"Halal"a haram qatanlar - ARAŞDIRMA

"Halal"a haram qatanlar - ARAŞDIRMAAzərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov sahibkarların "halal brend", "orqanik məhsul" adlarından sui-istifadə etdiklərini bildirib:

"Bu sahədə problemlər var. Bu məsələlərə inamsızlıq, etibarsızlıq da hökm sürür. Çünki sahibkarlarımız "halal brend", "orqanik məhsul" adlarından sui-istifadə edir və çaşqınlıq yaradırlar. Biz elə bir iş görməliyik ki, istehlakçılarımız "halal" sertifikat almış məhsula tam inansınlar. Maraqlıdır ki, Yaponiya, Almaniya, Koreya kimi ölkələrdə halal məhsula tələbat artıb, nəinki bizim kimi müsəlman ölkələrdə. Buna görə də biz çalışmalıyıq və elə bir mexanizm işləməliyik ki, halal məhsul istehlak etmək istəyən vətəndaşımız məhsuldan rahat şəkildə, əminliklə istifadə edə bilsin".

Bəs kimlər bu cür sui-istifadə hallarına yol verirlər?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Halal" sertifikatı ilə bağlı standartlar olmalıdır"

Deputat Ceyhun Məmmədovun sözlərinə görə, bunun üçün öncə standartlar hazırlanmalıdır:

"Bu standartlar dünyada var. Məhsulun üzərinə saxta "halal" adı yazılmamalıdır. Bu gün Azərbaycanda kim istəyir, bunu yazır. Bəzən hansısa şəxslər buna "halallıq" verir. Əksər müsəlman ölkələrində bununla bağlı qaydalar var və hesab edirəm ki, həmin qaydaların ölkəmizdə dəqiq tətbiqi ilə biz müəyyən işləri görə bilərik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də bu məsələdə böyük məsuliyyət daşıyır. Qurum bu cür problemlərin yaranmamasına çalışmalıdır. "Halal" sertifikatına müəyyən normalar, standartlar əsasında icazə verilməlidir".

"Məhsulun istehsala çatdırılmasına qədər izləmə olmalıdır"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Dünya Halal Konqresində iştirak etdiyi zaman şahidi olub ki, 53 ölkədən nümayəndələr halal məhsulun hazırlanması üçün qida əlavələri barədə vahid qərara gələ bilməyiblər:
"Bəzi müəssisələr məhsulun üzərinə "halal" adı yazmaqla müştəri cəlb edir. Əslində, "halal" sertifikatı yalnız halal standartları əsasında məhsul istehsal edilən müəssisələrə verilə bilər. Dünyada il ərzində halal məhsullara 30 trilyon pul xərclənir. Halal məhsullar həm də ekoloji təmiz məhsullar hesab olunur. Amma bu gün ölkəmizdə saxta "halal" adı altında məhsullar istehsal edilir. Azərbaycanın əmtəə bazarında "halal" adıyla satılan məhsulların 90 faizə qədəri halal deyil. Keçən ilin sonunda Azərbaycan Standartlaşdırma İnstitutuna bununla bağlı təkliflər verildi. Təəssüf ki, bizim təkliflər qəbul olunmadı. Hazırda sadə, standartları tam olmayan "halal" standart mövcuddur. Əgər bir müəssisə fəaliyyətini kreditlə davam etdirirsə, ona "halal" sertifikatı vermək düzgün deyil. Biz tələb qoyduq ki, müəssisələrdə onlayn izləmə sistemi varsa, belə yerlərə "halal" sertifikatı verilsin. Məhsulun istehsala çatdırılmasına qədər izləmə olmalıdır".

Ekspert deyir ki, halal məhsullarla bağlı çağırışlara diqqət yetirilməlidir: "Halal" sertifikatın verilməsi pulsuz və şəffaf olsun. Saxta "halal" adı ilə ölkəyə məhsul gətirən və istehsal edən şəxslər də ifşa olunmalıdırlar".

"Bu, daha çox vicdan məsələsidir"

"Heydər məscidi"nin imamı Rüfət Qarayevin sözlərinə görə, bu məsələ sertifikatdan və lisenziyadan əvvəl vicdan məsələsidir:

"Əgər bir insanın vicdanı, imanı yoxdursa, istər-istəməz müəyyən biznes gəlirlərini, öz şəxsi mənfəətini düşünərək müəyyən bir zamandan sonra insanları hansısa formada aldadacaq. Allah Rəsulunun dövründə bir şəxs buğda satırdı. Bu zaman nəm buğdaların üzərinə quru buğdalar yığılmışdı. Allahın Rəsulu gəlir həmin buğdanın altındakı nəm buğdaları üzə çıxarır və deyir ki, bizim ümmətimizi, insanlarımızı aldadan bizdən deyil. Yəni, insanları aldatmaq olmaz. Dediyim kimi, bu, bir vicdan məsələsidir. İnsanlıq sadəcə qidanın təmizliyində deyil. Allahını, Rəsulunu tanıyan, onu özünə örnək seçən insan bir müsəlman kimi həyatına davam edər. Gördüyü, etdiyi işlərdə, əməllərdə heç vaxt aldatmaz. Baxmayaraq ki, hansısa bir qurumdan, təşkilatdan bir insan gedib lisenziya ala bilər. Ola bilsin, həmin vaxt təşkilat, qurum o işin halallığını təsbit etsin. Amma sonrakı mərhələdə o insanlar müxtəlif yollarla bu qaydaları poza bilərlər".

Axund qeyd edib ki, məhsul üzərində "halal" sözü yazmaq məsələnin həlli deyil:

"Ola bilsin ki, həqiqətən də vicdanlı, imanlı insanlar var. Heç halal yazmadan belə işlərini halal görürlər. Yaxud da üzərinə halal yazır, halallığı da tam olaraq qoruyub saxlayırlar. Onun üçün də məsələ tam vicdan məsələsidir. Bir müsəlman mömindirsə, çalışacaq özünə rəva bilmədiyi şeyi digər insanlara da rəva görməsin".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3638   Tarix: 29 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

19 sentyabr
.

Azərbaycanda üç uşaqlı ailələrlə bağlı yeni təklif gündəmdə: GÜZƏŞT VƏ MÜAVİNƏT VERİLƏ BİLƏR - VİDEO

Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur. Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzər

19 sentyabr
.

TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA

Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il

19 sentyabr
.

Bakıda türk dünyasının təhlükəsizlik gündəliyi: TDT yeni strateji mərhələyə keçir

Bakı son illərdə yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının siyasi və strateji gündəliyinin formalaşdığı mühüm mərkəzlərdən birinə çevrilməkdədir. Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının təhlükəsizlik üzrə yüksək səviyyəli nümayənd

18 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

AZAL "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görüldü

"Azərbaycan Hava Yolları" AZAL (QSC) 2026-cı il "World Airline Awards" mükafatları çərçivəsində "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, beynəlxalq hava nəqliyyatı reytin

18 sentyabr
.

General Allahverdiyev dəfn olundu - Fotolar

Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olmuş, "Azərbaycan Bayrağı" ordenli general-mayor İsgəndər Allahverdiyevin dəfn mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Hərbi Memorial Məzarlıqd

18 sentyabr
.

Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi

Bakıda yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, bir müddət əvvəl Binəqədi rayonu Xocasən qəsəbə sakini, 14 yaşı hələ tamam olmamış Z.Abdulovanın (ad və soyad şərtidir) hamilə olması müəyyənləşib

18 sentyabr