ABŞ-də ermənilərin təxribatının qarşısını alan həmyerlimizə qarşı cinayət işinə xitam verilib - FOTO

ABŞ-də ermənilərin təxribatının qarşısını alan həmyerlimizə qarşı cinayət işinə xitam verilib - FOTOABŞ-də erməni təxribatının qarşısını alan həmyerlimiz Aludə Zeynalova haqqında Nyu-York Əyalətinin Cinayət Məhkəməsi tərəfindən erməni təxribatçı Meri Cobanyanın şikayəti əsasında başladılan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, Nyu-York Əyalətinin prokurorluğu erməni təxribatçının şikayəti ilə haqqında cinayət işi başlanılan A.Zeynalovanın təqsirsiz olması barədə qərar çıxarıb.

Qeyd edək ki, avqustun 18-də ABŞ-nin Nyu-York şəhərində BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən birinin - Meri Cobanyanın şikayəti əsasında Nyu-York polisi tərəfindən saxlanılan həmyerlimiz cinayət məcəlləsinin beş maddəsi ilə, o cümlədən Ermənistandan olan Meri Cobonyana üçüncü dərəcəli bədən xəsarəti yetirməkdə ittiham edilirdi.

Cinayət prosesinin ilkin mərhələsində həmyerlimizin hüquqlarının müdafiəsini ABŞ dövlətinin təyin etdiyi vəkil, əslən Cənubi Azərbaycandan olan Doran Khoyee Abbası təmsil edib. D.Abbasın ermənilərin təzyiqi ilə proseslə bağlı baş verənləri yaxından izləmədiyi ortaya çıxdıqdan sonra həmyerlimizlə bağlı şikayət üzrə prosesin davamını Nyu-Yorkda fəaliyyət göstərən azərbaycanlı vəkil, keçmiş prokuror Rövşən Şərifov üzərinə götürüb.
Azərbaycanlı vəkil bildirib ki, o, baş verənlərlə bağlı müfəssəl şəkildə topladığı sübutları, şahid ifadələrini və hadisəyə dair videogörüntüləri şəhər prokurorluğuna təqdim edib. Nyu-York Əyalətinin prokurorluğu toplanan dəliləri araşdırdıqdan sonra A.Zeynalovaya qarşı bütün cinayət ittihamlarını ləğv edib və onun günahsız olduğuna dair qərar verib.
ABŞ-də ermənilərin təxribatının qarşısını alan həmyerlimizə qarşı cinayət işinə xitam verilib - FOTOABŞ-də ermənilərin təxribatının qarşısını alan həmyerlimizə qarşı cinayət işinə xitam verilib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1041   Tarix: 01 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezident portuqaliyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequruya təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab prezident, Portuqaliya Respublikasının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca

10 iyun
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətil

12 iyun
.

"Silahlı Qüvvələr Günü Azərbaycan dövlətçiliyinin qüdrətinin və milli iradəsinin təntənə günüdür" - Bəhruz Quliyev

"26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü dövlətçilik tariximizin ən əlamətdar və qürurverici günlərindən biridir. Bu tarix təkcə ordumuzun yaranma günü deyil, həm də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzminin, dövlətçilik iradəsinin və milli təhlükəsizlik strategiyasını

24 iyun
.

"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT

"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond

11 iyun
.

"Milli Qurtuluş Günü müasir Azərbaycanın uğurlarının təməlində dayanan siyasi fəlsəfənin təntənəsidir" - DEPUTAT

"Azərbaycan xalqının taleyində elə tarixi günlər var ki, onlar təkcə müəyyən bir dövrün hadisəsi deyil, bütöv bir xalqın gələcəyini müəyyənləşdirən dönüş nöqtəsi kimi qiymətləndirilir. 1993-cü il iyunun 15-i məhz belə günlərdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsində

9 iyun
.

Prezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam

25 iyun
.

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Kamboca Xalq Partiyası (KXP) Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Senatının sədr müavini Thun Vathana ilə görüşüb. Bu barədə "Report"a Milli Məcıisdən məlumat verilib. Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbayca

13 iyun
.

"Paşinyanın qələbəsi ona Azərbaycanla sülh müqaviləsinin yekunlaşdırılması istiqamətində daha güclü siyasi mandat verir" - AÇIQLAMA

"Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri göstərdi ki, Nikol Paşinyan hələ də ölkənin siyasi gündəmini müəyyənləşdirən əsas fiqur olaraq qalır. İlkin rəsmi nəticələrə görə, onun rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin təxminən 49,8 faizini toplayaraq seçkilərin qalib

8 iyun