"Azərbaycanla BƏƏ tərəfdaş və dost dövlətlərdir, bu əlaqələr getdikcə yüksəlir" - Kamilə Əliyeva

"Azərbaycanla BƏƏ tərəfdaş və dost dövlətlərdir, bu əlaqələr getdikcə yüksəlir" - Kamilə Əliyeva"Azərbaycanla BƏƏ tərəfdaş və dost dövlətlərdir, bu əlaqələr getdikcə yüksəlir. Daha 3 investisiya layihəsinin imzalanması BƏƏ ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir. Azərbaycan xarici investorlara hər zaman açıq bir ölkədir. Son 30 ildə Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

O qeyd edib ki, 2020-ci ilin əvvəllərində Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin dünyada nəhəng şirkəti olan "masdar" arasında külək və günəş elektrik stansiyalarının tikilməsi haqqında müqavilə imzalanmışdır və 2023-cü il 26 oktyabr tarixində Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı baş tutdu:

"Azərbaycan 30 ildir dünyada neft-qaz ölkəsi kimi tanınır. Son dövrlər ölkəmizdə bərpaolunan enerji istehsalı sahəsində həyata keçirilən layihələr, eləcə də istehsal olunacaq elektrik enerjisinin Avropa dövlətlərinə ixracı barədə imzalanmış müqavilələr Azərbaycanı yaşıl enerji ölkəsi kimi də tanıtdı.
2020-ci ilin əvvəllərində Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin dünyada nəhəng şirkəti olan "masdar" arasında külək və günəş elektrik stansiyalarının tikilməsi haqqında müqavilə imzalanmışdır və 2023-cü il 26 oktyabr tarixində Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı baş tutdu. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, BƏƏ-nin rəsmi şəxsləri, "masdar" şirkətinin rəhbərləri iştirak etdilər. Tədbirdə çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycanla BƏƏ arasında dostluq əlaqələri, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı, ölkəmizin qeyri neft sahəsinin inkişafına böyük diqqət ayrılması barədə ətraflı məlumat verdi.
Ölkəmizdə inşa edilən Qaradağ Günəş Elektrik Stansiyası regionun ən böyük günəş elektrik stansiyası olub və bu sahədə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulmuşdur. Ümumiyyətlə Azərbaycanla BƏƏ tərəfdaş və dost dövlətlərdir, bu əlaqələr getdikcə yüksəlir. Daha 3 investisiya layihəsinin imzalanması BƏƏ ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir. Azərbaycan xarici investorlara hər zaman açıq bir ölkədir. Son 30 ildə Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Bu göstəricilər onu deməyə əsas verir ki, ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf edir. Digər tərəfdən neft-qaz sektorundan gələn gəlirlər hesabına iqtisadiyyatın digər sahələrinin inkişafına sərmayə qoymağa imkan yaranır. Ölkəmizdə istehsal olunan qeyri-neft məhsullarının ixracı hər il artmaqdadır. Azərbaycanda istehsal olunacaq yaşıl enerjinin Avropaya ixracı nəzərdə tutulub ki, bu da ölkə iqtisadiyyatının güclənməsinə təkan verməklə yanaşı Azərbaycanın dünyada siyasi mövqeyinin də güclənməsinə böyük təsir göstərir.
Qarabağ və Şərqi Zəngəzur ərazilərində bərpa olunan enerji istehsalı üçün böyük potensial mövcuddur və burada böyük həcmli layihələr icra edilir. Qaradağ və Şərqi Zəngəzurda yaşıl enerji istehsalı ölkəmizin elektrik enerjisinin gücünün artmasına böyük töhfə verəcək.
Prezident cənab İlham Əliyevin müəllifi olduğu iqtisadi layihələr bütün sahələrin inkişaf etdirilməsinə yönəlmişdir. Son 20 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox artmışdır. Bu onun göstəricisidir ki, Azərbaycan iqtisadiyyatı sürətli və dayanıqlı şəkildə inkişaf edir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1498   Tarix: 31 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr