14 yaşlı azərbaycanlının qətlində təqsirləndirilənlər günahlarını etiraf ediblər - FOTO
Gürcüstanda oktyabrın 5-də 27 yaşlı Alim Sadıqov tərəfindən evlənmək məqsədilə qaçırılan 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın qətli işi üzrə istintaq davam edir.
Sonxeber.az "media.az"a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, kişi Aytacı növbəti dəfə onun evindən qaçmağa cəhd edərkən öldürüb. Araşdırma zamanı məlum olub ki, Alim qızı valideynləri ilə razılaşaraq qaçırıb. A.Sadıqov azyaşlıya tapançadan 3 dəfə atəş açaraq qətlə yetirib, bundan sonra o, hadisə yerindən qaçıb. Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları onu üç günlük axtarışdan sonra saxlayıblar.
İndi isə işdə iştirak edən daha iki şəxs, təqsirləndirilən Alim Sadıqovun həbsdə olan şərikləri - onun əmisi (1972-ci il təvəllüdlü) və əmisi oğlu (1997-ci il təvəllüdlü) Telavi məhkəməsində ifadə veriblər. Onlar cinayəti gizlətməkdə ittiham olunublar ki, bu əmələ görə ölkə qanunvericiliyində 7 ilə qədər həbs cəzası nəzərdə tutulub. Təqsirləndirilən şəxslər məhkəmədə günahlarını etiraf ediblər.
Xatırladaq ki, bir müddət əvvəl Rustavi Şəhər Məhkəməsinin hakimi Madonna Maisuradze Dmanisi rayonunun Məmişli kənd sakini, 14 yaşlı Aytac Şahmarovanın anası Yeqyanə Məhərrəmovanın həbsi barədə qərar çıxarıb. Azyaşlının anası və əmisi zorla ərə vermək və cinayət barədə xəbər verməmək ittihamı ilə həbs edilib.
Kvemo Kartli rayon prokuroru Xatia Qoqriçiani bildirib ki, Aytac Şahmarovanın məcburi nikahının təşkilatçısı qızının qətlində birbaşa məsuliyyət daşıyan anasıdır.
Prosesdə azyaşlını qətlə yetirən Alim Sadıqov silahın pnevmatik olduğunu iddia edərək, "arvadının" azyaşlı olmasından xəbəri olmadığını da bildirib.
Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı araşdırmaya görə, Aytac Şahmarova 2023-cü ilin yayında Alim Sadıqov tərəfindən məcburi nikaha daxil olmaq məqsədilə oğurlanaraq Saqareco rayonunun Ləmbəli kəndinə aparılıb və orada qanunsuz olaraq azadlıqdan məhrum edilib. Lakin azyaşlı evdən qaça bilib və oğurlandığını bildirərək tanımadığı şəxsin telefonundan istifadə edərək anası ilə əlaqə saxlayıb. Lakin ana və əmi bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib, Aytacı qaçıranla yaşamağa məcbur ediblər.
Gürcüstanın Təhsil Nazirliyi qızın oxuduğu məktəbdə daxili araşdırmalara başlayıb.
Qətl faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu (ailə üzvünü öldürmə), 143-cü (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz həbs etmə), 150-ci (nikaha məcbur etmə), 236-cı (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1922 Tarix: 17 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ
Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiye
25 avqustQisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş
5 sentyabrAzərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı
Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd
19 avqustŞərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs
"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs
3 sentyabrƏrindən borc istəyən qadın döyülüb
Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro
3 sentyabrQubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto
Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb
17 avqustQadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir
Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar
24 avqustAzərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs
14 sentyabr