Prokurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTO

Prokurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTOBu gün Baş Prokurorluğun inzibati binasında 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib.

Baş prokurorun sözlərinə görə, əlamətdar hadisədir ki, prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü tədbiri Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd etdiyimiz dövrə təsadüf edir.

Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa edib və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirib:

"Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub".

Vurğulanıb ki, 30 il işğal altında olan torpaqlarımız üç il bundan öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, rəşadətli ordumuzun igidliyi ilə düşmən işğalından azad edilib, 2023-cü ilin sentyabrın 19-da başlayan və 24 saat da az davam edən lokal xarakterli antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində isə Azərbaycanın öz suverenliyini bərpa olunub.
Sonra prokurorluq orqanlarının fəaliyyətindən danışan Baş prokuror qeyd edib ki, bu gün prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.

Çıxışın sonunda əminliklə qeyd olunub ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcək.

Daha sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə bir qrup prokurorluq əməkdaşının təltif olunması, həmçinin xidməti fəaliyyətdə fərqlənən əməkdaşların mükafatlandırılması mərasimi keçirilib.

Sonda milli prokurorluq orqanlarının yaradılmasının 105-ci il dönümünə həsr olunmuş, prokurorluq əməkdaşlarının gündəlik həyatından bəhs edən "İstintaq" adlı qısametrajlı film izlənilib.
Prokurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTOProkurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTOProkurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTOProkurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTOProkurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTOProkurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTOProkurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTOProkurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTOProkurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTOProkurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTOProkurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTOProkurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTOProkurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTOProkurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTOProkurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTOProkurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 823   Tarix: 01 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr