Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi azalıb

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi azalıb2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 1 milyard 807.7 milyon dollar və ya 8.6% azalaraq 19 milyard 234,9 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 9 ayında Azərbaycandan Aİ ölkələrinə 16 milyard 920,6 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 2 milyard 468.7 milyon dollar və ya 12,7% azdır.

Hesabat dövründə Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə illik müqayisədə 40% və ya 661 milyon dollar artaraq 2 milyard 314.2 milyon dollara bərabər olub.

9 ay ərzində Azərbaycan ticarət əməliyyatlarını əsasən İtaliya, Almaniya, Yunanıstan ilə aparıb.

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 12 milyard 51.9 milyon ABŞ dolları, o cümlədən ixracı 11 milyard 739.6 milyon dollar, idxalı isə 312.3 milyon dollar təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi və ixrac 19.4% azalıb, idxal isə 26.7% artıb.

Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsi isə 1 milyard 259.4 milyon dollar, o cümlədən ixracı 553.8 milyon dollara, idxalı isə 705.5 milyon dollara bərabər olub. Son 1 ildə ticarət dövriyyəsi 72.5%, o cümlədən ixrac 2 dəfə, idxal isə 55.1% artıb.

Azərbaycanın Yunanıstanla ticarət dövriyyəsi isə 1 milyard 216.4 milyon dollar, o cümlədən ixracı 1 milyard 198 milyon dollar, idxalı isə 18.3 milyon dollar olub. Son 1 ildə ticarət dövriyyəsi və ixrac 11% , idxal isə 18.8% artıb.

Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Aİ ölkələri ilə ticarətin payı 49.2% təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 3.7 faiz bəndi azdır.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2798   Tarix: 21 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr