14 yaşlı azərbaycanlının öldürülməsinə görə daha iki nəfər həbs edilib
Gürcüstanda 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın qətlə yetirilməsi ilə əlaqədar daha 2 nəfər həbs edilib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.
Bildirilib ki, DİN-in Kaxeti Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Saqareco bələdiyyəsinin Ləmbəli kəndində Aytac Şahmarovanı qətlə yetirməkdə təqsirli bilinən "əri" Alim Sadiqovun əmisi 1972-ci il təvəllüdlü A.A. və 1997-ci il təvəllüdlü əmisi oğlu B.A. cinayət barədə məlumat verməmək ittihamı ilə həbs ediliblər. Bildirilib ki, Alim Sadiqov 2009-cu il təvəllüdlü Aytac Şahmarovanı qanunsuz evlənmək məqsədilə azadlıqdan qanunsuz məhrum edib (qaçırıb) və onu əmisi A.A.-nın evinə gətirib.
Polis əməkdaşlarının istintaq və prosessual hərəkətlərinin icrası nəticəsində hakim A.A və B.A-nın təqsirləndirilən şəxs qismində həbsinə qərar verib.
Aytac Şahmarovanın təhsil aldığı Dmanisi bələdiyyəsinin Yuxarı Qarabulaq kənd məktəbinin direktoru Hamlet İsmayılov da yerli resurs mərkəzində (təhsil şöbəsi – red.) dindirilib. Yerli KİV-in məlumatına görə, dindirmə zamanı onun halı pisləşib və klinikaya aparılıb.
Bununla belə, o, klinikaya aparılarkən Aytacın qaçırılmasından xəbərsiz olduğunu deyib:
"Oktyabrın 5-də Aytacın anası gəlib mənə dedi ki, qızım 2 gün sonra məktəbə gələcək. O, mənə qızın qaçırıldığını deməyib", - direktor bildirib.
Aytac Şahmarovanın atası İsa Şahmarov da Rustavi Şəhər Məhkəməsinə çağırılıb. İsa Şahmarov baş verənlərlə bağlı məlumatlı olmadığı üçün zərərçəkmişin varisi kimi tanınılıb. Məlumata görə, qətlə yetirilən azyaşlının valideynləri 7 il əvvəl boşanıblar. İsa Şahmarov bu müddət ərzində Polşa və Rusiyada yaşayıb.
Ailə üzvləri İsa Şahmarovun qızının məcburi ərə verilməsindən xəbərsiz olduğunu bildiriblər. Qeyd olunub ki, qətllə bağlı İsa Şahmarovun qardaşı mediadan xəbər tutub və daha sonra ona zəng edərək xəbər verib. Bundan sonra İsa Şahmarov Gürcüstana gəlib.
Xatırladaq ki, qətl oktyabrın 5-də baş verib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 4025 Tarix: 13 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ
Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiye
25 avqustQisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş
5 sentyabrAzərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı
Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd
19 avqustŞərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs
"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs
3 sentyabrƏrindən borc istəyən qadın döyülüb
Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro
3 sentyabrQubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto
Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb
17 avqustQadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir
Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar
24 avqustAzərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs
14 sentyabr