionel Messinin beynəlxalq karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza verməyi planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu qərarın Messi və Nikolas Otamendinin 2026-cı il Dünya Çempionatında

3 sentyabr
.

Azərbaycan Basketbol Federasiyası məşqçilər üçün seminar və imtahan təşkil edəcək

Azərbaycan Basketbol Federasiyası (ABF) B və C kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanları keçirəcək. ABF-yə istinadən xəbər verir ki, tədbir sentyabrın 12-13-də Bakı İdman Sarayında təşkil olunacaq. Təlimlər məşqçilik kateqoriyası olmayan şəxslərin C kateqoriyası əldə etməsi, C dərəcəsin

31 avqust
.

"Fənərbağça" Çağlar Söyüncü ilə yollarını ayırdı

"Fənərbağça" müdafiəçi Çağlar Söyüncü ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb. xəbər verir ki, bu barədə İstanbul komandasının mətbuat xidməti məlumat yayıb. 2023/2024 mövsümündə "Fənərbağça"ya qoşulan Çağlar Söyüncü klubun heyətində 75 matça çıxaraq dörd qol vurub və ü

6 sentyabr
.

Azərbaycanlı tennisçi Cahangir Aslanov beynəlxalq turnirin qalibi oldu

Azərbaycanı beynəlxalq arenada təmsil edən gənc tennisçi Cahangir Aslanov növbəti uğuruna imza atıb. BİG.AZ xəbər verir ki, 11 aprel 2016-cı il təvəllüdlü Cahangir Aslanov ilk dəfə 5 yaşında müəllimi Fərid Şirinovun rəhbərliyi ilə tennis məşqlərinə başlayıb. Müəlliminin sözlərinə görə, Cahangir ilk məşqlərdə

1 sentyabr
.

"Tvente" ilə başlayan avrkubok macərası "Tvente"də dayandı - Video-Yenilənib

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. "Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" komandasını qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadas

27 avqust
.

"Fənərbağça" Koco Pepra Opponqun transferi üçün razılığa gəlib

Türkiyənin "Fənərbağça" klubu Qana millisinin futbolçusu Koco Pepra Opponqu heyətinə qatır. "HT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı müdafiəçinin transferi üçün Fransanın "Nitsa" klubu ilə anlaşıb. Afrikalı oyunçunun tezliklə Türkiyəyə yollanacağ

27 avqust