Azərbaycanda soğan istehsalı artacaq: İxrac kvotasının yenilənməsinə ehtiyac varmı?

Azərbaycanda soğan istehsalı artacaq: İxrac kvotasının yenilənməsinə ehtiyac varmı?Azərbaycanda ən çox tələbat olan tərəvəz bitkilərindən biri soğandır. Azərbaycan soğanı özünün yüksək keyfiyyəti ilə seçilir və istehsalın 8-10%-ni ixrac edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında ölkədə 251 550 ton soğan istehsal edilib. Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur. Azərbaycanda istehsal olunan məhsulun 8,4%-i yəni 21 min 132 ton (6 milyon 162 min ABŞ dolları) soğan ixrac edilib. Bu isə ötən ilin 8 ayı ilə müqayisədə 2,5 dəfə çoxdur.

Azərbaycan soğanı əsasən Gürcüstana (8 403 ton), Ukraynaya (6 758 ton) və Rusiyaya (5 505 ton) tədarük edib. Avropa ölkələrindən - Polşaya, bu ilin yanvar-avqust aylarında 24 ton soğan ixrac edilib. Bununla yanaşı, Moldovaya, Türkmənistana, Belarusa, Pakistana, Səudiyyə Ərəbistana, BƏƏ-yə, Qətərə az həcmdə soğan ixrac edilib.

Qeyd edək ki, bu ilin əvvəlində Nazirlər Kabinetinin 103 nömrəli qərarı ilə bəzi ərzaq məhsullarının, o cümlədən soğanın ixracına qoyulmuş qadağa hazırda qüvvədədir. Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birgə müzakirə əsasında ay ərzində hər ixracatçı üçün min ton kvota olmaqla soğanın ixracına icazə verilib. Araşdırılmalara əsasən, hər sahibkar tərəfindən orta hesabla 800-900 tondan artıq ixrac həyata keçirilmir. Baş soğan və şalot soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilməsi ilə bağlı qərarın əsas məqsədi daxili bazarda soğanın qiymətini sabitləşdirmək və bahalaşmasının qarşısını almaqdır. Bu isə dünyada soğanın qiymətinin kəskin artması ilə bağlıdır.

Hazırda Azərbaycan bu tərəvəzlə özünü 100%-dən çox təmin edir.

"Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Babayev "Report"a bildirib ki, soğan ildə iki dəfə əkilir:

"Ölkəmizdə soğan əkini daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər rayonlarında həyata keçirilir. 2023-cü ilin məhsulu üçün Qarabağ-Aran regionunda ümumilikdə 1 240 hektarda payızlıq, 870 hektarda isə yazlıq soğan əkilib".

Onun sözlərinə görə, Qarabağ-Aran zonasının bir hissəsində soğan yığılır, bir hissəsində payızlıq səpinlər aparılır:

"Bu il yığım prosesində hava şəraiti ilə əlaqədar olaraq ləngimə var. Buna baxmayaraq, bu il istehsal ötən ildən çox olacaq".
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 11 036 hektar əkin sahədə soğan əkilib, bu isə illik müqayisədə 13,8% çoxdur. Bu il soğanda məhsuldarlıq ötən illə müqayisədə 6,2% artaraq 255 sentner təşkil edib.

Assosiasiya rəhbəri vurğulayıb ki, Qarabağ-Aran zonasında 50-60 min tondan çox soğan istehsal edilir:

"Soğana çəkilən xərcləri, həmçinin mineral gübrələrin, pestisidlərin dünya bazarlarında kəskin bahalaşmasını, soğan istehsalı zamanı sərf edilən insan əməyini nəzərə alsaq soğan ölkədə ucuzdur (1 kq-nın qiyməti 60-70 qəpik civarındadır). Ölkədə digər məhsullarda qiymət artımı müşahidə olunanda, soğanın maya dəyəri artır. Çünki soğan istehsalında, yığımında insan əməyi istifadə edilir.

Soğan çox əziyyətlə başa gələn məhsuldur. Yığım gedə-gedə gələcək məhsulun bünövrəsi qoyulur. Yığım başa çatan sahələr şumlanır, mineral və üzvi gübrələr torpağa verilməsi aparılır. Sentyabr ayında növbəti səpin aparılana qədər sahələrdə ikinci şum və mala işləri görülür".

O qeyd edib ki, ölkədə soğan bitkisinin tezyetişən - Peşpazak, ortayetişən - yerli yaxşılaşdırılmış Hövsan, Dusti, Sabir, gecyetişən - yerli Masallı, yerli Xaçmaz, Bərəkət sortları rayonlaşdırılıb:

"Tezyetişən və ortayetişən sortlar suvarılan ovalıq və dağətəyi düzən zonalarda, gecyetişən nümunələr dağlıq zonalarda əkilməsi məqsədəuyğundur.

V.Babayev vurğulayıb ki, yerli sortların xarici sortlardan təsərrüfat və məhsulun keyfiyyət göstəriciləri baxımından üstünlüyü var:

"Hektardan orta məhsuldarlıq 196-200 sentner təşkil edir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2988   Tarix: 08 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr