ƏRLƏRİ TƏRƏFİNDƏN AMANSIZLIQLA ÖLDÜRÜLƏN QADINLAR
Qadına qarşı zorakılıq dedikdə ilk ağla gələn həyat yoldaşları tərəfindən edilən zorakılıq gəlir. Xüsusilə, bu zorakılıq uşaqlara da dərindən təsir edərək gələcəkdə problemlər yaradır. BU baxımdan BiG.AZ ərləri tərəfindən öldürülən qadınların siyahısını təqdim edir:
1. Leyla Hüseynli - İyunun 20-si saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü, BDU tələbəsi Hüseyinli Leyla Əlişan qızı və 8 aylıq körpəsi öldürülüb. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlunun arvadı Leyla Hüseynliyə və övladına kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürüb.
2. Pərvanə Tanrıverdiyeva - Xətai rayonu ərazisində Pərvanə Tanrıverdiyeva keçmiş əri tərəfindən öldürülüb. Zamin Tanrıverdiyevin Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində aralarında yaranmış mübahisə zamanı Pərvanə Tanrıverdiyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
3. Günel İbrahimova - həyat yoldaşı Qaraş İbrahimov tərəfindən qətlə yetirilib. Hadisənin Avqustun 16-da Salyanda ailə-məişət zəminində baş verib. Günel İbrahimovanın anasının sözlərinə görə, qızı həyat yoldaşından boşanmaq istədiyini, lakin Qaraşın onu öldürməklə təhdid etdiyini deyib.
4. Nuranə Əliyeva - 1990-cı il təvəllüdlü Əliyev Yavər İlqar oğlu həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əliyeva Nuranə Fəyaz qızını qısqanclıq zəminində Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yoluna apararaq orada xüsusi amansızlıqla döyüb yolun kənarına atıb.
5. İlhamə Quliyeva - 1986-cı il təvəllüdlü Quliyeva İlahə Balavər qızı həyat yoldaşı Quliyev Nazim Mahmud oğlu tərəfindən döyülərək öldürülüb.
6. Ayşə Bayramova – 2022- ci il 3 sentyabr tarixində 27 yaşlı Bayramova Ayşə Yaşar qızı qətlə yetirilib. Qadın həyat yoldaşı Vüsal tərəfindən öldürülüb.
7. Könül Qurbanova - Yanvarın 6-da saat 13 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 1994-cü təvəllüdlü Könül Qurbanovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub. Onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Pərviz Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.
8. Ülviyyə Həsənova- 2022-ci il Martın 13-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənova öldürülüb. Zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
9. Sevinc Quliyeva - 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Fəxrəddin qızı kəsilmiş-demiş xəsarətlərlə həyatına son verilib. S.Quliyevanın həyat yoldaşı, 1977-ci il təvəllüdlü Zöhrab Quliyev Quləli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
10. Səkinəxanım İsaqova - 1998-ci il təvəllüdlü İsaqova Səkinəxanım Vaqif qızının kəsilmiş-deşilmiş xəsarətlərlə tapılıb. Cinayət əməli həyat yoldaşı qadının həyat yoldaşı 1995-ci il təvəllüdlü Musayev Elnur Nurəli oğlu könüllü polisə gələrək təslim olub.
11. Aytən Bədəlova - 1988-ci il təvəllüdlü Bədəlova Aytən Etibar qızının kəsilmiş-deşilmiş xəsarətlərlə həyatını itirib. Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu həbs edilib. Cinayət hadisəsi ailə münaqişəsi zəminində baş ver verib.
12. Gülşən Qəhrəmanova- 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova Astara rayonunun Maşxan kəndindəndir. Meyiti tapılan qadın keçmiş əri tərəfindən öldürülüb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Tacir Şahmalıoğlu əməliyyat olundu
Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular