Azərbaycanın 25 güləşçisi dünya çempionatında mübarizə aparacaq
Azərbaycanın 25 güləşçisi Albaniyanın paytaxtı Tiranada keçiriləcək U-23-lər arasında dünya çempionatında mübarizə aparacaq.
Onlardan 9-u sərbəst, 10-u yunan-Roma, 6-sı isə qadın güləşçi olacaq.
Mundialın ilk günlərində baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında sərbəst güləşçilər Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Əşrəf Aşırov (79 kq), Arseni Djioyev (86 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) çıxış edəcəklər.
Daha sonra böyük məşqçi Toğrul Əsgərov və məşqçi Solmaz Adilovanın başçılığı altında qadın güləşçilər Elnurə Məmmədova (50 kq), Əsmər Cankurtaran (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyə Sadıqova (72 kq) çempionluq uğrunda yarışacaqlar.
Dünya çempionatının son günlərində yunan-Roma güləşçiləri Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Elcan Məmmədov (82 kq), Məhəmməd Əhmədiyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparacaqlar. Onlara baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Elvin Mürsəliyev rəhbərlik edəcəklər.
Sərbəst güləşdə İslam İlyasov (97 kq), qadın güləşində isə Gültəkin Şirinova (53 kq) zədə səbəbindən mundiala qatılmayacaqlar. Turnirdə I dərəcəli hakim İntiqam Alıyev ədaləti qoruyacaq.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 23-29-u tarixlərində keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 936 Tarix: 21 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elvinin xəstəxanadan fotosunu paylaşıb bu sözləri yazdı
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev idman ortopediyası üzrə ixtisaslaşmış ortoped-cərrah Lasse Lempainen tərəfindən əməliyyat olunub. "Qafqazinfo" xəbə
3 sentyabrAvarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə ölkə çempionatının qalibləri müəyyənləşib. Bu barədə -a AKAF-ın mətbuat xidmətindən məlumat verilib. İkinci yarış günündə avarçəkənlər 16 dəst medal uğrunda mübariz
3 sentyabr"Vilyarreal" 3 gənc futbolçusunu komandaya cəlb edib
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Vilyarreal" klubu akademiyasının 3 yetirməsi - Karlos Masia, Ruben Qomes və Alassan Diattanı komandaya cəlb edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc futbolçular 2026/202
1 sentyabrUşaq futboluna 10 milyon manat: "Sabah"dan nümunəvi təşəbbüs
"Sabah" futbol klubunun uşaq futboluna ayıracağı 10 milyon manatlıq vəsait nümunəvi addımdır. Düşünürəm ki, bu komanda bu günə qədər də uşaq futbolunun inkişafına yetərincə diqqət yetirib". Bunu BİG.AZ-a açıqlamasında futbol üzrə ekspert Kənan Məstəliyev bildirib. O, qeyd edib ki, istə
7 sentyabrToralın komandası qələbə qazandı - Video
Millimizin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu doğma meydanda "İstanbulspor"u qəbul edib. "Qafqazinfo" verir ki, oyun "Bursaspor"un 4:0 hesablı qələbəsi ilə başa çatıb. Toral Bayramov oyunun 70-ci dəqiqəsində meydana daxil olub
4 sentyabr"Fənərbağça" Koco Pepra Opponqun transferi üçün razılığa gəlib
Türkiyənin "Fənərbağça" klubu Qana millisinin futbolçusu Koco Pepra Opponqu heyətinə qatır. "HT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı müdafiəçinin transferi üçün Fransanın "Nitsa" klubu ilə anlaşıb. Afrikalı oyunçunun tezliklə Türkiyəyə yollanacağ
27 avqustOnlar "Sabah"la oynamaq üçün Bakıya gələcəklər
Azərbaycan təmsilçisi "Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri bəlli olub. "Qafqazinfo" xəbər verir ki, keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Masazır təmsilçisi doğma meydanda Kataloniya nəhəngi "Barselona", Almaniyanın "Borussiya"
27 avqustNyu-Yorkda İnfantinoya qarşı banner peyda oldu
ABŞ-nin Nyu-York şəhərinin Tayms-Skver meydanında Canni İnfantinonun yenidən FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) prezidenti seçilməsinə qarşı banner peyda olub. -ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib. "FIFA liderə layiqdir, tacirə deyil",
5 sentyabrAzərbaycanın sərbəst güləş millisi toplanışa başlayıb
Azərbaycanın sərbəst güləş üzrə U-23 millisi bu gün ümumi və xüsusi hazırlıq üzrə toplanışa start verib. Azərbaycan Güləş Federasiyasından (AGF) -a verilən məlumata görə, yığma hazırlıqlara AGF-nin təlim-məşq bazasında başlayıb. Sentyabrın 19-dək davam edəcək hazırlıq prosesinə məşqçilər Taymuraz Kokoye
7 sentyabr