Sosial Tədqiqatlar Mərkəzi Ermənistana çağırış edib
Sosial Tədqiqatlar Mərkəzi Ermənistana çağırış edib.
Sonxeber.az-ın xəbərinə görə, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat"ın təqdimatında danışıb.
Onun sözlərinə görə, ictimai təqdimatı olan nifrət cinayətləri və nifrət nitqinin anlayışını verməyə çalışsaq, Avropa Şurasının tərifinə görə, "nifrət nitqi, dözümsüzlüyə əsaslanan irqi nifrəti, ksenofobiyanı, anti-semitizmi və nifrətin digər formalarını yayan, təhrik, təbliğ edən və ya əsaslandıran bütün ifadə formalarıdır: "Bir millətin digərindən üstünlüyünü iddia edən ari irq iddiasının-faşist ideologiyasının tərkib hissəsi kimi "nifrət nitqi" yalnız tribunlardan, kitablardan, efirdən, mətbu orqanlardan səslənməklə məhdudlanıb qalmır, sonra dağıdıcı qüvvələrin əlində gerçək qırğın aktlarına, qanlı terror əməllərinə və əbədi savaşlara səbəb olur".
Sədr bildirib ki, xalqımıza qarşı həyata keçirilən belə nifrət cinayətlərinin ən böyüyü 7 rayonun yer üzündən silinməsidir: "Əks halda sual olunur: "bir dövlət özününkü saydığı torpaqlarda əsrlərlə yaradılan maddi-mədəni sərvətləri niyə dağıtsın ki?" Göründüyü kimi, "nifrət nitqləri və cinayətləri" siyasətə çevrilməklə, dövlət idarəçiliyinin ən yüksək səviyyəsinə daşınmaqla təkcə fərdlərə deyil, bütöv xalqlara və regionlara təhlükə gətirir. Gəlin, bir neçə gerçək nümunəyə baxaq".
"Məsələn, on illər ərzində türk məfhumunu "düşmən" sözünün sinonimi kimi tirajlayanlar məişətdən dövlət səviyyəsinə qədər bir-biri ilə o dildə danışıblar. Əlbəttə, ailə tərbiyəsinin kanonları burada mühüm rol oynayır. Ermənistan Baş nazirinin etirafı ictimai leksikonun və siyasi məfkurənin nə qədər zəhərləndiyini göstərir. Paşinyandan sitat:" mənə "türk nikol" deyirlər. Lakin mən bunu təhqir saymıram". Göründüyü kimi, şüurlara əkilən zərərli toxumlar təkcə Türkiyə və Azərbaycana deyil, elə ermənilərin özünə də zərbə vurur",- o qeyd edib.
Z.Oruc əlavə edib ki, qatı nifrət nümunələrindən biri Robert Koçaryanın beynəlxalq kürsüdən səsləndirdiyi ksenofob, irqçi, şovinist "genetik uyğunsuzluq" bəyanatı idi: "Barışıq və əmin-amanlığı dəyərsizləşdirən, millətləri biolojiləşdirən, Avropa ailəsinin üzvü olmaq istəyən səhra komandirinin tayfa təfəkkürü göz qabağındadır. Yaxud, beynəlxalq ictimaiyyətdə ziyalı, professor kimi tanınan Giorgi Derlunqyan Civilnet platformasında azərbaycanlıları nəzərdə tutaraq, "onlar kəndçi millətidir, təbii artımları üçüncü dünya ölkələrindəki kimidir", açıqlaması alim statusundan uzaqdır, çünki elmdə belə bölgülərə yer yoxdur".n xəbərinə görə, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat"ın təqdimatında danışıb.
Onun sözlərinə görə, ictimai təqdimatı olan nifrət cinayətləri və nifrət nitqinin anlayışını verməyə çalışsaq, Avropa Şurasının tərifinə görə, "nifrət nitqi, dözümsüzlüyə əsaslanan irqi nifrəti, ksenofobiyanı, anti-semitizmi və nifrətin digər formalarını yayan, təhrik, təbliğ edən və ya əsaslandıran bütün ifadə formalarıdır: "Bir millətin digərindən üstünlüyünü iddia edən ari irq iddiasının-faşist ideologiyasının tərkib hissəsi kimi "nifrət nitqi" yalnız tribunlardan, kitablardan, efirdən, mətbu orqanlardan səslənməklə məhdudlanıb qalmır, sonra dağıdıcı qüvvələrin əlində gerçək qırğın aktlarına, qanlı terror əməllərinə və əbədi savaşlara səbəb olur".
Sədr bildirib ki, xalqımıza qarşı həyata keçirilən belə nifrət cinayətlərinin ən böyüyü 7 rayonun yer üzündən silinməsidir: "Əks halda sual olunur: "bir dövlət özününkü saydığı torpaqlarda əsrlərlə yaradılan maddi-mədəni sərvətləri niyə dağıtsın ki?" Göründüyü kimi, "nifrət nitqləri və cinayətləri" siyasətə çevrilməklə, dövlət idarəçiliyinin ən yüksək səviyyəsinə daşınmaqla təkcə fərdlərə deyil, bütöv xalqlara və regionlara təhlükə gətirir. Gəlin, bir neçə gerçək nümunəyə baxaq".
"Məsələn, on illər ərzində türk məfhumunu "düşmən" sözünün sinonimi kimi tirajlayanlar məişətdən dövlət səviyyəsinə qədər bir-biri ilə o dildə danışıblar. Əlbəttə, ailə tərbiyəsinin kanonları burada mühüm rol oynayır. Ermənistan Baş nazirinin etirafı ictimai leksikonun və siyasi məfkurənin nə qədər zəhərləndiyini göstərir. Paşinyandan sitat:" mənə "türk nikol" deyirlər. Lakin mən bunu təhqir saymıram". Göründüyü kimi, şüurlara əkilən zərərli toxumlar təkcə Türkiyə və Azərbaycana deyil, elə ermənilərin özünə də zərbə vurur",- o qeyd edib.
Z.Oruc əlavə edib ki, qatı nifrət nümunələrindən biri Robert Koçaryanın beynəlxalq kürsüdən səsləndirdiyi ksenofob, irqçi, şovinist "genetik uyğunsuzluq" bəyanatı idi: "Barışıq və əmin-amanlığı dəyərsizləşdirən, millətləri biolojiləşdirən, Avropa ailəsinin üzvü olmaq istəyən səhra komandirinin tayfa təfəkkürü göz qabağındadır. Yaxud, beynəlxalq ictimaiyyətdə ziyalı, professor kimi tanınan Giorgi Derlunqyan Civilnet platformasında azərbaycanlıları nəzərdə tutaraq, "onlar kəndçi millətidir, təbii artımları üçüncü dünya ölkələrindəki kimidir", açıqlaması alim statusundan uzaqdır, çünki elmdə belə bölgülərə yer yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Gələcəkdə yay yarım il davam edə bilər
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər