Arxitektura Komitəsi müsabiqə keçirmədən tenderləri İctimai Şuranın üzvünə verir
Komitə müsabiqə keçirmədən tenderləri İctimai Şuranın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən keçirilən tenderin qalibi məlum olub.
Sonxeber.az yeniavaz.com-a istinadla xəbər verir ki, ümumi dəyəri 685 min 200 manat olan 3 tenderin qalibi "Bureau Mühit" MMC (VÖEN – 2006792941) olub.
Tender Kəlbəcər rayonunun Çıraq və Otaqlı, həmçinin Cəbrayıl rayonunun Böyük Mərcanlı yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işləri ilə bağlıdır.
Qeyd edək ki, tenderin qalibi olan "Bureau Mühit" MMC-nin qanuni təmsilçisi Bayramov Toğrul Şahin oğlu eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvüdür.
"Bureau Mühit" MMC 2021-ci ilin iyun ayınının 18-də dövlət qeydiyyatına alınıb. Dövlət qeydiyyatına alındıqdan cəmi 12 gün sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elan etdiyi "Qədim Qarabağın yenilənən siması" adlı memarlıq müsabiqəsinin qalibi olub.
Onu da bildirək ki, "Bureau Mühit" MMC daha əvvəl də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin keçirdiyi 5 tenderin qalib olub və Komitədən 5 kəndin (Şəlvə, Zar, Xudafərin, Ərikli və Kürdhacı) şəhərsalma əsaslandırılmasının hazırlanması işləri üçün 1 milyon 260 min manat pul alıb.
Məlumat üçün bildirək ki, tenderlərin heç biri açıq müsabiqə vasitəsiylə keçirilməyib. Komitə müsabiqə keçirmədən, bir mənbədən satınalma üsulu ilə sifarişləri "Bureau Mühit" MMC-yə verib.
"Dövlət satınalmaları haqqında" Qanunun 21-ci maddəsində tenderlərin hansı halda bir mənbədən satınalma üsulu ilə keçiriləcəyindən bəhs olunur. Həmin maddənin tələblərindən belə görünür ki, yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərini bir mənbədən satınalma üsulu ilə almaq başa düşülən deyil.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 602 Tarix: 03 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabr