Həbsxanalarımızdakı "boş yerlər" - Azərbaycanda ən çox hansı cinayətlər törədilir?

Həbsxanalarımızdakı "boş yerlər" - Azərbaycanda ən çox hansı cinayətlər törədilir?Britaniya hökuməti Estoniya və bir sıra digər Avropa ölkələri ilə krallığın penitensiar müəssisələrində yer çatışmazlığı səbəbindən cinayətkarların onların ərazisindəki həbsxanalarda yerləşdirilməsi ilə bağlı danışıqlar aparır. Bu barədə "Times" qəzeti yazıb.

Bundan əvvəl ölkənin ədliyyə naziri bildirib ki, hakimiyyət İngiltərə və Uelsdə mühakimə olunan cinayətkarların cəzalarını xaricdə çəkə bilmələri üçün qanunvericiliyə dəyişiklik etməyi planlaşdırır. Krallığın Ədliyyə Nazirliyi qeyd edib ki, əvvəllər Belçika və Norveç də analoji tədbirlər görüb, onlar öz məhkumlarını Hollandiyadakı həbsxanalarda yerləşdiriblər.

Qəzetin qeyd etdiyi kimi, Britaniya həbsxanalarında yer çatışmazlığı müxtəlif cinayətlərə görə məhkumlar üçün orta cəzanın sərtləşdirilməsi fonunda müşahidə olunur. İngiltərə və Uelsdə hazırda cəmi 768 həbsxana var. Hökumətin proqnozlarına görə, dekabr ayına qədər Böyük Britaniyada 89 mindən çox məhbus olacaq.

Bəs Azərbaycanda hazırda neçə həbsxana var və onlarda vəziyyət necədir? "Boş yerlərimiz" nə qədərdir və daha çox hansı türmələrdə? Əhali sayına nisbətdə məhbus göstəricisinə görə Azərbaycan dünyada neçənci sıradadır? Ölkədə ən çox hansı cinayətlər törədilir?

Qeyd edək ki, bir müddət əvvəl Avropa Şurası qrupa daxil ölkələrdə həbsxanalar və məhbuslar barədə 2022-ci il üçün illik statistika açıqlanmışdı. Statistikaya görə Avropa Şurasına daxil ölkələrin həbsxanalarında toplam 981 min 575 məhbus var. Ən böyük "həbsxana əhalisi"nin isə Türkiyədə olduğu bildirilirdi. Belə ki, son məlumata görə, Türkiyə həbsxanalarında 303 min 945 məhbus saxlanır. Bu rəqəm İngiltərədə 79 min, Polşada 72 min, Fransada 70 min, Almaniyada 56 min, Ukraynada 48 mindir. Azərbaycan həbsxanalarında isə 22 min 334 məhbus olduğu bildirilir.

Əhalinin hər 100 min nəfərinə düşən məhbus sayına görə isə Azərbaycanın ilk üçlüyə daxil olduğu məlum olur. Belə ki, Türkiyə üçün bu rəqəm 355, Gürcüstan üçün 237, Azərbaycan üçünsə 217 nəfərdir. Ən aşağı məhbus əmsalı Finlandiyada (50), Niderlandda (54), Norveçdə (56), Kiprdə (66) və Ermənistandadır (72). Məhbus sayı bir ildə ən çox Sloveniyada (+23%), Finlandiyada (+15%), Fransada (+15%), Şimali İrlandiyada (+13%) və Türkiyədə (+9.2%) artıb. Ermənistanda isə məhbus sayı 7.9 faiz artıb.

Məhbus sıxlığına gəldikdə, ümumən Avropa üzrə 2021-2022-ci illərdə həbsxanalardakı məhbus sıxlığı 4.8 faiz artıb. Sıxlıq hər 100 nəfərə 87.4-dən 91.6-ya yüksəlib. 7 həbsxana administrasiyası hər 100 yerə 105-dən çox məhbusun düşdüyünü bildirib. Bunlar Rumıniya (hər 100 yerə 124 məhbus), Kipr (118), Fransa (115), Belçika (115), Türkiyə (113), Yunanıstan (108) və İtaliyadır (107). Ən aşağı məhbus sıxlığı olan həbsxanalar Srpska Respublikasında (hər 100 yerə 40 məhbus), Ermənistanda (47) və Ukraynadadır (54). Azərbaycan üçün bu rəqəm hər yüz yerə 88 nəfərdir.

Hesabatda həmçinin bildirilirdi ki, Avropada hər 100 məhbusdan 5-i qadındır. Bu göstəricinin yüksək olduğu ölkələr - Kipr (9.5 faiz), Malta (8.6 faiz), Latviya (8.4 faiz) və başqalarıdır.

Ən aşağı göstərici Albaniya həbsxanalarındadır. Burada məhbusların 1.2 faizi qadınlardır. Azərbaycan üçün bu rəqəm 2.8, Ermənistan üçün 2.9 faizdir.

Avropa üzrə orta məhbusluq müddəti 8.5 ay olub. Azərbaycan bu statistikada ən uzun orta cəza müddətinə görə ilk beşliyə daxildir.

Portuqaliyada orta cəza müddəti 30.6 ay, Ukraynada 27.9 ay, Moldovada 27.7 ay, Azərbaycanda 27.2 aydır.

Ən qısa orta məhbusluq müddəti Kiprdə (1.3 ay) və İsveçrədədir (1.8 ay).

Cinayətlərə gəldikdə, 2022-ci il, yanvarın 31-ə olan məlumata görə Avropa üzrə məhbusların əksəriyyəti narkotik maddələrlə bağlı cinayətlərə görə cəza çəkir. Bu cinayətlər üzrə məhbusların 19 faizi məhkum edilib.

Sonrakı yerləri oğurluq (15 faiz), qətl və ya qətlə qəsd (14 faiz), quldurluq (10.8 faiz), cismani xəsarət yetirmə (10,3 faiz), zorlamadan başqa bütün cinsi cinayətlər (6 faiz), zorlama (5 faiz), yol hərəkəti qaydalarının pozulması (4.6 faiz), iqtisadi və maliyyə cinayətləri (3.9 faiz) tutur.

On ölkədə bütün məhbusların 25 faizindən çoxu narkotiklərlə bağlı cinayətlərə görə məhkum edilib. Belçikada belə məhbuslar 51 faiz, Latviyada 43 faiz, Azərbaycanda 37 faiz və Türkiyədə 32 faiz təşkil edir.

Azərbaycanda məhbusların 14 faizinin qətlə görə cəza çəkdiyi bildirilir.

Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Yeni Müsavat"a danışıb. Hüquq müdafiəçisi qeyd edib ki, Azərbaycan Respublikasında 17 cəzaçəkmə müəssisəsi və bir neçə qarışıq müəssisələr var:

"Qarışıq müəssisələr dedikdə bura istintaq təcridxanası, cəza rejiminə görə bir yerdə olan, lakin ayrı-ayrı korpuslarda və ərazidə yerləşən müəssisələr nəzərdə tutulur. Qarışıq müəssisələr Şəkidə, Naxçıvanda aidiyyəti üzrədir ki, məhkum ailələri yol baxımından çətinlik çəkməsinlər. Həmçinin qeyd etdiyim kimi, bir neçə də istintaq təcridxanası mövcuddur.

"Azərbaycanda cəzaçəkmə müəssisələrində "boş yerlər" nə qədərdir?" sualına cavab vermək çətindir. Cəzaçəkmə müəssisələrində nəinki boş yer yoxdur, əksinə, böyük sıxlıqlar var. Məsələn, bu günlərdə monitorinq etdiyimiz cəzaçəkmə müəssisələrinin birində 1150 yerə nisbətdə 1700-1800 məhkumun olduğu müəyyən olunub. Digər cəzaçəkmə müəssisələrində də həmçinin bu cür sıxlıq var. Yəni, cəzaçəkmə müəssisələrində məhkumların sayı nəzərdə tutulandan qat-qat çoxdur. Ona görə də biz hüquq müdafiəçiləri bəyan edir, arzulayır, dövlət başçısına da müraciət edirik ki, amnistiya aktının verilməsinə üstünlük verilməlidir. Əfv sərəncamı ilə azadlığa çıxan məhkumların sayı təxminən 300-600 nəfər olur ki, bu da cəzaçəkmə müəssisələrinin sıxlığının azaldılmasına o qədər də təsir etmir. Amma amnistiya aktı verilərsə, təxminən 10 minə yaxın məhkuma şamil edilərsə, hər cəzaçəkmə müəssisəsində yüzlərlə adam azadlığa çıxmış olur".

Çingiz Qənizadənin sözlərinə görə ölkədə törədilən cinayət hadisələri əsasən narkotik vasitələrlə bağlı cinayətlədir:

"Son aylarda cəzaçəkmə müəssisələrində monitorinq apararkən bizə məlum olur ki, cəza çəkənlərin 50 faizdən yuxarı məhz narkotik vasitələrə görə həbs olunanlardır. Biz birmənalı olaraq narkotik istifadəçilərinin azadlığa buraxılmasının tərəfdarıyıq. Çünki onlar artıq xəstədirlər və narkotiksiz qala bilmirlər, 1-2 il həbsxana həyatı yaşadıqdan sonra yenə də gedib, əvvəlki əməllərinə davam edirlər. Belə olan halda da dövlətin onlara bir neçə il xərc çəkib, baxmasının heç bir mənası yoxdur. Hesab edirəm ki, bu məsələdə qanunvericilikdə daha humanist yanaşma mövcud olmalıdır.

Amma təbii ki, narkotiki ölkəyə gətirən, onun satışını təşkil edənlərin cəzası daha ağır olmalı və əslində mübarizə onlara qarşı olmalıdır.

Beləliklə, bu məsələ ətrafında dövlətimiz ətraflı düşünməli, dünya təcrübəsini araşdırıb, tətbiq etməlidir ki, cəzaçəkmə müəssisələrində sıxlıq aradan götürülsün. Həm Penitensiar xidmətin əməkdaşları normal fəaliyyət göstərə bilsinlər, həm də mənasız yerə bu adamları azadlıqdan məhrum edib, mənasız xərc çəkilməsin".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1706   Tarix: 07 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr