Bu icra başçıları işdən çıxarıla bilər (İDDİA)

Bu icra başçıları işdən çıxarıla bilər (İDDİA)Azərbaycanda bir sıra rayonların 10 ildən artıq vəzifədə olan icra başçılarının işdən azad ediləcəyi gözlənilir.

Qaynarinfo-ya daxil olan məlumata görə, yaxın vaxtlarda vəzifəsindən azad olunacağı deyilən vəzifəli şəxslər arasında Lənkəranın icra başçısı Taleh Qaraşov, Bərdəyə rəhbərlik edən Vidadi İsayev və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov da var.

Hər üç icra başçısının rəhbərlik etdiyi rayonlarda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı ciddi nöqsanlar aşkar edilib. Nöqsanlara görə icra başçılarına xəbərdarlıqlar edilib və xüsusi tapşırıqlar verilməsinə baxmayaraq, heç bir irəliləyişin olmaması ciddi narahatlığa səbəb olub.

Taleh Azay oğlu Qaraşov 1996–2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 14 aprel 2012-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Azərbaycanda, xüsusən Bakıda və Türkiyədə çoxsaylı mülklərinin olması barədə mediada iddialar var.

İsayev Vidadi İsa oğlu 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 3 mart 2011-ci ildə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. İcra başçısının böyük kafe-restoran biznesinin olduğu deyilir. Əvvəl özü müdiri olduğu Yevlaxda Arxiv İdarəsinin rəhbəri vəzifəsində hazırda həyat yoldaşı çalışır. Oğlu Tural İsayev isə Yasamal rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Baş məsləhətçi vəzifəsini tutur.

İlqar Namaz oğlu Abbasov 2004-2005-ci illərdə Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, 2005-2019-cu illərdə isə Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifələrində çalışıb. 12 noyabr 2019-cu il tarixdə Şirvan Şəhər İcra Hakimiyətinin başçısı təyin edilib. İlqar Abbasovun böyük şirkətlərdən birinin ən böyük payçısı olduğu deyilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4959   Tarix: 03 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr