Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb
Moskvada "Hacı Zeynalabdin Tağıyev - sənayeçi və xeyriyyəçi. Rusiya və Azərbaycan tarixində şəxsiyyətin rolu" adlı sərgi açılıb.
"Report"un Rusiya bürosunun məlumatına görə, fotosərgi Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki "Azərbaycan" pavilyonunda Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti "SOCAR RUS" tərəfindən Geologiya, Neft və Qaz Muzeyi ilə birgə təşkil olunub.
Tədbir neft və qaz sənayesi işçilərinin peşə bayramı gününə təsadüf edir.
Sərgini açan "Azərbaycan" pavilyonunun direktoru Səadət Kadırova xeyriyyəçinin şəxsiyyətinin xüsusi diqqətə layiq olduğunu qeyd edib:
"Hacı Zeynalabdin Tağıyev mühüm humanitar layihələr həyata keçirib. O, Azərbaycanda qızların təhsilinə xüsusi önəm verib. Bakıda onlar üçün ilk gimnaziyanı açıb".
Qeyd edək ki, sərgidə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış neft sənayeçisinin həyat yolu və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilib.
Tədbirin qonaqları onun tərcümeyi-halı və Azərbaycan neft sənayesinin tarixi ilə daha yaxından tanış olublar.
Xatırladaq ki, məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Məhəmmədtağı oğlu Tağıyev (1838-1924) Rusiya imperiyasının və Azərbaycanın ən iri neft sənayeçilərindən biri olub. O, bütün həyatı boyu Bakı neft mədənlərini, balıqçılıq və yüngül sənaye sahələrini inkişaf etdirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"
Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda
8 iyul"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
1 oktyabr"Serial bəzi gənclər üçün pis örnəkdi"
Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar
14 avqustXəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin
25 sentyabr15 il sonra "Harri Potter"dəki roluna qayıdır
Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub
28 avqustŞarovski II Fəxri xiyabanda dəfn olunacaq
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib
9 sentyabr