2024-cü ilin büdcəsində tikinti xərcləri niyə azaldılıb? - AÇIQLAMA

2024-cü ilin büdcəsində tikinti xərcləri niyə azaldılıb? - AÇIQLAMAMaliyyə Nazirliyinin yaydığı məlumata görə, 2024-cü ildə Azərbaycanda dövlət büdcəsində tikinti və şəhərsalma xərcləri 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 15.5% və ya 1 milyard 152 milyon 529 min 700 manat azaldılacaq və 6 309 440 300 manat təşkil edəcək. 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində tikinti və şəhərsalma xərcləri 7 461 970 000 manat proqnozlaşdırılıb.

Tikinti xərclərinin azaldılması nə ilə bağlıdır?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı-ekspert Xalid Kərimli ötən illə müqayisədə azalmalara baxmayaraq, bu rəqəmlərin kifayət qədər böyük oldğunu bildirib:

Tikinti işlərinin plan əsasında həyata keçirildiyini deyən müsahibimiz qeyd edib ki, əvvəlki illərdə infrastruktur layihələrinə daha çox vəsait xərclənirdi:

"Əsasən də dəmir və avtomobil yolları xətlərinə xeyli miqdarda vəsaitlər sərf olundu. Bunlar da ətraflı və planlaşdırılmış şəkildə həyata keçirildi".

Növbəti ilin layihəsində bu planlaşdırmanın və yeni istiqamətlərin olmadığını söyləyən ekspertin sözlərinə görə, dövlətin planlarına uyğun olaraq tikinti ardıcıllığı mövcuddur:

"Hökumət buna uyğun olaraq, investisiya layihələri həyata keçirir. Bu tip büdcə xərcləri əhəmiyyətinə görə sosial xərclərdən sonra gəlir. Bir də büdcənin müdafiə olunan xərcləri var ki, bunlar da əmək haqları, sosial müavinətlər, səhiyyə təhsil və digərləridir. Hökumət də bu istiqamətləri mühüm hesab etdiyi üçün heç vaxt azaltmır. Ancaq infrastruktur və investisiya tipli xərcləri isə sonradan konservativ şəkildə planlaşdıra və artıra bilir.

Biz bu planın cari ilin iyun ayında effektiv şəkildə görə bildik. Belə ki, ilin əvvəlində büdcə xərcləri 33 milyard manat planlaşdırılsa da, büdcə gəlirləri artdı, icra vəziyyəti yaxşılaşdı və 3 milyard manat əlavə olundu. Bu da müdafiə qabiliyyətinin yaxşılaşdırılmasına, təhlükəsizlik məsələlərinə, eyni zamanda Qarabağın və Şərqi Zəngəzurun bərpasına ayrıldı".

Müsahibimizin bildirdiyinə görə, 2026-2027-ci illərə qədər 140 min məcburi köçkünün mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərə köçürülməsi məsələsi də gündəmdədir:

"Laçında hökumət vətəndaşları mövcud evlərə yerləşdirməyə başladı. Bəzi yerlərdə isə yaşayış infrastrukturu tamamilə dağıdılıb, ancaq ermənilərin kompakt yaşadığı yerlərdə boşalmış mənzillər hazır vəziyyətdədir. Bir sözlə, ermənilər Şuşada, Xocalıda, Xankəndində işğal dönəmində kompakt şəkildə yaşayıblar və infrastruktur olduğu kimi qalıb".

X.Kərimli onu da vurğulayıb ki, bu tip xərclər büdcədə lazım olan xərclər kimi götürülmür və Dövlət Neft Fondunun ayırmaları əsasında bu xərclər nəzərə alınır:

"Ehtiyatlarımız olsa da, belə xərclər planlaşdırılmış işlərə uyğun şəkildə ardıcıllıqla gedir. Ancaq bu o demək deyil ki, daha çox pul xərclənməlidir və daha çox iş görülməlidir. Bir neçə il əvvəl dağları dəldilər və Kəlbəcər istiqamətində tunel tikdilər. Bundan başqa, Qarabağda üç hava limanının inşası həyata keçirildi və hazırda bu istiqamətlərdə böyük xərclər hesabına işlər davam etdirilir. Ancaq bu işlər yekunlaşdığına görə, növbəti mərhələlərdə dah az vəsait lazım olacaq".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3048   Tarix: 21 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr