İmram Kriya: "Azərbaycanda özümü evimdəki kimi hiss edirəm"
"Azərbaycanda özümü evimdəki kimi hiss edirəm".
"Report"un məlumatına görə, bunu "Nine Senses Fest" beynəlxalq mənəvi və fiziki təcrübələr festivalında iştirak etmək üçün Azərbaycana gələn kriya yoqa ustası, musiqiçi və bəstəkar İmran Kriya mətbuat konfransında jurnalistlərə deyib.
"Mən Dağıstandan gəlirəm və sizin iqlim qurşağınız mənim doğulduğum yerə çox oxşayır. Bu, mənim ölkənizə dördüncü səfərimdir", - Kriya deyib.
İ.Kriya əlavə edib ki, o, vaxtilə musiqiçi olduğundan, tez-tez toylarda Azərbaycan mahnıları ifa edib və ruhən ölkəmizdə olub.
"Azərbaycan mədəniyyəti mənə çox yaxındır. Azərbaycan musiqisi həmişə ülvi bir hissdən danışır".
Yoqa ustası daha sonra meditasiyadan, insanın öz daxilində harmoniyanı necə tapmaq qaydalarından danışıb:
"Ətrafınızdakı dünyanı dəyişdirmək üçün şüurunuzu dəyişdirməlisiniz. İlk növbədə, özünüzü sevməlisiniz. Bunun üçün də özünüzü dərk etməlisiniz. Meditasiya bu məsələdə kömək edə bilər".
Qeyd edək ki, oktyabrın 8-də başa çatacaq bu festival iştirakçılara insanın harmonik inkişafı ilə bağlı bütün müasir qlobal tendensiyalarla tanış olmağa imkan verəcək.
"Nine Senses Fest" beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı Heydər Əliyev Fondunun vitse-prezidenti, "Nine Senses" incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə baş tutur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alişan Bakıdadır - Konsert verəcək + FOTO
Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü
11 sentyabr 2021Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO
Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr
12 sentyabr 2021"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı
"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki
27 iyul 2021Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək
A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini
3 iyul 2021"Fəryad 2" filmi çəkilir
Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd
8 iyul 2021Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç
15 sentyabr 2021