Pula qənaət etməyin ən effektiv yolları açıqlandı
Aşağı qazancı olan insanlar bilməlidirlər ki, dərhal böyük miqyasda vəsait toplamağın yolu yoxdur, bu, monoton və ardıcıl işdir.
Bu barədə rusiyalı iqtisad elmləri namizədi və maliyyə analitiki Mixail Belyayev danışıb.
O, pula ən effektiv şəkildə qənaət etməyin yollarını açıqlayıb.
10 faiz qaydası
İqtisadçı bildirib ki, pul toplamaq üçün istənilən gəlirin 10 faizini ayırıb xüsusi hesaba (kassaya) qoymaq lazımdır. Özü də bu, maaşı alan kimi həyata keçirilməlidir, ayın sonunda nə qalacağı gözlənilməməlidir.
"Bu, vergilər, mənzil pulu kimi zəruri ödəniş olmalıdır", - deyə o vurğulayıb.
Xərclərin rasional planlaşdırılması
Ekspert bildirib ki, pul rasional xərclənməlidir:
"Bu o demək deyil ki, özünüzü asket vəziyyətinə kimi sıxmaq lazımdır, ancaq sizin üçün nəyin əhəmiyyətli, nəyin əhəmiyyətsiz olduğuna diqqət etməli və anlıq şıltaqlıqların təsiri altında baş verən emosional alışlardan çəkinməlisiniz"
O, xərcləri zamana uyğunlaşdırmağın vacibliyindən də danışıb:
"Deyək ki, sizin bir neçə məişət texnikanız son dövrlərini "yaşayır". Gəlirinizə uyğun və heç bir əlavə xərclərinizin çıxmayacağı ən sərfəli anı tutmalısınız".
İqtisadçı, həmçinin, vergi endirimləri ilə bağlı məlumatların öyrənilməsini və bütün mümkün endirimlərdən yararlanmağı tövsiyə edib.
"Güzəştlər kiçik ola bilər, amma deyək ki, beş güzəştdə bunu artıq hiss edə bilərsiniz", - deyə o vurğulayıb.
Yatırım
Ekspert bildirib ki, artıq bir növ "yastıq" formalaşandan sonra onu dərhal gəlir gətirən aktivə çevirmək, ya da ən azı bankda əmanət kimi qoymaq olar.
"Kiçik bir faiz də olsa, yenə də faiz, bir növ, gəlirdir. Maliyyə savadını bir az da mənimsədikdə digər vasitələrdən istifadə edə bilərsiniz, məsələn, ən azı fərdi investisiya hesabları vasitəsilə qiymətli kağızlar bazarında əməliyyatlara cəlb oluna bilərsiniz", - deyə ekspert sözlərini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib
Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas
10 sentyabrÜzüm şərabı ehtiyatı artıb
Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki
14 sentyabrSahil Babayevə müşavir təyin edildi
Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim
14 sentyabrÇində 42 min nəfər təxliyə edilib
Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl
14 sentyabrBitkoinin qiyməti azalıb
Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib
11 sentyabrBrent markalı neftin qiyməti 99 dollara yüksəldi
Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib
9 sentyabrAzərbaycan nefti ucuzlaşıb
"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub
17 sentyabrÖtən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə
18 sentyabr